Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1005/2023 12.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçıların nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, maraqlı şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və reyestri publik huquqi şəxsi 15 saylı Tovuz Ərazi idarəsinə və Tovuz ASAN xidmət Mərkəzində Notariat ofisinə qarşı "miras əmlakda payın müəyyən edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmə hazırlıq iclasında, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə məhkəməyə muraciət edərək Maraqlı şəxs2 tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 2V1-210 nömrəli qanun üzrə şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş xx.xx.2021-ci il tarixlib reyestr nömrəsi **********87-30301 nömrəli çıxarışın ləğv edilməsi və həmin əmlak üzərində iddiaçıların paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıların nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və iddianın baxılmamış saxlanımasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında ərizə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, maraqlı şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və reyestri publik huquqi şəxsi 15 saylı Tovuz Ərazi idarəsinə və Tovuz ASAN xidmət Mərkəzində Notariat ofisinə qarşı "miras əmlakda payın müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1005/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1005/2023
12.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver