Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-95/2025 24.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X40 oğlunun katibliyi, İddiaçı, maraqlı şəxslər X56nun, X24, X25, X26, X15, X9, X12 və X13 iştirakları ilə İddiaçı cavabdehlər Tərtər rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Tərtər rayon Notariat Ofisi tərəfindən X48, X31, X32, X33, X27, X14, X16 və X17 verilmiş vərəsəlik şəhadətnamələrinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən verilmiş çıxarışların etibarsız hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Tərtər rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Tərtər rayon Notariat Ofisi tərəfindən X48, X31, X32, X33, X27, X14, X16 və X17 verilmiş vərəsəlik şəhadətnamələrinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən verilmiş çıxarışların etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli, 02 nömrəli qərarı ilə Tərtər rayonunun Sarov kəndində 2,92 ha torpaq sahəsi X28, X4, X24, İddiaçı, X56nun və X25 mülkiyyətinə verilmişdir. Mülkiyyətçilərdən X49 və X10 vəfat etmişlər. O, vərəsəlik işi açılması üçün Tərtər rayon Notariat Ofisinə müraciət edərək valideynlərinin vərəsəsi kimi tanınmış, lakin vərəsəlik şəhadətnaməsini vaxtında almamışdır. Bundan sonra X56, X50, X51, X52, X44, X29, X34 və X35, ona və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 xx.xx.2017-ci il tarixli V-110/xx.xx.2017 saylı vərəsəlik işi üzrə onun yeganə vərəsə kimi tanınmasına dair vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməısi, torpağa mülkiyyət hüququna dair JN 0221, kod 61109005 nömrəli dövlət aktında nəzərdə tutulan Tərtər trayonu, Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin X36 və X6 məxsus hissəsinə məcburi payların tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1235/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qətaməsi ilə iddia tələbi təmin edilmiş, “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0221 kod 61109005 saylı dövlət aktında nəzərdə tutulan Tərtər rayonu, Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X36 və anaları X6 məxsus hissəsinə miras paya X56, X50, X51, X52, X44, X29, X34 və X35 və X18 qanun üzrə vərəsəsi kimi tanınmaları, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. X8 2(104)- 857/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(021)-1235/2020 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0221 kod 61109005 saylı dövlət aktında nəzərdə tutulan Tərtər rayonu, Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X36 və anaları X6 məxsus hissəsindən miras əmlaka X56, X50, X51, X52, X44, X29, X34 və X35 və X18 qanun üzrə vərəsəsi kimi tanınmaları, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4777/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, X8 2(104)-857/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, işin həmin hissədə yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. X8 2(104)-733/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməklə Bərdə Rayon Məhkəməsinin 2(021)-1235/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia əsassız olduğundan təmin edilməmiş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş X19 qalmış mirasın ölənlərin qanun üzrə birinci növbəli vərəsəsi olan onun tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4857/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə X8 2(104)-733/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsi qismən – xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 və xx.xx.2024-cü il tarixdə vəfat etmiş X19 qalmış mirasın ölənlərin qanun üzrə birinci növbəli vərəsəsi olan onun tərəfindən faktiki qəbul edilməsi faktı kimi müəyyən olunsun hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə aktlarından görünür ki, X56, X50, X51, X52, X44, X29, X34 və X35 vərəsə kimi tanınması barədə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması və iddiaçıların vərəsə kimi tanınmaları və mirasdan məcburi paylarının müəyyən edilməsi barədə iddiaları təmin olunmamışdır. Vərəsə kimi tanınmaları və mirasdan məcburi payın müəyyən edilməsi barədə iddiaları məhkəmə aktları ilə təmin olunmayan şəxsləri vərəsə kimi tanıyaraq onlara mirasdan məcburi pay almaları üçün vərəsəlik şəhadətnaməsi verən notarius qanunu kobud şəkildə pozmuş, qanuni qüvvədə olan məhkəmə aktlarının tələblərini yerinə yetirməmişdir. Belə ki, X8 2(104)-733/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsində göstərilmişdir ki, 31. Beləliklə, iş materiallarına əsasən, onun öz valideynlərindən qalmış mirası faktiki qəbul etməsi məhkəmə iclasında araşdırılmış sübutlarla işin faktiki halı kimi öz təsdiqini tapmışdır. 32. Digər vərəsələrin isə valideynlərindən qalmış qanunla müəyyən edilmiş müddətlər ərzində faktiki qəbul etmələri barədə yalnız iddiaçıların öz izahatları mövcuddur.
33. Kollegiya qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edidldiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlar yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 34. Mülki işin materiallarının 238, 240 və 241 -ci vərəqində olan, Tərtər rayon Sarov Bələdiyyəsinin arayışlarından görünür ki, X30 adına olan torpaq sahəsinə görə sadələşdirilmiş vergiləri 2016-cı ildən 2019-cu ilədək X56 ödəmişdir. Həmin vergiləri 2014 və 2015-ci ildə də ödənilməsinə dair Sarov Bələdiyyəsinin baza hissəsində heç bir məlumat yoxdur. Göründüyü kimi, valideynlərinin ölümündən sonra onlardan miras qalmış mirasın qanunla müəyyən edilmiş müddət ərzində iddiaçılar tərəfindən faktiki qəbul edilməsini təsdiq edən heç bir sübut yoxdur. Qeyd edilən arayışlar isə 2016-cı ilə aid olduğundan 2014-cü ildə ölmüş valideynlərindən qalmış mirasın X56 tərəfindən faktiki qəbul edildiyini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. 35. Beləliklə iddiaçıların valiseynlərindən qalmış mirası qanunla müəyyən edilmiş müddətlər ərzində faktiki qəbul etmələri barədə izahatları başqa heç bir əlaqəli sübutla təsdiq olunmadığından məhkəmə iddiaçıların izahatlarına həmin hissədə tənqidi yanaşır və onları irəli sürülən iddianın təmin edilməsinə əsas verən mötəbər sübutlar kimi qəbul etmir. 36. Məhkəmə kollegiyası qeyd edir ki, hır hansı iddia tələbi üzrə aparılmış araşdırmaların nəticəsi kimi, irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiyası şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə iddiaçıların valideynlərindən qalmış mirası faktiki qəbul etmələri mötəbər sübutlarla təsdiq olunmur. Yalnız cavabdehin valideynlərindən qalmış mirası faktiki qəbul etməsi fakt kimi təsdiq olunur”. Qətnamədən görünür ki, məhkəmə bu nəticəyə gəlmişdir ki, miras qoyanlardan miras qalmış əmlakı hazırda o, faktiki qəbul etmişdir. Lakin, notarius məhkəmə qətnaməsində gəlinən nəticəni tanımamış, Ali Məhkəmənin qərarının X8 qətnaməsinin onun tərəfindən mirasın faktiki qəbul edilməsi aktı kimi müəyyən olunması hissəsində ləğv edilməsini bəhanə edərək məhkəmə aktlarından irəli gələn qanuni tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4857/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə bağlı qeyd etmişdir ki, məhkəmə hazırda iddiaçı olan onun mirası faktiki qəbul edilməsini fakt kimi müəyyən olunması hissəsində ləğv etməsini də qərarında əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4857/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki,” 71. Məhkəmə kollegiyası qeyd edir ki, işə təkrar baxmış apellyasiya instansiyası məhkəməsi apellyasiyanın hədləri ilə bağlı prosessual qanunvericiliyin tələblərini pozmuş, olmayan tələb üzrə qətnamə qəbul etmişdir. 72. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən yoxlasa da, nəticədə birinci instansiya məhkəməsinin qətnaməsini tam ləğv edərək iddia tələbini tam rədd etmiş, olmayan tələb üzrə xx.xx.2014cü il tarixdə vəfat etmiş X2 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş X20 qalmış mirasın ölənlərin qanun üzrə birinci növbəli vərəsəsi olan onun tərəfindən faktiki qəbul edilməsinin fakt kimi müəyyən olunması qənaətinə gəlmişdir. Bununla da, Mülki Prosessual Məcəllnin dispozitivlik prinsipinin tələblərini və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur”. Ali Məhkəmənin hüquqi mövqeyinə görə apellyasiya instansiyası İddiaçı iddiası, yəni tələbi olmadığı halda onu mirası faktiki qəbul etməsini tanımaqda prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Eyni zamanda, Ali Məhkəmə apellyasiya instansiya məhkəməsinin qətnaməsinə əsasən hüquqi qiymət verərək 73-cü bənddə göstərmişdir ki, “kassasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab etmişdir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məəhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslnadırılmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosesual hüquq ormalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır”. Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(104)-52/2024 saylı qərardadında göstərilmişdir ki, “... xx.xx.2017-ci il tarixli V-110/xx.xx.2017 saylı vərəsəlik işi üzrə X20 miras qalmış əmlaklara dair o, vərəsə kimi tanınmış, X56, X50, X51, X52, X44, X29, X34 və X13 “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0221, kod 61109005 nömrəli dövlət aktında nəzərdə tutulan Tərtər rayon Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X49 və anaları X6 məxsus hissəsinə miras paya qanun üzrə vərəsə kimi tanınmaları barədə iddia tələbləri Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-733/2022 nömrəli qətnaməsi ilə təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4857/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə X8 2(104)- 733/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanmışdır”. Məhkəməyə aktları qanuni qüvvəyə mindikdən sonra adlarını qeyd etdiyi şəxslər Tərtər Notariat ofisinə müraciət etmişlər. Notarius məhkəmə aktlarında gəlinən hüquqi nəticəyə əhəmiyyət vermədən, vərəsə kimi tanınmayan, miras payları müəyyən edilməyən X56, X50, X51, X52, X44, X29, X34 və X21 və onu vərəsə kimi tanıyaraq adları qeyd edilən şəxslərə vərəsəlik şəhadətnaməsi vermişdir. X11, X50, X51, X52, X44, X29, X34 və X3 rayon Notariat Ofisinin notariusu tərəfindən qanunsuz verilmiş vərəsəlik şəhadətnamələri ilə onun qanuni sahibliyində olan 2,92 ha torpaq sahəsinin mülkiyyətlərinə verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişlər. Həmin ərəfədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə məhkəməyə müraciət etmişdir ki, reyestr xidmətinə mübahisəli torpaq sahəsinə dair çıxarışların verilməsi qadağan edilsin. Məhkəmənin qərardadına baxmayaraq reyestr xidməti notarius tərəfindən qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi verilən şəxslərə müvafiq çıxarışlar vermişdir. Hesab etmişdir ki, notarius tərəfindən verilmiş vərəsəlik şəhadətnamələri və onun əsasında verilmiş çıxarışlar qanunsuz və əsassız verildiyi üçün etibarsız hesab olunmalıdır. Göstərilənlərə əsasən Tərtər rayon Notariat Ofisi tərəfindən X48, X31, X32, X33, X27, X14, X16 və X17 verilmiş vərəsəlik şəhadətnamələrinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən verilmiş çıxarışların etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərilənləri təsdiq edərək Tərtər rayon Notariat Ofisi tərəfindən X48, X31, X32, X33, X27, X14, X16 və X17 verilmiş vərəsəlik şəhadətnamələrinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən verilmiş çıxarışların etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını bir daha məhkəmədən xahiş etmişdir. İş materiallarında olan elektron vəkil orderindən görünür ki, İddiaçı “Verdiktum” vəkil bürosunun vəkili Vəkil ilə müqavilə bağlayaraq ona etibarnamə vermiş və məhkəmə iclaslarında onun hüquqlarını müdafiə etməyi həvalə etmişdir. İddiaçı vəkili və vəkalətli nümayəndəsi Vəkil məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki iş üzrə məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə saat 14:30-a təyin edildiyini, mövcud hava şəraiti və səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, işə baxaraq iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı vəkili və vəkalətli nümayəndəsi Vəkil ərizəsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri, eləcə də məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə cavabdehlərin iştirakı olmadan Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasasən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat vermiş maraqlı şəxs X56 iddianı qəbul etməyərək valideynlərinin vərəsəsi kimi tanınmalarını, miras əmlakın onların arasında bölünməsini, hazırki tələblə bağlı məhkəməyə təqdim etdikləri etirazına əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş maraqlı şəxs X51 iddianı qəbul etməyərək hər bir vərəsənin payının özünə verilməsini, sənədləşməni düzgün apardıqlarını, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş maraqlı şəxs Cuquyeva (Babayeva) Rahilə Topuş qızı iddianı qəbul etməyərək valideynlərinin vərəsəsi olduqlarını, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş maraqlı şəxs Cuquyeva (Məmmədova) Həqiqət Topuş qızı iddianı qəbul etməyərək sənədləşməni düzgün apardıqlarını bildirmiş, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş maraqlı şəxs X50 iddianı qəbul etməyərək onlar hər biri eyni ata-ananın övladları olduqlarını, sənədləşməni düzgün apardıqlarını, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş maraqlı şəxs Cuquyeva (Allahverdiyeva) Gülnaz Topuş qızı iddianı qəbul etməyərək vərəsə olduğunu, vərəsə kimi ona çatan payın özünə verilməsini bildirmiş, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş maraqlı şəxs X52 iddianı qəbul etməyərək, aldıqları sənədlərin qanuni olduğunu, sənədləşməni düzgün apardıqlarını, iddianın təmin edilməməsini xahiş etmişdir. Maraqlı şəxs X44 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri, eləcə də məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, maraqlı şəxs X56, X27 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması məqsədi ilə məhkəmə bildirişini çatdırılması üçün götürmüşdür. Odur ki, məhkəmə işə maraqlı şəxs X15 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)- 1235/2020 saylı qətnaməsinin surətindən görünür ki, “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0221, kod nömrəsi 61109005 saylı dövlət aktında nəzərdə tutulan Tərtər rayon Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X49 və anaları X6 məxsus hissəsinə miras paya X56, X50, X51, X52, X44, X29, X34 və X35 və X45 qanun üzrə vərəsə kimi tanınmışlar. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-857/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X37 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1235 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmişdir. “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0221, kod 61109005 saylı dövlət aktında nəzərdə tutulan Tərtər rayon Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X49 və anaları X6 məxsus hissəsindən ibarət miras əmlaka X56, X50, X51, X52, X44, X29, X34 və X35 və İddiaçı qanun üzrə vərəsə kimi tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4777/2021 saylı qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-857/2021 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-733/2022 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X37 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1235 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia əsassız olduğundan təmin edilməmişdir. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X20 qalmış mirasın ölənlərin qanun üzrə birinci növbəli vərəsəsi olan İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı kimi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4857/2022 saylı qərarının surətindən görünür ki, iddiaçı X56nun kassasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-733/2022 saylı qətnaməsi qismən – xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X20 qalmış mirasın ölənlərin qanun üzrə birinci növbəli vərəsəsi olan İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı kimi müəyyən olunsun hissəsində ləğv olunmuş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X28 vərəsəsi X53 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi X53 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X28 vərəsəsi X7 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi X7 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X28 vərəsəsi X38 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi X38 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X28 vərəsəsi X22 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi X22 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X28 vərəsəsi X51 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi X51 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X28 vərəsəsi X56 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi X56 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X28 vərəsəsi X50 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi X50 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X28 vərəsəsi X46 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi X46 miras əmlakdan 1/10 hissədə pay almalıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarış sənədinin surətindən görünür ki, həmin sənəddə Tərtər rayon Sarov kəndində yerləşən 2,9222 ha pay torpaq sahəsinin X48 12/60 hissədə, X31 12/60 hissədə, X32 12/60 hissədə, X39 2/60 hissədə, X27 2/60 hissədə, X14 2/60 hissədə, X16 2/60 hissədə və X17 2/60 hissədə, X36 2/60 hissədə, X6 2/60 hissədə və İddiaçı 10/60 hissədə payları müəyyən edilmiş və mülkiyyətçi kimi göstərilmişlər. Məhkəmə iddiaçının, maraqlı şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə elan olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)- 1235/2020 saylı qətnaməsinin surətindən görünür ki, “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0221, kod nömrəsi 61109005 saylı dövlət aktında nəzərdə tutulan Tərtər rayon Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X49 və anaları X6 məxsus hissəsinə miras paya X56, X50, X51, X52, X44, X29, X34 və X35 və X45 qanun üzrə vərəsə kimi tanınmışlar. Məhkəmədə elan olunmuş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-857/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X37 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1235 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmişdir. “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0221, kod 61109005 saylı dövlət aktında nəzərdə tutulan Tərtər rayon Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X49 və anaları X6 məxsus hissəsindən ibarət miras əmlaka X56, X50, X51, X52, X44, X29, X34 və X35 və İddiaçı qanun üzrə vərəsə kimi tanınmışdır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4777/2021 saylı qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-857/2021 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmədə elan olunmuş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-733/2022 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X37 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1235 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia əsassız olduğundan təmin edilməmişdir. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X20 qalmış mirasın ölənlərin qanun üzrə birinci növbəli vərəsəsi olan İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı kimi müəyyən olunmuşdur. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4857/2022 saylı qərarının surətindən görünür ki, iddiaçı X56nun kassasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)- 733/2022 saylı qətnaməsi qismən – xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X20 qalmış mirasın ölənlərin qanun üzrə birinci növbəli vərəsəsi olan İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı kimi müəyyən olunsun hissəsində ləğv olunmuş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmədə elan olunmuş Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərindən göründüyü kimi maraqlı şəxslər mərhum valiseynləruindən qalmış miras əmlakın 1/10 hissəsində pay almalıdırlar. Miras əmlak Tərtər rayon Sarov kəndində yerləşən 2,922 ha pay torpaq sahəsinin xx.xx.2014-cü il tarixdə vəfat etmiş X36 məxsus olan 0,4870 hissəsindən, eləcə də xx.xx.2014-cü il tarixdə vəfat etmiş X6 məxsus olan 0,4870 hissəsindən ibarət olduğu qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarış sənədinin surətindən görünür ki, 2,922 ha pay torpaq sahəsi üzrə iddiaçının, mərhum valideynlərinin və maraqlı şəxslərin payları müəyyən edilmiş və adları mülkiyyətçi kimi qeyd edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia tələbini sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materillarındakı sənədlərin araşdırlması zamanı müəyyən edildi ki, iddiaçı və maraqlı şəxslər xx.xx.2014-cü il tarixdə vəfat etmiş X28 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 birinci dərəcəli vərəsələridirlər və onlar qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4857/2022 saylı qərarı ilə mərhum valideynlərinin vərəsələri kimi tanınmışlar. Məhkəmə qanuni qüvvəsini aldıqdan sonra vərəsələr notariat ofisinə müraciət etmiş və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və çıxarış sənədi alınmışdır. Azərbaycan Respublikası MPM-in 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. https://e-qanun.az/framework/46945 Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bunlarla yanaşı Azərbaycan Respublikası MM-in 139-1.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardadır. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardandır. Həmin Qanunun 9.1.1-ci madəsinin tələblərinə əsasən bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinin tələblərinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Yuxarıda qeyd olunan normalardan məlum olur ki, Azərbaycan Respublikasının Qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Maraqlı şəxslər tərəfindən hazırki məhkəməyə təqdim edilmiş Çıxarış sənədindən görünür ki, onlar qanunamüvafiq qaydada sənədləşmə apararaq adlarına çıxarış almış və həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişlər. Bütün bunlarla yanaşı məhkəmə iddiaçının izahatının, maraqlı şəxslərin etiraz ərizələrinin, hüquqmüəyyən edici sənədlərin və iş materiallarına əlavə edilmiş sənədlərin, yuxarı instansiya məhkəmələrinin qətnamələrinin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı tərəf iddia tələbi ilə bağlı yəni torpaq sahənin yalnız onun mülkiyyəti olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, beləliklə həmin sübutların mövcud olması öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. İşin müəyyən olunmuş halarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız qəbul edilmiş məhkəmə qətnamələrini təqdim etmiş, formal mülahizələrlə öz tələbini əsaslandırmaqla kifayətlənmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.https://eqanun.az/framework/46944 Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya iddiaçının sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İşə əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi vərəsələr kimi iddiaçı ilə yanaşı, maraqlı şəxslərə də məxsus mülkiyyətdir və onların həmin torpaq üzərində sərəncam vermək hüququ qanuni qaydada həll edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının izahatını, cavabdehin etiraz və mülahizələrə dair ərizəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməli, İddiaçı cavabdehlər Tərtər rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Tərtər rayon Notariat Ofisi tərəfindən X48, X31, X32, X33, X27, X14, X16 və X17 verilmiş vərəsəlik şəhadətnamələrinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən verilmiş çıxarışların etibarsız hesab olunması tələbinə dair iddiası rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Tərtər rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Tərtər rayon Notariat Ofisi tərəfindən X48, X31, X32, X33, X27, X14, X16 və X17 verilmiş vərəsəlik şəhadətnamələrinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən verilmiş çıxarışların etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev