Məhkəmə qərarları › İş №2(062)-1048/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1048/2023

04.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1048/2023 04.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı Tovuz rayonu Aşağı Öysüzlü-Qazıqulu bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçı Tovuz rayonu Aşağı Öysüzlü-Qazıqulu bələdiyyəsinin cavabdehlər Cavabdeh və digərlərinə qarşı «tikilinin sökülməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Tovuz rayonu Aşağı Öysüzlü-Qazıqulu bələdiyyəsinin sədri X2 cavabdehlər Cavabdeh və digərlərinə qarşı «tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən və əhalinin ümumi istifadəsində olan yolun üzərində həyata keçirilən tikintinin qarşısının alınması və onun cavabdehlərin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında Tovuz rayonu Aşağı Öysüzlü-Qazıqulu bələdiyyəsinin sədri X2 ərizə təqdim edərək göstərdi ki, işə mahiyyəti üzrə baxılmasını istəmir. Ona görə də iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Tovuz rayonu Aşağı Öysüzlü-Qazıqulu bələdiyyəsinin cavabdehlər Cavabdeh və digərlərinə qarşı «tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar