Məhkəmə qərarları › İş №2(062)-106/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-106/2024

10.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-106/2024 10.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat ofisinə qarşı “mirasın qəbul olunma müddətinin bərpa olunması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 108,4 kv.metr olan, 0,27 torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Tovuz rayonu Qovlar qəsəbəsi yerləşən 0,519797ha kənd təsərrüfatlı torpaq sahəsindən ibarətb miras mülkün vərəsəlik qaydasında qəbul olunması müddətinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək göstərdi ki, zərurətlə əlaqədar iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri gaytarılmasını xahiş etdi. Cavabdeh Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki iş üzrə iddianın baxılmamış saxlanılması barədə ərizə təqdim etdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini onun hazırkı işin mahiyyəti üzrə baxılmasını tələb etməmələri kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh (maraqlı şəxs) işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 119.1-ci, 259-260-cı, 263- 264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi : İddiaçı cavabdeh Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat ofisinə qarşı “mirasın qəbul olunma müddətinin bərpa olunması” tələbinə dair ərizə baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar