Məhkəmə qərarları › İş №2(061)-91/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-91/2025

13.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-91/2025 13.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbin təmin olunması barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. Məhkəmə iclasınin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ərizəçilər Ərizəçi1, Ərizəçi2 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş ərizəçilər Ərizəçi1 və Ərizəçi2 04 fevral 2025ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, ərizələrindən imtina edirlər.Mülki işin baxılmamış saxlanılması və dövlət rüsumunun onlara qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişlər. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclasınin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinın məhkəmə iclasına gəlməməsini işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir və iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində dayandırılma hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar