Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-90/2025 14.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi vəkalətli nümayəndəsi (atası) X3 iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər rayon İsmayılbəyli kəndində 4,46 ha torpaq sahəsinə görə JN 0099, KOD 61114028 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında onun adı, soyadı və ata adı “X6” kimi göstərilməsinə baxmayaraq “X4” kimi oxunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi vəkalətli nümayəndəsi (atası) X9 ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gələ bilməmiş ona etibarnamə verərək məhkəmə iclasılarında təmsil etməyi həvalə etmişdir. Vəkalətli nümayəndə qeyd etmişdir ki, X7 ilə ailə qurduqdan sonra onun soyadı Abdullayeva olmuşdur. Torpaq islahatı zamanı ailələrinə Tərtər rayon İsmayılbəyli kəndindən torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə ailənin adına JN 0099, KOD 61114028 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı verilmişdir. Həmin sənəd tərtib edilərkən texniki səhvə yol verilmiş, X2 qeyd edilmişdir. Qeyd etdiyi səhvə görə sənədləşmədə problem yaranmışdır. Bu problemlə bağlı maraqlı şəxsin Tərtər rayon Şöbəsinə müraciət etmiş, ona həmin texniki səhvin düzəldilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ№ 490457 nömrəli etibarnamədən görünür ki, Ərizəçi atası X5 etibarnamə verərək onu məhkəmə iclasılarında təmsil etməyi həvalə etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 02 fevral 1993-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1993-cü ildə Tərtər rayon İsmayılbəyli kəndində anadan olmuşdur. Həmin sənəddə ata qrafasında X9 və ana qrafasında X8 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X4 arasında nikah xx.xx.2012ci ildə Tərtər rayon Düyərli kənd İƏD-i üzrə nümayəndəlikdə 05 sayla qeydə alınmış, arvada Abdullayeva soyadı verilmişdir. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci tarixli 17 saylı qərarı ilə verilmiş JN 0099, KOD 61114028 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, həmin sənəddə 4-cü qrafada X2 yazılmışdır. İşdə olan Tərtər rayon İsmayılbəyli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 298 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 adına və ailə üzvlərinə verilmiş JN-0099 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında dördüncü sırada mülkiyyətçinin adı texniki səhv olaraq X1 deyil, X6 qeyd edilmişdir. Məhkəmə ərizəçinin vəkalətli nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 5 noyabr 1997-ci tarixli 17 qərarı ilə ərizəçiyə və digər ailə üzvlərinin mülkiyyətinə Tərtər rayon İsmayılbəyli kəndindən 4,46 hektar pay torpaq sahəsi və həmin torpaq sahəsinə görə JN 0099, KOD 61114028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Qeyd edilən sənəd tərtib edilərkən 4-cü qrafada X2 göstərilmişdir. Hazırda ərizəçi sənəddəki soyad və ad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-0099 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN-0099 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının ərizəçələrə və digər ailə üzvlərinə məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Tərtər rayon İsmayılbəyli kəndindən 4,46 ha pay torpaq sahəsinə görə verilmiş JN 0099, KOD 61114028 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında səhvən “X6” kimi yazılmasına baxmayaraq, həmin sənədin Abdullayeva (Salmanlı) Xeyransa Valeh qızına və həmin sənəddə adları göstərilən digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli 17 saylı qərarı ilə Tərtər rayon İsmayılbəyli kəndindən 4,46 ha pay torpaq sahəsinə görə verilmiş JN 0099, KOD 61114028 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında “X4” texniki səhv olaraq “X6” kimi qeyd edilməsinə baxmayaraq həmin sənədin Abdullayeva (Salmanlı) Xeyransa Valeh qızına və həmin sənəddə adları qeyd edilən digər ailə üzvlərinə məxsus olması faktının müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-90/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-90/2025
14.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver