Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-103/2025 22.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs başçısının Qəyyumluq və Himayəçilik Orqanı) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (Maraqlı şəxs başçısının Qəyyumluq və Himayəçilik Orqanı) xx.xx.1983-cü il tarixdə Tovuz rayonu Dondar Quşçu kəndində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 Nizami Süleyman oğlu ilə birgə nikahlarından xx.xx.1983-cü ildə Tovuz rayonu Dondar Quşçu kəndində anadan olub. Qızı anadan olan gündən xəstədir və ona “uşaqlıqdan keçirilmiş meninqoensefolebitin davamlı qalıq əlamətləri sağ tərəfin hemiparez motor afaziya əqli zəifliyisol ayağı ərtafların pareziyerişin ciddi pozulmzı ilə” diaqnozu qoyulmuşdur. Mələk ikinci qrup əlildir və mələk xəstə olduğundan onun himyəsindədir. Qızının hərəkət etməsi ona çətinliklər yaradır. O hərəkət edərkən ona mütləq xidmət edilməlidir. Qızının bütün hərəkətlərinə o, nəzarət edir. Onun xəstəlikləri ilə bağlı sənədləri ərizəyə əlavə etmişdir. O, öz hərəkətlərinin mənasını əqli geriliyi olduğundan anlamır. Mütamadi olaraq himayəsində olmaqla həkim müayinəsində tez tez olur. Hesab edir ki, qızı müalicə olunsa da, onun əqli bərpa olunan deyil. O, hərəkətlərinin mənasını dərk edə bilmədiyindən heç bir notarial hərəkətlər edə bilmir. Mələyin xəstə olması, yəni əqli geriliyi Tibbi-Sosial ekspert komissiyası tərəfindən də müəyyən olunub. Mələk faktiki olaraq himayəsində olsa da, qanunla oğlu məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 580 saylı rəyindən görünür ki, X3 Uşaqlıqda keçirilmiş meninqoensefalitin qalıq əlamətləri, sağ tərəfli hemiparez və kəskin debillik dərəcəsində oliqofreniya müəyyən edilir. X3 müəyyən edilən psixi pozuntularla əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X3 müəyyən edilən Uşaqlıqda keçirilmiş meninqo-ensefalitin “qalıq əlamətləri, sağ tərəfli hemiparez və kəskin debillik dərəcəsində oliqofreniya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi xx.xx.1983-cü il təvəllüdlü X5 onun qızı olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X3 hazırda “Uşaqlıqda keçirilmiş meninqoensefalitin qalıq əlamətləri, sağ tərəfli hemiparez və kəskin debillik dərəcəsində oliqofreniya” müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin, mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 onda müəyyən edilən Uşaqlıqda keçirilmiş meninqoensefalitin qalıq əlamətləri, sağ tərəfli hemiparez və kəskin debillik dərəcəsində oliqofreniya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verməmişdir. Buna görə də xx.xx.1983-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-103/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-103/2025
22.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver