Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1120/2025 24.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı, həmçinin İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı İddiaçı2nın, İddiaçı3 və İddiaçı4 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2nın, İddiaçı3 və İddiaçı4 cavadehlər Cavabdeh1 və Cavabdeh2 Notariat Ofisinə «vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras mülkdən pay tələbinə» dair mülki işə Tovuz şəhərində 24 iyun 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavadehlər Cavabdeh1 və Cavabdeh2 Notariat Ofisinə qarşı iddia qaldıraraq mərhum X12 adından 24 oktyabr 2017ci il tarixində verilmiş vəsiyyətnamənin etibarsız sayılması, X3 və X5 miras qalmış torpaq sahələrindən paylarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş məhkəmənin icraatında olan zaman İddiaçı2 iddia həcminin dəqiqləşdirilməsinə dair ərizə verərək mərhum X12 adından Tovuz rayon Notariat Kontorundan verilmiş xx.xx.2017-ci il tarixli 2V 661 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi, X3 miras qalmış hüququn şəxsə məxsus olması haqqında dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli arayışda göstərilən ümumi sahəsi 152 kv metr olan fərdi yaşayış evindən ibarət miras əmlakdan, həmçinin həmin arayışda göstərilən torpaq sahəsinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışlarda göstərilən torpaq sahələrinin mərhum X12 və X2 paylarına düşən hissəsindən paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, həmçinin İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, İddiaçı2 iddianı müdafiə edərək göstərdi ki, X11 ilə X12 birgə nikahlarından anadan olmuş, anası və atası vəfat etmişdir. Cavabdeh1, o və digər iddiaçılar birinci növbəli vərəsələrdir. Məhrum anası X7 və mərhum atası X12 adına torpaq sahəsi var. Həmin torpaq sahələri reyestrdə qeydə alınmaqla Tovuz rayonu Bozalqanlı kəndində yerləşir. Reyestr nömrəsi **********94 olan çıxarışda 0,3072 ha torpaq sahəsində mərhum valideynlərinin 2/7, reyestr nömrəsi **********95 olan çıxarışda 0,4071 ha torpaq sahəsində 2/7, JN-551F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə 0,12 ha torpaq sahəsində 2/6 payı var. Mərhumun ölümündən sonra mirası faktiki olaraq qəbul etməklə sahiblik etməyə başlamışlar. Mirasın qəbulu ilə bağlı digər vərəsələr mirası qəbul etməmişlər. Bundan başqa vəsiyyətnamə ilk əvvəl ona verilsə də, sonradan 24 oktyabr 2017-ci ildə qardaşı, Cavabdeh1 verilmişdir. Digər iddiaçılar da mirasdan paylarını tələb edirlər. Bu səbəbdən də notarial qaydada mirası bölə bilmirlər. Aralarında olan mübahisəli mülkün notarial qaydada bölünməsi mümkün olmamışdır. Ona görə də miras mülk vərəsələr arasında məhkəmə qaydasında bölünməlidir. Odur ki, mərhum X12 adından Tovuz rayon Notariat Kontorundan verilmiş xx.xx.2017-ci il tarixli 2V 661 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi, X3 miras qalmış hüququn şəxsə məxsus olması haqqında dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli arayışda göstərilən ümumi sahəsi 152 kv metr olan fərdi yaşayış evindən ibarət miras əmlakdan, həmçinin həmin arayışda göstərilən torpaq sahəsinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışlarda göstərilən torpaq sahələrinin mərhum X12 və X2 paylarına düşən hissəsindən paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçılar İddiaçı3 və İddiaçı4 məhkəmə iclasında İddiaçı2 ilə eyni xüsusatda izahat verdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən, qismən təmin edilməlidir. İşə əlavə olunmuş 2V-661 saylı, 24 oktyabr 2017-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Tovuz rayonu Bozalqanlı kəndində yaşayan X16 mülkiyyətində olan bütün əmlakını oğlu Cavabdeh1 vəsiyyət etmişdir və vəsiyyətnaməyə imzanı 2 şahidin iştirakı ilə məhrum X11 etmişdir. İşə əlavə olunmuş Cavabdeh2 notariat ofisinin 25 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, vərəsələr arasında mübahisə olduğundan İddiaçı2 vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina olunmuşdur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2018-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli arayışdan görünür ki, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0,1248 ha torpaq sahəsində əmlakın ümumi sahəsi 152 kv metr olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tam olaraq X12, torpaq sahəsi isə X16, İddiaçı1, X11, İddiaçı3, X8 və X6 ümumi birgə mülkiyyətindədir. İşə əlavə olunmuş **********95 reyestr nömrəli çıxarışa əsasən, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0,4071 ha torpaq sahəsi Cavabdeh1, X12, X7, İddiaçı3, X4, X6 və İddiaçı1 ümumi birgə mülkiyyəti kimi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş **********94 reyestr nömrəli çıxarışa əsasən, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0,3072 ha torpaq sahəsi Cavabdeh1, X12, X7, İddiaçı3, X4, X6 və İddiaçı1 ümumi birgə mülkiyyəti kimi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş JN-551F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon AİK-nin 31 iyul 2000-ci il tarixli 07 nömrəli qərarı ilə Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsi X12, X7, İddiaçı3, X4, X6 və İddiaçı1 mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh1 mərhum X11 ilə mərhum X12 birgə nikahlarından anadan olmuşlar. X11 xx.xx.2020-ci ildə, X16 xx.xx.2018-ci ildə vəfat etmişdir. İddiaçılar və cavadeh Cavabdeh1 mərhumların birinci növbəli vərəsələrdir. 2V-661 saylı, 24 oktyabr 2017-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Tovuz rayonu Bozalqanlı kəndində yaşayan X16 mülkiyyətində olan bütün əmlakını oğlu Cavabdeh1 vəsiyyət etmişdir və vəsiyyətnaməyə imzanı 2 şahidin iştirakı ilə mərhum X11 etmişdir. **********94 reyestr nömrəli çıxarışa əsasən, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0,3072 ha torpaq sahəsi Cavabdeh1, X12, X7, İddiaçı3, X4, X6 və İddiaçı1 ümumi birgə mülkiyyəti kimi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. **********95 reyestr nömrəli çıxarışa əsasən, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0,4071 ha torpaq sahəsi Cavabdeh1, X12, X7, İddiaçı3, X4, X6 və İddiaçı1 ümumi birgə mülkiyyəti kimi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. JN-551F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon AİK-nin 31 iyul 2000-ci il tarixli 07 nömrəli qərarı ilə Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsi X12, X7, İddiaçı3, X4, X6 və İddiaçı1 mülkiyyətinə verilmişdir. ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli arayışdan görünür ki, yuxarıda qeyd edilən şəhadətnamədə göstərilən, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0,1248 ha torpaq sahəsində əmlakın ümumi sahəsi 152 kv metr olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tam olaraq X12, torpaq sahəsi isə X16, İddiaçı1, X11, İddiaçı3, X8 və X6 ümumi birgə mülkiyyətindədir. İşdə olan sənədlərlə və məhkəmə iclasında verilmiş izahatlarla müəyyən olunur ki, vərəsələr miras əmlakdan paylarını tələb edirlər. Ona görə də onların miras payları aralarında bölünməlidir. Vəsiyyətnamə olduğundan miras vəsiyyətnamə üzrə və qanun üzrə bölünməlidir. Məhkəmə hesab edir ki, iddianın vəsiyyətnamənin etibarsız hesab edilməsinə aid hissəsi təmin edilməməlidir. Belə ki, İddiaçı2 atası tərəfindən əmlakının 2017-ci ilin may ayında ona vəsiyyət edilməsini, eyni zamanda atasının 2017-ci ilin oktyabr ayında qardaşı Cavabdeh1 vəsiyyətnamə verərkən xəstə olmasını əsas gətirərək sonuncu vəsiyyətnamənin etibarsız sayılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının göstərdiklərinə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, miras qoyan tərəfindən verilmiş vəsiyyətnamədə Nəbi Yusifov ölən günədək ona məxsus olan əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Tovuz rayonunun Bozalqanlı kəndində yaşayan oğlu Cavabdeh1 vəsiyyət etməsi barədə sərəncam vermişdir. Həmin vəsiyyətnamə üzrə digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1222-ci maddəsinə əsasən, əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır. Göründüyü kimi, Mülki Məcəllənin 1222-ci maddəsinin tələblərinə uyğun olaraq, əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır. Lakin vəsiyyət edən sonuncu vəsiyyətnamə ilə digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Bundan əlavə atasının xəstə olmaqla, imza edə bilməməsi barədə göstərilənlərə məhkəmə qiymət verərək hesab edir ki, həmin hissədə qanunun tələbləri pozulmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1182-ci maddəsinə əsasən, əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Verilmiş vəsiyyətnamədəki qeyddən görünür ki, vəsiyyətnaməni vəsiyyət edən X16 xəstə olub, imza edə bilmədiyi üçün özünün xahişi və iştirakı ilə Tovuz rayonu Bozalqanlı kəndində yaşayan X11 imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1183.1-ci maddəsinə əsasən, əgər vəsiyyət edən nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. Vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə iki nəfər şahidin iştirakı ilə X11 tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, vəsiyyətnamə tərtib edilərkən heç bir qanun pozuntusuna yol verilməmiş, Mülki Məcəllənin vəsiyyətnamənin tərtib edilməsinə aid tələblərinə tam əməl olunmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, vəsiyyətnamənin digər miras qoyan tərəfindən imzalanması halı onu deməyə əsas verir ki, vəsiyyətnamə verilərkən heç bir saxtakarlıq olmamışdır. Belə ki, imza edən hər hansı bir saxtakarlıq niyyətində olmuş olsaydı, həmin vaxt öz payını sərbəst şəkildə başqasına verə bilərdi. Öz payına dair sərəncam verməməklə, o yalnız miras qoyan Nəbi Yusifovun iradəsini ifadə etmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iş üzrə tərəflər mirasın qəbul edilməsi barədə qanunla müəyyən olunmuş qaydada Notariat ofisinə müraciət etməmişlər. İddiaçılar mirasın faktiki olaraq yalnız onlar tərəfindən idarə edilməsini bildirirlər. Məhkəmə hesab edir ki, iddiaçılardan fərqli olaraq cavabdeh onlarla bərabər mirası faktiki olaraq idarə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi pay torpaq sahələrində miras qoyanlarla və digər vərəsələrlə bərabər Cavabdeh1 ümumi birgə payı vardır. Bu hal onu deməyə əsas verir ki, Cavabdeh1 iddiaçılarla bərabər mirası qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vərəsələrin hər biri mirası faktiki olaraq idarə etmişlər. Miras qoyan X12 payına aid hissədə tərəflərin hər birinin payı vəsiyyətnamə olduğundan mirasda düşəcək payın ½ hissəsi həddində müəyyən edilməlidir. X2 payına aid hissədə isə tərəflər arasında bərabər olmaqla, 1/5 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Miras əmlakın kütləsinə gəlincə, məhkəmə iclasında müəyyən edildi ki, **********94 reyestr nömrəli çıxarışa əsasən, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0,3072 ha torpaq sahəsi, **********95 reyestr nömrəli çıxarışa əsasən, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0,4071 ha torpaq sahəsi, JN-551F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli arayışda göstərilən Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0,1248 ha torpaq sahəsində əmlakın ümumi sahəsi 152 kv metr olan fərdi yaşayış evi daxildir. Məhkəmə hesab edir ki, mirasın kütləsinə daxil olan əmlakdan X9 aid hissədə vərəsələrin hər birinin 1/5 hissəsi qədər müəyyən edilməlidir. X12 payına vəsiyyətnamə olduğundan vərəsələrin hər birinin 1/10 hissə payı müəyyən olunmalıdır, qalan hissə isə digər vərəsələrə keçməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsini məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirməli olmasını imperativ qaydada müəyyən etmişdir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Göründüyü kimi iddiaçı mirası faktiki olaraq qəbul etməsini iddia etsə də, cavabdehin mübahisə olunan mirasdan həm vəsiyyət üzrə, həm də qanun üzrə vərəsə payı var. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. X1 miras qalmış reyestr nömrəsi **********94 olan çıxarışda göstərilən 0,3072 ha torpaq sahəsinin 1/7 hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və Cavabdeh1 hər birinin mirasda payları 1/5 hissə olmaqla, ümumi əmlakın 1/35 hissə müəyyən edilməli, iddiaçılar İddiaçı3, İddiaçı1 və Cavabdeh1 (mirasda olan payları və hər birinin mülkiyyətində olan payları nəzərə alınmaqla) ümumi əmlakdan payları hər birinin 6/35 hissə müəyyən edilməlidir. X1 miras qalmış reyestr nömrəsi **********95 olan çıxarışda göstərilən 0,4071 ha torpaq sahəsinin 1/7 hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və Cavabdeh1 hər birinin mirasda payları 1/5 hissə olmaqla, ümumi əmlakın 1/35 hissə müəyyən edilməli, iddiaçılar İddiaçı3, İddiaçı1 və Cavabdeh1 (mirasda olan payları və hər birinin mülkiyyətində olan payları nəzərə alınmaqla) ümumi əmlakdan payları hər birinin 6/35 hissə müəyyən edilməlidir. X1 miras qalmış JN-551F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsinin 1/6 hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və Cavabdeh1 hər birinin mirasda payları 1/5 hissə olmaqla, ümumi əmlakın 1/30 hissə müəyyən edilməli, iddiaçılar İddiaçı3 və İddiaçı1 (mirasda olan payları və hər birinin mülkiyyətində olan payları nəzərə alınmaqla) ümumi əmlakdan payları hər birinin 6/30 hissə müəyyən edilməlidir. X3 miras qalmış reyestr nömrəsi **********95 olan çıxarışda göstərilən 0,4071 ha torpaq sahəsinin 1/7 hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər birinin məcburi pay üzrə mirasda payları 1/5 hissə olmaqla, ümumi əmlakın 1/70 hissə, Cavabdeh1 isə ümumi əmlakda 6/70 hissə müəyyən edilməli, iddiaçılar İddiaçı3, İddiaçı1 (mirasda olan payları və hər birinin mülkiyyətində olan payları nəzərə alınmaqla) ümumi əmlakdan payları hər birinin 11/70, Cavabdeh1 isə ümumi əmlakda payı 16/70 hissə müəyyən edilməlidir. X3 miras qalmış JN-551F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsinin 1/6 hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər birinin məcburi pay üzrə payları 1/60 hissə, Cavabdeh1 isə 6/60 hissə müəyyən edilməli, iddiaçılar İddiaçı3 və İddiaçı1 ümumi əmlakdan payları hər birinin 11/60 hissə müəyyən edilməlidir. X3 miras qalmış Tovuz rayonu, Bozalqanlı kəndi ərazisində yerləşən ümumi sahəsi 152 kv.metr olan fərdi yaşayış evindən (reyestr nömrəsi **********68-10301) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər birinin məcburi pay üzrə payları ümumi əmlakdan 1/10 hissə, Cavabdeh1 isə 6/10 hissə müəyyən edilməlidir. X1 və X3 miras qalmış JN-551F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsinin onlara məxsus hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər birinin payı 3/70 hissə, Cavabdeh1 payı isə 8/70 hissə müəyyən edilməli, iddiaçılar İddiaçı3 və İddiaçı1 ümumi əmlakdan payları hər birinin 13/70 hissə, Cavabdeh1 isə 18/70 hissə müəyyən edilməlidir. X1 və X3 miras qalmış miras qalmış reyestr nömrəsi **********95 olan çıxarışda göstərilən 0,4071 ha torpaq sahəsinin onlara məxsus hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər birinin payı 3/70 hissə, Cavabdeh1 payı isə 8/70 hissə müəyyən edilməli, iddiaçılar İddiaçı3 və İddiaçı1 ümumi əmlakdan payları hər birinin 13/70 hissə, Cavabdeh1 isə 18/70 hissə müəyyən edilməlidir. X1 və X3 miras qalmış miras qalmış JN-551F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsinin onlara məxsus hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər birinin payı 3/60 hissə, Cavabdeh1 payı isə 8/60 hissə müəyyən edilməli, iddiaçılar İddiaçı3 və İddiaçı1 ümumi əmlakdan payları hər birinin 13/60 hissə müəyyən edilməlidir. Ona görə də, iddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. X1 miras qalmış reyestr nömrəsi **********94 olan çıxarışda göstərilən 0,3072 ha torpaq sahəsinin 1/7 hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və Cavabdeh1 hər birinin mirasda payları 1/5 hissə olmaqla, ümumi əmlakın 1/35 hissə müəyyən edilsin. İddiaçılar İddiaçı3, İddiaçı1 və Cavabdeh1 (mirasda olan payları və hər birinin mülkiyyətində olan payları nəzərə alınmaqla) ümumi əmlakdan payları hər birinin 6/35 hissə müəyyən edilsin. X1 miras qalmış reyestr nömrəsi **********95 olan çıxarışda göstərilən 0,4071 ha torpaq sahəsinin 1/7 hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və Cavabdeh1 hər birinin mirasda payları 1/5 hissə olmaqla, ümumi əmlakın 1/35 hissə müəyyən edilsin. İddiaçılar İddiaçı3, İddiaçı1 və Cavabdeh1 (mirasda olan payları və hər birinin mülkiyyətində olan payları nəzərə alınmaqla) ümumi əmlakdan payları hər birinin 6/35 hissə müəyyən edilsin. X1 miras qalmış JN-551F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsinin 1/6 hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və Cavabdeh1 hər birinin mirasda payları 1/5 hissə olmaqla, ümumi əmlakın 1/30 hissə müəyyən edilsin. İddiaçılar İddiaçı3 və İddiaçı1 (mirasda olan payları və hər birinin mülkiyyətində olan payları nəzərə alınmaqla) ümumi əmlakdan payları hər birinin 6/30 hissə müəyyən edilsin. X3 miras qalmış reyestr nömrəsi **********95 olan çıxarışda göstərilən 0,4071 ha torpaq sahəsinin 1/7 hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər birinin məcburi pay üzrə mirasda payları 1/5 hissə olmaqla, ümumi əmlakın 1/70 hissə, Cavabdeh1 isə ümumi əmlakda 6/70 hissə müəyyən edilsin. İddiaçılar İddiaçı3, İddiaçı1 (mirasda olan payları və hər birinin mülkiyyətində olan payları nəzərə alınmaqla) ümumi əmlakdan payları hər birinin 11/70, Cavabdeh1 isə ümumi əmlakda payı 16/70 hissə müəyyən edilsin. X3 miras qalmış JN-551F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsinin 1/6 hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər birinin məcburi pay üzrə payları 1/60 hissə, Cavabdeh1 isə 6/60 hissə müəyyən edilsin. İddiaçılar İddiaçı3 və İddiaçı1 ümumi əmlakdan payları hər birinin 11/60 hissə müəyyən edilsin. X3 miras qalmış Tovuz rayonu, Bozalqanlı kəndi ərazisində yerləşən ümumi sahəsi 152 kv.metr olan fərdi yaşayış evindən (reyestr nömrəsi **********68-10301) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər birinin məcburi pay üzrə payları ümumi əmlakdan 1/10 hissə, Cavabdeh1 isə 6/10 hissə müəyyən edilsin. X1 və X3 miras qalmış JN-551F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsinin onlara məxsus hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər birinin payı 3/70 hissə, Cavabdeh1 payı isə 8/70 hissə müəyyən edilsin. İddiaçılar İddiaçı3 və İddiaçı1 ümumi əmlakdan payları hər birinin 13/70 hissə, Cavabdeh1 isə 18/70 hissə müəyyən edilsin. X1 və X3 miras qalmış miras qalmış reyestr nömrəsi **********95 olan çıxarışda göstərilən 0,4071 ha torpaq sahəsinin onlara məxsus hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər birinin payı 3/70 hissə, Cavabdeh1 payı isə 8/70 hissə müəyyən edilsin. İddiaçılar İddiaçı3 və İddiaçı1 ümumi əmlakdan payları hər birinin 13/70 hissə, Cavabdeh1 isə 18/70 hissə müəyyən edilsin. X1 və X3 miras qalmış miras qalmış JN-551F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsinin onlara məxsus hissəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər birinin payı 3/60 hissə, Cavabdeh1 payı isə 8/60 hissə müəyyən edilsin. İddiaçılar İddiaçı3 və İddiaçı1 ümumi əmlakdan payları hər birinin 13/60 hissə müəyyən edilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1120/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1120/2025
24.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver