Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-95/2024 12.03.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Şanbəndəyeva Gülnar Əfqan qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə “ASAN-xidmət” mərkəzində Notariat Ofisi, Tərtər rayon Notariat Ofisi, Tərtər rayon Bayandur kənd sakinləri X3, X12, X14 və X13 olmaqla qanun üzrə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun bütün digər hüquqi nəticələrinin etibarsız hesab edilməsinə və miras əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə “ASANxidmət” mərkəzində Notariat Ofisi, Tərtər rayon Notariat Ofisi, Tərtər rayon Bayandur kənd sakinləri X3, X12, X14 və X13 olmaqla hazırki iş üzrə Cavabdeh1 adına verilmiş Tərtər rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 2V-1057 və 2V-1058 saylı reyestr nömrəli “Qanun və Vəsiyyətnamə üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, Cavabdeh2, X1, X6, X9 və X7 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdehlər Cavabdeh1 fərdi yaşayış evinin ¾ hissəsi, torpaq sahəsinin 7/28 hissəsi, Cavabdeh2 isə fərdi yaşayış evinin ¼ hissəsi, torpaq sahəsinin 5/28 hissəsi, eləcə də X1 torpaq sahəsinin 4/28 hissəsi, X6 torpaq sahəsinin 4/28 hissəsi, X9 torpaq sahəsinin 4/28 hissəsi və X7 torpaq sahəsinin 4/28 hissəsinin etibarsız hesab edilməsinə və miras əmlak üzərində payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə “ASAN-xidmət” mərkəzində Notariat Ofisi, Tərtər rayon Notariat Ofisi, Tərtər rayon Bayandur kənd sakinləri X3, X12, X14 və X13 olmaqla hazırki iş üzrə Cavabdeh1 adına verilmiş Tərtər rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 2V-1057 və 2V-1058 saylı reyestr nömrəli “Qanun və Vəsiyyətnamə üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, Cavabdeh2, X1, X6, X9 və X7 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız edilməsi, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdehlər Cavabdeh1 fərdi yaşayış evinin ¾ hissəsi, torpaq sahəsinin 7/28 hissəsi, Cavabdeh2 isə fərdi yaşayış evinin ¼ hissəsi, torpaq sahəsinin 5/28 hissəsi, eləcə də X1 torpaq sahəsinin 4/28 hissəsi, X6 torpaq sahəsinin 4/28 hissəsi, X9 torpaq sahəsinin 4/28 hissəsi və X7 torpaq sahəsinin 4/28 hissəsinin ləğv edilməsinə və miras əmlak üzərində payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hazırda mübahisə predmeti olan Tərtər rayon Bayandur kəndində yerləşən 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən 188,8 kv.metr-dən ibarət olan fərdi yaşayış evi, o cümlədən 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum anası X8, bacısı Cavabdeh1, qardaşı Cavabdeh2 və onun mülkiyyətində olmuşdur. Sözügedən 0,57 ha torpaq sahəsinə dair Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 13 saylı qərarı ilə ailə başçısı anasına, ona və Cavabdeh1 ailə üzvləri olmaqla JN 0027, KOD 61111058 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı da verilmişdir. X25 xx.xx.1996-cı ildə, anası X15 isə xx.xx.2016-cı ildə vəfat etmişdir. Anası vəfat etməmişdən əvvəl xx.xx.2014-cü il tarixdə vəsiyyətnamə verərək, mülkiyyətində olan əmlaklarını bütünlüklə hazırki iş üzrə Cavabdeh1 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Tərtər rayon Dövlət Notariat Kontorunun notariusu tərəfindən təsdiqlənmişdir. Bundan sonra Cavabdeh1 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa əsasən cavabdehlər Cavabdeh1 fərdi yaşayış evinin ¾ hissəsi, torpaq sahəsinin 7/28 hissəsi, Cavabdeh2 isə fərdi yaşayış evinin ¼ hissəsi, torpaq sahəsinin 5/28 hissəsi, eləcə də X1 torpaq sahəsinin 4/28 hissəsi, X6 torpaq sahəsinin 4/28 hissəsi, X9 torpaq sahəsinin 4/28 hissəsi və X7 torpaq sahəsinin 4/28 hissəsi verilmişdir. Mərhum anası əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün notariusa müraciət etsə də Tərtər rayon Notariat Ofisi tərəfindən 582 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. O, valideynlərindən miras qalmış Tərtər rayonu Bayandur kəndində yerləşən 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən 188,8 kv.metrdən ibarət olan fərdi yaşayış evi, o cümlədən 0,57 ha torpaq sahəsini miras əmlak kimi qəbul etmişdir. Odur ki, valideynlərindən miras qalmış Tərtər rayonu Bayandur kəndində yerləşən 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən 188,8 kv.metrdən ibarət olan fərdi yaşayış evi, o cümlədən 0,57 ha torpaq sahəsinə dair Cavabdeh1 aldığı qanun və vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnaməvə həmin şəhadətnamə əsasında əldə etdiyi evin çıxarışı etibarsız hesab olunmalıdır. Göstərdiklərinə əsasən hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə “ASAN-xidmət” mərkəzində Notariat Ofisi, Tərtər rayon Notariat Ofisi, Tərtər rayon Bayandur kənd sakinləri X3, X12, X14 və X13 olmaqla hazırki iş üzrə Cavabdeh1 adına verilmiş Tərtər rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 2V-1057 və 2V-1058 saylı reyestr nömrəli “Qanun və Vəsiyyətnamə üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, Cavabdeh2, X1, X6, X9 və X7 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız edilməsi, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdehlər Cavabdeh1 fərdi yaşayış evinin ¾ hissəsi, torpaq sahəsinin 7/28 hissəsi, Cavabdeh2 isə fərdi yaşayış evinin ¼ hissəsi, torpaq sahəsinin 5/28 hissəsi, eləcə də X1 torpaq sahəsinin 4/28 hissəsi, X6 torpaq sahəsinin 4/28 hissəsi, X9 torpaq sahəsinin 4/28 hissəsi və X7 torpaq sahəsinin 4/28 hissəsinin ləğv edilməsinə və miras əmlak üzərində payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı qismində izahat vermiş İddiaçı iddiasını müdafiə edərək göstərmişdir ki, cavabdehlər Cavabdeh1 bacısı, Cavabdeh2 qardaşıdır. Onlar ailədə 2 bacı və 1 qardaş olmuşlar. Cavabdeh1 qardaşı Cavabdeh2 ilə eyni ünvanda yaşayırlar. Valideynlərindən Tərtər rayon Bayandur kəndində yerləşən fərdi yaşayış evi, həyətyanı və pay torpaq sahəsi miras əmlak kimi qalmışdır. Valideynləri yaşlı olarkən bacısı Cavabdeh1 ilə birlikdə onlara baxmış, mütəmadi olaraq fərdi yaşayış evinə gedib-gəlmiş, istifadə etmişdir. Heç vaxt əlaqəni kəsməmişdir. Belə ki, fərdi yaşayış evi onun atasının evi olmaqla, valideynlərindən miras qalmış əmlakdır. O da digər vərəsələr kimi valideynlərinin İ dərəcəli vərəsəsidir. Həmin əmlaklar digər bacı və qardaşı arasında bölünərkən o, yaşadığı ünvanda olmuş, lakin cavabdehlər miras mlakın bölgüsü ilə bağlı notariusa müraciət edərkən onun məlumatı olmamışdır. Ailəyə verilmiş pay torpağı ilə bağlı dövlət aktında payçı kimi onun adı da göstərilmişdir. Cavabdeh2 valideynləri tərəfindən pay verilmiş, evi satmış, Rusiya Federasiyasında yaşamışdır. Onun qeydiyyatı Kəlbəcər rayonu olmuşdur. O, ötən il may ayında gəlmiş və valideynlərindən miras qalmış Tərtər rayon Bayandur kəndində yerləşən fərdi yaşayış evinə ailəsi ilə yığışmışdır. Çıxarış sənədində valideynlərinin üç övladının adları olmaq əvəzinə, bacısı Cavabdeh1, qardaşı Cavabdeh2 və ailə üzvlərinin adları payçı kimi qeyd edilmiş və onlara pay bölünmüşdür. Valideynləri vəfat etmiş və miras açılmışdır. O, valideynlərinin birinci dərəcəli vərəsəsidir. Valideynlərindən miras qalmış fərdi yaşayış evindən, həyətyanı və pay torpaq sahəsindən ona çatan payın verilməsi ilə bağlı notariat Ofisinə müraciət etdikdə cavabdehin adına alınmış qanunsuz Çıxarış olduğundan bölünmə baş tutmamışdır. Odur ki, o, məhkəmədə hazırki iddianı qaldırmağa məcbur olmuşdur. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh1 göstərmişdir ki, İddiaçı onun bacısı, Cavabdeh2 isə qardaşıdır. Hazırda o, valideynlərindən miras əmlak kimi qalmış Tərtər rayon Bayandur kəndində yerləşən fərdi yaşayış evində digər Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır. İddiaçı onların bacısıdır. O, Tərtər rayonunda yaşayır. Buna baxmayaraq iki bacı valideynlərinin yaşlı vaxtında onlara qulluq etmiş, bacısı İddiaçı mütəmadi olaraq atası evinə gedib-gəlmiş istifadə etmişdir. O, qardaşı Cavabdeh2la notariatda valideynlərindən miras qalmış əmlakların bölgüsündən məlumatı olmamışdır. Pay torpağı ilə bağlı verilmiş dövlət aktında Mahirənin adı olmasına baxmayaraq bölgü vaxtı həmin sənədi notariusa təqdim etməmişlər. Anası vəfat etməmişdən xx.xx.2019-cu ildə notarial qaydada vəsiyyətnamə verərək ölən günədək ona məxsus olan Tərtər rayon Bayandur kəndində yerləşən həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən yaşayış evini, digər tikililəri, torpaq payını ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə qüvvədə olmuşdur. Odur ki, bölgü yalnız onun, qardaşı Cavabdeh2 və ailə üzvlərinin arasında aparılmışdır. Bundan sonra onun adına çıxarış verilmişdir. İddiaçı son zamanlar bölgüdən məlumatı olmuş və notariusa müraciət etmişdir. Ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. İddiaçı onları bacısı olmaqla İ dərəcəli vərəsədir, valideynlərindən miras qalmış əmlaklardan onun da payının bölünməsinə və iddianın təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı və cavabdeh Qələfir Hüseynova onun bacılarıdır. Maraqlı şəxslər X3, X12, X14 və X13 onun ailə üzvləri olmaqla məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları olmuş, lakin məhkəmə iclasına gəlməmişlər. Onların iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Hazırda o, valideynlərindən miras əmlak kimi qalmış Tərtər rayon Bayandur kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Bacısı Cavabdeh1 da onlarla birlikdə həmin fərdi yaşayış evində yaşayır. İddiaçı anası vəfat etməmişdən xeyli müdddət əvvəl ərə getmiş və ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır. O və bacısı Cavabdeh1 isə həmin evdə yaşamış və hazırda da yaşamaqda davam etmişlər. İddiaçının hazırki iddiasının heç bir hüquqi əsası yoxdur. Cavabdeh1 və onun ailə üzvləri ilə birlikdə yaşadıqları fərdi yaşayış evi, Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətində olmaqla həmin yaşayış sahəsində yaşayırlar. İddiaçı Cavabdeh1 ilə birlikdə miras əmlak evi və həyətyanı torpaq sahəsini onun və ailə üzvlərinin əlindən almaq fikrində olduqlarından İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda Cavabdeh1 ilə mülklə bağlı münasibətləri pisləşmişdir. İzahatında göstərdikləri ilə bağlı iddiaya qarşı verdiyi etiraz ərizəsində geniş etiraz və mülahizələrini bildirmişdir. İddia əsassız olduğundan qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə, Bərdə Regional “ASAN” xidmət mərkəzində Notariat Ofisinə, Tərtər rayon Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1, X6, X9 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Regional “ASAN” xidmət mərkəzində Notariat Ofisi məhkəməyə məktub ünvanlayaraq iştirakları olmadan işə baxılıb qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Notariat Ofisinin məhkəməyə ünvanladığı iddia ilə bağlı mülahizələrindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X8 həm vəsiyyətnamə, həm də qanun üzrə vərəsələrindən biri olan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə mərhumun Tərtər rayon Bayandur kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin bu zaman o, mirasqoyanın digər əmlaklarının mövcudluğu barədə məlumat verməmiş, aidiyyəti sənədləri təqdim etməmişdir. Təqdim etdiyi yuxarıda qeyd edilən əmlaka dair mülkiyyət hüququnu təqdim edən sənəddə isə mirasqoyanın yalnız iki vərəsəsi mirası faktiki qəbul etmiş varisi Cavabdeh1 və Cavabdeh2 adları göstərilmişdir. Bunun nəticəsində mirasqoyanın miras əmlakında paylar müvafiq olaraq ¾ və ¼ kimi müəyyən edilmişdir. Ancaq notariat hərəkətləri yekunlaşdırdıqdan bir qədər sonra mirasqoyan mirası faktiki qəbul etmiş üçüncü bir varisi İddiaçı Tərtər Notariat Ofisi müraciət edərək mirasqoyanın başqa bir əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədini, torpağa mülkiyyət hüququna dair dövlət aktını notariat ofisinə təqdim etməklə mirasa dair qanun üzrə məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə almaq fikrində olduğunu bildirmişdir. Lakin artıq notariat hərəkəti yekunlaşdığı üçün əvvəlki əmlakla bağlı yenidən notariat rəsmiləşdirilməsi məsələsinin həlli ilə bağlı məhkəmənin yekun qanuni qüvvəyə minmiş qərar olmadan aparılmasının qeyri mümkün olması qeyd edilmişdir. İddianın həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İşdə olan AZ-1029688 saylı doğum haqqında şəadətnamənin surətindən görünür ki, Hüseynova (Sultanova) Mahirə Mehdi qızı xx.xx.1966-cı il təvəllüdlü olmaqla, həmin sənəddə ata qrafasında X16, ana qrafasında X15 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 16 fevral 1996-cı ildə ölmüşdür. İşdə olan 08 aprel 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, Tərtər rayon Bayandur kəndində qeydiyyatda olan X15 ölən günədək ona məxsus olan Tərtər rayonu Bayandur kəndində yerləşən həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən yaşayış evini, digər tikililərini, Bayandur kəndi ərazisində yerləşən torpaq payını Tərtər rayonu Bayandur kəndində qeydiyyatda olan Cavabdeh1 vəsiyyət etmişdir. X5 iki nəfər Emin Abbasovun və Sevil Sultanovanın şahidliyi ilə tərtib edilmiş və imzalanmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2016-cı ildə ölmüşdür. İşdə olan 22 avqust 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş **********57-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5i ünvanında yerləşən 0,44 ha torpaq sahəsinin X2na məxsus 0,********** ha hissəsindən (payından) və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 188,5 kv.metr, yaşayış sahəsi 121,5 kv.metr, yardımçı sahəsi 67 kv.metr, 4 otaqlı fərdi yaşayış evindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi **********PT80701 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 5i ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İşdə olan 11 sentyabr 2023-cü il tarixli Tərtər rayon Notariat Ofisinin notariat hərəkətlərinin aparılmasından imtina edilməsinə dair əsaslandırılmış 582 saylı qərarından görünür ki, vətəndaş İddiaçı vərəsəlik həll edilmiş və paylar müəyyən edilmiş əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ********** sayla qeydiyyata alınmış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş çıxarışın surətindən görünür ki, Tərtər rayon Bayandur kəndində yerləşən 0,44 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 188,8 kv.metr olan fərdi yaşayış evinə görə Cavabdeh2 fərdi yaşayış evi ¼ hissə, torpaq sahəsinə görə 5/28 hissə, X1 torpaq sahəsinə görə 4/28 hissə, X6 torpaq sahəsinə görə 4/28 hissə, X9 torpaq sahəsinə görə 4/28 hissə, X7 torpaq sahəsinə görə 4/28 hissə və Cavabdeh1n fərdi yaşayış evinə görə ¾ hissə, torpaq sahəsinə görə 7/28 hissədə payları müəyyən edilmişdir. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1999-cu il 13 saylı qərarı ilə verilmiş JN 0027, KOD 61111058 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, həmin sənəddə X15, Sultanova (Hüseynova) Mahirə Mehdi qızı və Cavabdeh1 paylı mülkiyyətçi kimi göstərilmiş və onların mülkiyyətinə 0,57 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli seriya RX ******* saylı ********** sayla qeydiyyata alınmış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X8 adına verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Tərtər rayon Bayandur kəndində yerləşən 0,44 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 188,8 kv.metr olan fərdi yaşayış evinə görə X8 fərdi yaşayış evi tam, torpaq sahəsinə görə 1/7 hissə, Cavabdeh1 torpaq sahəsinə görə 1/7 hissə, Cavabdeh2 torpaq sahəsinə görə 1/7 hissə, X1 torpaq sahəsinə görə 1/7 hissə, X6 torpaq sahəsinə görə 1/7 hissə, X9 torpaq sahəsinə görə 1/7 hissə, X7 torpaq sahəsinə görə 1/7 hissə payları müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci ildə tərtib edilmiş reyestr nömrəsi **********57-10301 olan fərdi yaşayış evinin texniki pasportundanun təsdiq olunmuş surətindən görünür ki, Tərtər rayon Bayandur kəndində yerləşən 0,44 ha torpaq sahəsi, 178,5 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi X8 adına qeydə alınmışdır. Məhkəmə iddiaçının, cavabdehlərin izahatlarını dinlədikdən sonra məhkəmədə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı və cavabdehlər X2nın birinci dərəcəli vərəsələridirlər. Onların ataları X18 xx.xx.1996-cı ildə, anaları X15 xx.xx.2016-cı ildə ölmüşdür. Onlar öldüyündən miras açılmışdır. X2 vəfat etməmişdən Tərtər rayon Bayandur kəndində yerləşən ümumi sahəsi 188,8 kv.metr fərdi yaşayış evi və evin 0,44 ha həyətyanı sahəsi onun adına qeydə alınmışdır. Tərəflərin hər iki valideyni vəfat etdikdən sonra cavabdehlər 2023-cü ildə notariat ofisinə müraciət etmişlər. Həmin vaxt mərhumların 3 övladı – Cavabdeh1, Cavabdeh2 və İddiaçı olmuşdur. Cavabdeh tərəf qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Bundan sonra məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli ********** sayla qeydiyyata alınmış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş çıxarışa əsasən, Tərtər rayon Bayandur kəndində yerləşən 0,44 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 188,8 kv.metr olan fərdi yaşayış evinə görə Cavabdeh2 fərdi yaşayış evi ¼ hissə, torpaq sahəsinə görə 5/28 hissə, X1 torpaq sahəsinə görə 4/28 hissə, X6 torpaq sahəsinə görə 4/28 hissə, X9 torpaq sahəsinə görə 4/28 hissə, X7 torpaq sahəsinə görə 4/28 hissə və Cavabdeh1n fərdi yaşayış evinə görə ¾ hissə, torpaq sahəsinə görə 7/28 hissədə payları müəyyən edilmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı həmin çıxarışdan son zamanlar xəbəri olduğunu, onun da valideynlərinin İ dərəcəli vərəsələri olduğunu, valideynlərindən miras qalmış əmlaklardan ona da pay verilməsini, onun mülkiyyətinə Tərtər rayon Bayandur kəndindən dövlət aktı ilə pay torpaq sahəsi verildiyini bütün bunalrın miras əmlakın cavabdehlər arasında bölünərkən nəzərə alınmadığını gösgtərmiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh1 iddiaya qarşı etirazı olmadığını, həm qanun üzrə, həm də vəsiyyətamə üzrə anasının İ dərəcəli vərəsəsi olduğunu, paylar bölünərkən məhkəmədə elan olunmuş Tərtər rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1999-cu il 13 saylı qərarı ilə verilmiş JN 0027, KOD 61111058 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktını notariusa təqdim etmədiyini, bu səbəbdən iddiaçının vərəsə kimi miras əmlak bölünərkən notarius tərəfindən nəzərə alınmadığını halbu ki, həmin sənəddə İddiaçı payçı kimi göstərildiyini bildirmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh2 iddiaya qarşı etiraz edərək iddiaçının onların bacısı olmasına baxmayaraq ayrılaraq başqa təsərrüfatda yaşadığını, özünün isə valideynlərindən miras əmlak kimi qalmış Tərtər rayon Bayandur kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşadığını, bacısı Cavabdeh1 da onlarla birlikdə həmin fərdi yaşayış evində yaşadığını, İddiaçı anası vəfat etməmişdən xeyli müdddət əvvəl ərə getdiyini, ailəsi ilə birlikdə Tərtər şəhərində N.Nərimanov küçəsi ev 44 ünvanında yaşadığını, iddiaçının hazırki iddiasının heç bir hüquqi əsası olmadığını, Cavabdeh1 və onun ailə üzvləri ilə birlikdə yaşadıqları fərdi yaşayış evinin, Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətində olmaqla həmin yaşayış sahəsində yaşadıqlarını, İddiaçı Cavabdeh1 ilə birlikdə miras əmlak evi və həyətyanı torpaq sahəsini onun və ailə üzvlərinin əlindən almaq fikrində olduqlarından İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş Tərtər rayon Notariat Ofisinin məhkəməyə ünvanladığı iddia ilə bağlı mülahizələrində, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X8 həm vəsiyyətnamə, həm də qanun üzrə vərəsələrindən biri olan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə mərhumun Tərtər rayon Bayandur kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etdiyini, lakin bu zaman o, mirasqoyanın digər əmlaklarının mövcudluğu barədə məlumat vermədiyini, aidiyyəti sənədləri təqdim etmədiyini, təqdim etdiyi yuxarıda qeyd edilən əmlaka dair mülkiyyət hüququnu təqdim edən sənəddə isə mirasqoyanın yalnız iki vərəsə mirası faktiki qəbul etmiş varisi Cavabdeh1 və Cavabdeh2 adları göstərildiyini, bunun nəticəsində mirasqoyanın miras əmlakında paylar müvafiq olaraq ¾ və ¼ kimi müəyyən edildiyini, ancaq notariat hərəkətləri yekunlaşdırdıqdan bir qədər sonra mirasqoyan mirası faktiki qəbul etmiş üçüncü bir varisi İddiaçı Tərtər Notariat Ofisi müraciət edərək mirasqoyanın başqa bir əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədini, torpağa mülkiyyət hüququna dair dövlət aktını notariat ofisinə təqdim etməklə mirasa dair qanun üzrə məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə almaq fikrində olduğunu bildirdiyini, lakin artıq notariat hərəkəti yekunlaşdığı üçün əvvəlki əmlakla bağlı yenidən notariat rəsmiləşdirilməsi məsələsinin həlli ilə bağlı məhkəmənin yekun qanuni qüvvəyə minmiş qərar olmadan aparılmasının qeyri mümkün olması qeyd edildiyini və iddianın həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Göründüyü kimi cavabdehlər notariat ofisinə miras əmlakların bölgüsü ilə müraciət edərkən Tərtər rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1999-cu il 13 saylı qərarı ilə verilmiş JN 0027, KOD 61111058 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktını notariusa təqdim etmədiklərindən iddiaçı vərəsə kimi miras əmlak bölünərkən notarius tərəfindən nəzərə alınmamışdır. Hazırki iddia ilə bağlı hüquqi münasibətlər 01 sentyabr 2000-ci ildən sonra yarandığı üçün qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nizama salınmalıdır. Bütün bunlarla yanaşı məhkəmə iclasında aşkar edilmişdir ki, iddiaçı və cavabdeh bacı qardaşdırlar. Onların aralarında valideynlərindən miras qalmış daşınmaz əmlakla bağlı mübahisə yaranmışdır. Tərəflərin valideynləri ölmüş, ona görə də həmin miras əmlak qəbul edilmiş sayılmalıdır. Bununla yanaşı İddiaçı da mərhum valideynlərinin birinci dərəcəli vərəsəsidir. O da vərəsə kimi mirasdan pay almaq hüququna malikdir. O, bu məqsədlə Tərtər rayon Dövlət Notariat Ofisinə müraciət etmiş, lakin cavabdehin adına verilmiş Çıxarış sənədi olduğundan məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh1 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü ildə qeydiyyata alınmış, **********7157-10301 reyestr nömrəli çıxarış və həmin sənədin doğurduğu hüquqi nətiəcələr etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci madəsində göstərilmişdir ki, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci madəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159-cu maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad(ər), valideynlər (övladlığa götürənlər) bərabər pay almaq hüququna malikdirlər. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi miras qalmış mülkü tərəflər, vərəsə kimi qəbul etmişlər. Qanunun tələbləri ilə miras qalmış mülkün bölüşdürülməsi zamanı iddiaçıya 1/4 hissə miras payı düşməlidir. Azərbaycan Respublikası MM-in 1243.2 maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş saylır. Vəsiyyətnamənin ləğv və ya dəyişdirilməsi ilə bağlı iddiaçı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MM-in 1243.3-cü maddəsində qeyd olunmuşdur ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın ifadə edilməsində və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1274-cü maddəsində göstərmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsində göstərmişdir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Tərtər rayon Bayandur kəndində yerləşən və X2ndan miras qalmış daşınmaz əmlakdan İddiaçı və Cavabdeh2 qanun üzrə vərəsə kimi hər birinə payları 1/6 hissədə, qanun üzrə və vəsiyyətnamə üzrə vərəsə Cavabdeh1 payı 4/6 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 218-ci maddəsinə əsasən görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çixa bilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh1 adına verilmiş Tərtər rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 2V-1057 və 2V-1058 saylı reyestr nömrəli “Qanun və Vəsiyyətnamə üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə, Cavabdeh2, X1, X6, X9 və X7 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməli, Tərtər rayon Bayandur kəndində yerləşən və X2ndan miras qalmış daşınmaz əmlaklardan İddiaçı və Cavabdeh2 qanun üzrə vərəsə kimi hər birinə payları 1/6 hissədə, qanun üzrə və vəsiyyətnamə üzrə vərəsə Cavabdeh1 payı 4/6 hissədə müəyyən edilməməlidir. Bu qətnamə iddiaçı və cavabdeh tərəfin mirasdakı paylarına düşən hissəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində qeydə alınması üçün əsasdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216 - 220, 227, 233, 357, 360, 362 və 364-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 adına verilmiş Tərtər rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 2V- 1057 və 2V-1058 saylı reyestr nömrəli “Qanun və Vəsiyyətnamə üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə, Cavabdeh2, X1, X6, X9 və X7 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilsin. Tərtər rayon Bayandur kəndində yerləşən və X2ndan miras qalmış daşınmaz əmlakdan İddiaçı və Cavabdeh2 qanun üzrə vərəsə kimi hər birinə payları 1/6 hissədə, qanun üzrə və vəsiyyətnamə üzrə vərəsə Cavabdeh1 payı 4/6 hissədə müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-95/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-95/2024
12.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver