Məhkəmə qərarları › İş №2(062)-1148/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1148/2025

18.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1148/2025 18.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs xx.xx.1990-cı il tarixində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə və onun himayəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X4 ilə anası X6 xx.xx.1963-cü ildə rəsmi qaydada evlənib ailə qurmuşdurlar. Onların birgə nikahından xx.xx.1987-ci ildə o- Ərizəçi və xx.xx.1990-cı il tarixdə isə bacısı X5 anadan olmuşdur. Tovuz rayon İcra Hakimiyyəti başçısının 23 nömrəli 16 fevral 2024-cü il tarixli sərəncamına əsasən X5 İİ qrup əlil olaraq tanınıb və onun himayəsinə verilmişdir. Bacısı anadan olan gündən xəstədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xəstəlik sənədinə əsasən (xx.xx.2025-ci il) bacısına “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, davranış pozuntusu ilə İQ-34%” diaqnozu qoyulmuşdur və İ qrup əlil olaraq tanınmışdır. O, öz hərəkətlərinin mənasını əqli geriliyi olduğundan anlamır. Bacısı sərbəst olaraq öz hərəkətlərini idarə edə bilmədiyinə görə ona ərizəçi qulluq edir. Bacısı öz hərəkətlərinin mənasını dərk edə bilmədiyindən heç bir notarial hərəkət edə bilmir. Tünzalənin xəstə olması, yəni əqli geriliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən də müəyyən olunub. Qanunvericiliyin tələbinə əsasən bacısı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Bu səbəbdən də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 330 saylı rəyindən görünür ki, xx.xx.1990-cı ildə anadan olmuş X5 öz hərəkətlərini şüurlu ölçübbiçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə anadan olmuş X5 onun bacısı olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X3 hazırda ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyinə görə X1 rayon İcra Hakimiyyəti başçısının 23 nömrəli 16 fevral 2024-cü il tarixli sərəncamına əsasən İİ qrup əlil olaraq tanınıb, xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xəstəlik sənədinə əsasən isə o, İ qrup əlil olaraq tanınmışdır. Göstərilənləri nəzərə alaraq xx.xx.1990-cı ildə anadan olmuş X5 yuxarıda göstərilən diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də xx.xx.1990-cı il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar