Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1022/2025 19.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, X7 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi (Maraqlı şəxs) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Tovuz Rayan Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1986-cı il təvəllüdlü X1nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1992-ci ildə anadan olmuşdur. X1 isə 05 noyabr 1986-cı ildə anadan olmuşdur. X2, anaları X6 olmuşdur. Atası 27 mart 2016-cı ildə, anası isə 17 dekabr 2024-cü ildə vəfat etmişdir. Anasının vəfatından sonra bacısına özü ailəsinin dəstəyi ilə baxmışdır. Bacısı da əqli gerilik səbəbindən birinci qrup əlildir. Həkim komissiyası yoxlaması nəticəsində bacısının İ qrup əlil olmasını müəyyən etmişdir. Hər hansı sənəd düzəltmək üçün bir quruma müraciət etdikdə suallara cavab vermir. Bacısı uşaq serebral iflici nəticəsində əmələ gələn oliqfreniya, idiotiya dərəcəsində, sağ tərəfli hemiparez xəstəliyindən əziyyət çəkir. Bacısının əvəzindən hər hansı sənəd imzlamaq lazım gəldikdə özünün iştirakının vacib olması bildirilir. Xəstəlik diaqnozu barədə verilmiş arayışdan da göründüyü kimi bacısı sağalmaz ruhi xəstədir. O, bununla bağlı yerli icra hakimiyyəti orqanına məlumat verdikdə Maraqlı şəxs başçısı yanında fəaliyyət göstərən qəyyumluq və himayəçilik orqanından bizə bildirilmişdir ki, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə qadir olmayan şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məhkəmə qaydasında müəyyən oluna bilər. Şəxsin fəaliyyət qabiliyyətsiz olması məhkəmə qaydasında müəyyən olunduğundan o, məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Tovuz rayonu Həsənli kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş ЖVİ-ЖГ № 366720 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi (atası X8, anası X6) xx.xx.1992-ci il tarixdə Tovuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. Tovuz rayonu Çeşməli kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş Жİİ-ЖГ № 319308 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 (atası X8, anası X6) xx.xx.1986-cı il tarixdə Tovuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1986-cı il tarixdə 85 nömrə ilə qeyd edilmişdir. Tovuz rayonu Həsənli kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İİ № 434889 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2016-cı il tarixdə Tovuz rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 04 nömrəli akt qeydi tərtib edilmişdir. Tovuz regional “ASAN xidmət” qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İİ № 441504 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2024-cü il tarixdə Tovuz rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 294 nömrəli akt qeydi tərtib edilmişdir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışın surətindən müəyyən olunur ki, X4 aşkar edilmiş ümumi xəstəliyə (uşaq serebral iflici nəticəsində əmələ gələn oliqofreniya, idiotiya dərəcəsində sağ tərəfli hemiparez) uyğun olaraq xx.xx.2014-cü il tarixdə müddətsiz birinci dərəcə əllilik təyin edilmişdir.. xx.xx.2025-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 114 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən X4 aşkar edilmiş ümumi xəstəliyə (uşaq serebral iflici nəticəsində əmələ gələn oliqofreniya, idiotiya dərəcəsində sağ tərəfli hemiparez) uyğun olaraq psixi vəziyyətinə görə fəaliyyət qəbiliyyəti olmayan şəxs hesab edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.1986-cı il tarixdə Tovuz rayonunda doğulmuş X1 uşaq serebral iflici nəticəsində əmələ gələn birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışın surətindən müəyyən olunur ki, X4 aşkar edilmiş ümumi xəstəliyə (uşaq serebral iflici nəticəsində əmələ gələn oliqofreniya, idiotiya dərəcəsində sağ tərəfli hemiparez) uyğun olaraq xx.xx.2014-cü il tarixdə müddətsiz birinci dərəcə əllilik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 114 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən X4 aşkar edilmiş ümumi xəstəliyə (uşaq serebral iflici nəticəsində əmələ gələn oliqofreniya, idiotiya dərəcəsində sağ tərəfli hemiparez) uyğun olaraq psixi vəziyyətinə görə fəaliyyət qəbiliyyəti olmayan şəxs hesab edilməlidir. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1986-cı il tarixdə Tovuz rayonunda doğulmuş, Tovuz rayonu Həsənli kəndində qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1986-cı il tarixdə Tovuz rayonunda doğulmuş, Tovuz rayonu Həsənli kəndində qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-1022/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1022/2025
19.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver