Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1063/2025 11.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (maraqlı şəxs: Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat kontoru və DƏDRX 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı “miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (maraqlı şəxs: Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat kontoru və DƏDRX 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2ndan miras qalmış **********47-10301 daşınmaz emlakın reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən arayışla 0.0704 ha torpaq sahəsinin və onun üzərində yerləşən 100.7 kv.m fərdi yaşayış evin vərəsələr arasında bərabər paylara bölünməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X2ndan **********47-10301 daşınmaz əmlakın reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən arayışla 0.0704 ha torpaq sahəsi və onun üzərində yerləşən 100.7 kv.m fərdi yaşayış evi miras qalmışdır. X2 xx.xx.2006-cı il tarixdə, anası X6 isə xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. Hazırda atasının və anasının birgə nikahlarından dünyaya gələn övladlarında vəfat edənlər və sağ qalanlar vardır. Övladlarından o-İddiaçı, X13, Cavabdeh1 yaşayır, X18, X14, X21, X15 və X19 vəfat etmişdir. Həmin evin torpaq sahəsinin vergiləri onun tərəfindən 2006-cı ildən hal-hazıradək ödənilmişdir. Həmin mirasın vərəsələr arasında paylara uyğun bölgüsü üçün notariusa müraciət etmişdir. Bunun əsasında yuxarıda qeyd olunan reyestr sənədi alınmış, lakin vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməli olmağı barədə notarius tərəfindən məktub verilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, miras əmlakın özü də daxil olmaqla bərabər şəkildə 3 hissəyə bölünməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdeh və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin digər cavabdeh və maraqlı şəxslər məhkəmə iclasına gəlmədiyindən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Tovuz regional Asan xidmət mərkəzinin Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 1998 nömrəli məktubundan görünür ki, xx.xx.2013-cü ildə Tovuz rayon notariat ofisinə mərhum X5 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün edilmiş müraciətə baxılmış, məlum olmuşdur ki, vərəsələr arasında mübahisə vardır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin arayışının surətindən görünür ki, Tovuz rayonu Y.Sadıqov küçəsində yerləşən 0.0704 ha torpaq sahəsi və onun üzərində yerləşən 100.7 kv.m fərdi yaşayış evi X7 adınadır. İş materiallarında olan Tovuz Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 126 nömrəli arayışından görünür ki, Reyest N-**********47-10301, qeydiyyat N ********** çıxarışa əsasən mərhum X5 miras qalmış Tovuz şəhəri, Y.Sadıqov küçəsində yerləşən 0.0704 ha həyətyanı torpaq sahəsinin vergisini 2006-ci ildən hal-hazıradək onun oğlu İddiaçı ödəyir. İş materiallarında olan Tovuz rayon İHB-nın Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2013-cü il tarixli, 2657 nömrəli arayışından görünür ki, X1 barəsində (əsas xx.xx.2006-cı il tarixli AZ-İ 179814 nömrəli ölüm haqqında şəhadətnamə) ondan ötəri ki, onun ölümündən sonra Tovuz şəhəri, Y.Sadıqov küçəsi 30 nömrəli fərdi yaşayış evində daimi pasport qeydiyyatında qalanların tərkibi aşağıdakı qaydadadır: Oğlu-Cavabdeh1 xx.xx.1957, gəlini-X3 xx.xx.1957, nəvəsi-X12 xx.xx.1991, nəvəsi-X9 xx.xx.1995. İş materiallarında olan Tovuz regional Asan xidmət mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X11 ilə X8 arasında Qazax rayon Qeydiyyat şöbəsində xx.xx.1950-ci ildə nikah bağlanmışdır. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X6 xx.xx.1980-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X11 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin arayışından görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Tovuz rayonunda anadan olmuşdur. X2, anası X4r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 adına reyestr nömrəsi **********4710301, qeydiyyat nömrəsi ********** olan çıxarışdan başqa digər əmlakların olub-olması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, X7 adına reyestr nömrəsi **********4710301, qeydiyyat nömrəsi ********** olan çıxarışdan başqa, 15 saylı Tovuz Əraz İdarəsində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Tovuz rayonİHB-nın Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 860 nömrəli arayışından görünür ki, mərhum X11 barəsində ondan ötəri ki, ona məxsus Tovuz şəhəri, Y.Sadıqov küçəsində mülkiyyətində 0.0704 ha torapaq sahəsində yerləşən fərdi yaşayış evində (Reyestr nömrəsi **********47-10301, Qeydiyyat **********) daimi qeydiyyatda olnaların tərkibi aşağıdakı kimidir. Oğlu-Cavabdeh1 xx.xx.1957, gəlini-X3 xx.xx.1967, nəvəsi-X12 xx.xx.1991, nəvəsi-X9 xx.xx.1995, X22 xx.xx.2017, X20 xx.xx.2019. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2006-ci ildə vəfat etmiş X11 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən xx.xx.1950-ci ildə X6 ilə nikaha girmişdir. T.Tağıyevin övladları xx.xx.1960-cı ildə X18, xx.xx.1958-ci ildə X14, xx.xx.1953-cü ildə Cavabdeh2, xx.xx.1965-ci ildə X23, xx.xx.1957-ci ildə Cavabdeh1, xx.xx.1955-ci ildə İddiaçı, xx.xx.1963-cü ildə X15, xx.xx.1952-ci ildə X24 doğulmuşdur. İşdə olan Tovuz rayon Dövlət Notariat Kontoruna ünvanlanmış ərizədən görünür ki, İddiaçı mirasın qəbulu ilə bağlı 18 aprel 2006-cı ildə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmin Qərarda həmçinin göstərilmişdir ki, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, **********47-10301 sayla qeydə alınmış reyestrdən çıxarışa əsasən Tovuz rayonu, Y.Sadıqov küçəsində ümumi sahəsi 0.0704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 100.7 kv.m olan fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi X7 mülkiyyətdinədir. İddiaçı Tovuz regional Asan xidmət mərkəzinin Notariat Ofisinə müraciət etmiş, vərəsələr arasında mübahisə olduğuna görə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hazırda iddiaçı məhrum X5 miras qalmış Tovuz rayonu, Y.Sadıqov küçəsində ümumi sahəsi 0.0704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 100.7 kv.m olan fərdi yaşayış evindən paylarının müəyyən edilməsini xahiş etmişdir. İddiaçıın mirası mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə qəbul etməsi, lakin miras miras əmlaka payların və mirasın bölüşdürülməsi zamanı mübahisə yaranması tədqiq edilmiş sübutlarla ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalı, X5 miras qalmış Tovuz rayonu, Y.Sadıqov küçəsində ümumi sahəsi 0.0704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 100.7 kv.m olan fərdi yaşayış evindən İddiaçı, Cavabdeh1və Cavabdeh2 hər birinin 1/3 hissədə payları müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X5 miras qalmış Tovuz rayonu, Y.Sadıqov küçəsində ümumi sahəsi 0.0704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 100.7 kv.m olan fərdi yaşayış evindən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1063/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1063/2025
11.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver