Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-115/2025 22.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı1 və cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və maraqlı şəxs Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras mülkdən payın müəyyən olunması» tələbinə dair mülki işə Tovuz şəhərində 22 yanvar 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və maraqlı şəxs Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia qaldıraraq Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən mərhum X3 və X1 miras qalmış JN 135 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən miras torpaq sahəsinə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Torpaq İslahat zamanı atası X5 və ailə üzvlərinə Tovuz rayonu Düz Qırıqlı kəndində Tovuz AİK-nin 23 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi dövlət reyestrində torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydə alınmışdır. Atasına məxsus torpaq sahəsində öz şəxsi vəsaiti hesabına fərdi yaşayış evi tikdirmişdir. Hazırda həmin evdə ailə üzvləri ilə birgə orada yaşayırlar. X12 xx.xx.2008-ci ildə, anası Tamaşa Salmanova isə xx.xx.2005-ci ildə vəfat etmişdir. Atasından qalan evi tamamilə sökdürmüş, hazırda həmin ev mirasın kütləsinə daxil deyil. Mirasın kütləsinə JN 135 A saylı şəhadətnamədə göstərilən 0,13 ha torpaq sahəsinin ikidə bir hissəsi daxildir. Çünki həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdədir. Vərəsəliklə bağlı Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etmiş, oradan bildirmişlər ki, başqa bir vərəsəyə miras mülkə dair vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Özü də birinci dərəcə vərəsədir. xx.xx.2006-cı ildə Qulu Salmanov mülkünü nəvəsi, İddiaçı2 vəsiyyət etmişdir. Ona görə də Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən mərhum X3 və X1 miras qalmış JN 135 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən miras torpaq sahəsinə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan paylarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 məhkəmə iclasında iştirak etməmişdir. Onun verdiyi etibarnamə qanunun tələblərinə cavab vermədiyinə görə məhkəmə tərəfindən qəbul edilməmişdir. İddiaçı2 məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini göstərmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. Cavabdeh5 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, Torpaq İslahat zamanı atası X5 və ailə üzvlərinə Tovuz rayonu Düz Qırıqlı kəndində Tovuz AİK-nin 23 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi dövlət reyestrində torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydə alınmışdır. Atasına məxsus torpaq sahəsində qardaşı Nazim şəxsi vəsaiti hesabına fərdi yaşayış evi tikdirmişdir. Hazırda da həmin torpaq sahəsində olan yeni evdə yaşayır. Miras əmlakdan pay istəmir. Qardaşı Nazimin xeyrinə mirasdan imtina edir. Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı, həmçinin Cavabdeh7 təmsil etmişdir. Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı, həmçinin Cavabdeh7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Torpaq İslahat zamanı atası X5 və ailə üzvlərinə Tovuz rayonu Düz Qırıqlı kəndində Tovuz AİK-nin 23 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi dövlət reyestrində torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydə alınmışdır. Atasına məxsus torpaq sahəsində qardaşı Nazim şəxsi vəsaiti hesabına fərdi yaşayış evi tikdirmişdir. Hazırda da həmin torpaq sahəsində olan yeni evdə yaşayır. Miras əmlakdan pay istəmir. Öz payından qardaşı Nazimin xeyrinə imtina edir. İşdə iştirak edən digər cavabdehlər Cavabdeh6 məhkəmə iclasında Cavabdeh5 ilə eyni xüsusatda izahat verdilər. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh4 əvvəlki məhkəmə iclasında verdiyi izahatda göstərmişdi ki, Torpaq İslahat zamanı atası X5 və ailə üzvlərinə Tovuz rayonu Düz Qırıqlı kəndində Tovuz AİK-nin 23 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi dövlət reyestrində torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydə alınmışdır. Atasına məxsus torpaq sahəsində qardaşı Nazim şəxsi vəsaiti hesabına fərdi yaşayış evi tikdirmişdir. Hazırda da həmin torpaq sahəsində olan yeni evdə yaşayır. Miras əmlakdan pay istəmir. Qardaşı Nazimin xeyrinə mirasdan imtina edir. Maraqlı şəxs Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə ərizə göndərərək işlərinin çoxluğu ilə əlaqədar gələ bilmədiklərini, nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş 30 mart 2006-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X8 vəfat edəcəyi günə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən bütün mülkünü və həyətyanı torpaq sahəsini xx.xx.1994-cü il təvəllüdlü nəvəsi İddiaçı2 Qulu oğluna vəsiyyət etmişdir. İşə əlavə olunmuş JN-135A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon AİK-nin 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,13 ha torpaq sahəsi X4, X2, Cavabdeh3 və Cavabdeh7 ümumi birgə mülkiyyətinə verilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005ci ildə qaraciyər serrozundan vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008ci ildə qaraciyər çatışmazlığından vəfat etmişdir. Məhkəmə tərəfindən sorğu vasitəsilə alınmış sənədlərdən görünür ki, iş üzrə tərəflər barəsində xx.xx.2023-cü il tarixli 2V-899, 2V-900 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr mövcuddur. xx.xx.2023-cü il tarixli 2V-899 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X4 vərəsələri Cavabdeh7 və Cavabdeh3dur və mərhumdan qalmış mirasın kütləsinə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 0,525851 ha olan torpaq sahəsinin mərhuma aid hissəsi daxildir. xx.xx.2023-cü il tarixli 2V-900 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X2 vərəsələri Cavabdeh7 və Cavabdeh3dur və mərhumdan qalmış mirasın kütləsinə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 0,525851 ha olan torpaq sahəsinin mərhuma aid hissəsi daxildir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər bacı qardaşdırlar. JN-135A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon AİK-nin 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,13 ha torpaq sahəsi X4, X2, Cavabdeh3 və Cavabdeh7 ümumi birgə mülkiyyətinə verilmişdir. 30 mart 2006-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X8 vəfat edəcəyi günə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən bütün mülkünü və həyətyanı torpaq sahəsini xx.xx.1994-cü il təvəllüdlü nəvəsi İddiaçı2 Qulu oğluna vəsiyyət etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005-ci ildə qaraciyər serrozundan vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci ildə qaraciyər çatışmazlığından vəfat etmişdir. Məhkəmə tərəfindən sorğu vasitəsilə alınmış sənədlərdən görünür ki, iş üzrə tərəflərin mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli 2V-899, 2V-900 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr mövcuddur. xx.xx.2023-cü il tarixli 2V-899 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X4 vərəsələri Cavabdeh7 və Cavabdeh3dur və mərhumdan qalmış mirasın kütləsinə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 0,525851 ha olan torpaq sahəsinin mərhuma aid hissəsi daxildir. xx.xx.2023-cü il tarixli 2V-900 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X2 vərəsələri Cavabdeh7 və Cavabdeh3dur və mərhumdan qalmış mirasın kütləsinə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 0,525851 ha olan torpaq sahəsinin mərhuma aid hissəsi daxildir. İddiaçı iddia ərizəsində JN 135A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən miras torpaq sahəsinə verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsini və miras mülkdən paylarının müəyyən edilməsini xahiş edir. İddia ərizəsinə əlavədə etibarsız hesab edilməsi xahiş olunan vərəsəlik hüququna dair şəhadətnamələrin nömrələri göstərilsə də, JN 135 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin paylara mütənasib bölünməsi xahiş olunmuşdur. Halbuki, həmin torpaq sahəsinə dair JN 135 A saylı torpaq sahəsinə dair nə vərəsəlik işi açılmamış, nə də həmin mirasa vərəsəlik hüququna dair şəhadətnamə verilməmişdir. İddiaçı isə JN 135 A saylı torpaq sahəsinə verilmiş hesab etdiyi mövcud olmayan şəhadətnaməni mübahisələndirir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud olmayan şəhadətnamənin ləğvi mümkün olmadığından həmin şəhadətnamənin etibarsız sayılmasına zərurət yoxdur və iddia həmin hissədə təmin oluna bilməz. Eyni zamanda iddiaçılar vərəsəlik hüququna dair şəhadətnamə verilmiş 0,525851 ha torpaq sahəsindən pay istəmədikləri üçün həmin şəhadətnamənin etibarsız hesab edilməsi formal xarakter daşıdığından məhkəmə iddianın həmin hissədə təmin olunmasını məqsədə müvafiq hesab etmir. Məhkəmə iclası zamanı həmçinin müəyyən edildi ki, qanun üzrə vərəsələrdən İddiaçı1 hazırki torpaq sahəsini faktiki olaraq qəbul etmişdir. Eyni zamanda X7 və Cavabdeh7 həmin torpaq sahəsində payları olduğundan ümumilikdə həmin torpaq sahəsini idarə etmiş, eyni zamanda digər torpaq sahəsi ilə əlaqədar mirasın qəbulu barədə notariusa ərizə vermişlər. Belə olan halda məhkəmə hesab edir ki, vərəsələrdən üçü- İddiaçı1, X7 və Cavabdeh7 mirası faktiki qəbul etmişlər. Cavabdeh7 mirasdan qardaşı Nazimin xeyrinə imtina etməsini bildirsə də, məhkəmə hesab edir ki, o mirasın qəbulu barədə ərizə verməklə yanaşı, qanunla müəyyən olunmuş müddətdə mirasdan imtina ilə bağlı ərizə verməmişdir. Ona görə də mirası qəbul edib, sonradan istədiyi şəxsə bağışlaya bilər. Odur ki, məhkəmə hesab edir ki, miras üç nəfər vərəsə qəbul etmişdir. Eyni zamanda həyətyanı torpaq sahəsinin İddiaçı2 vəsiyyət edilməsi barədə işdə vəsiyyətnamə mövcuddur və hazırda da qüvvədədir. Ona görə də məhkəmə hesab edir ki, X4 payına aid hissədə İddiaçı2 vəsiyyət üzrə payı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi ) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə birinci növbədə-ölənin uşaqları,miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə mirası vərəsələr arasında bölünməsi hissəsinə gəlincə, hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, miras mülkdən mirası qəbul etmiş tərəflərin Qulu Salmanovun payına aid hissədə məcburi payı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsələrin hər biri mirası qəbul etmişlər. Mövcud mübahisə üzrə miras qoyanların hər birinin ümumi əmlakda (JN 135 A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsi) payı ümumi əmlakın ¼ hissəsini təşkil edir. X4 payına İddiaçı2 vəsiyyətnamə verildiyindən həmin payın ½ hissəsinə (ümumi əmlakın 1/8 hissəsinə) İddiaçı2 payı müəyyən edilməlidir. Digər vərəsələrin isə hər birinin X4 payına aid hissədə 1/6 hissə (ümumi əmlakın 1/24 hissəsi) payları müəyyən edilməlidir. X1 miras qalmış ümumi əmlakın ¼ hissəsinə vərəsələrdən İddiaçı1, X7 və Cavabdeh7 1/3 hissədə (ümumi əmlakın 1/12 hissəsinə) payları müəyyən edilməlidir. Ümumilikdə götürdükdə JN 135 A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,13 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan ½ hissəsinə vərəsələrdən İddiaçı1, X7 və Cavabdeh7 hər birinin ümumi əmlakda 3/24 hissə payı müəyyən olunmalıdır. İddiaçı2 isə Qulu Salmanovun payına aid miras əmlakda ½ hissə payı (ümumi əmlakda 3/24 hissə) payı müəyyən olunmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsini məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirməli olmasını imperativ qaydada müəyyən etmişdir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. JN 135 A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,13 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan ½ hissəsinə vərəsələrdən İddiaçı1, X7 və Cavabdeh7 hər birinin ümumi əmlakda 3/24 hissə payı müəyyən olunmalıdır. İddiaçı2 isə Qulu Salmanovun payına aid miras əmlakda ½ hissə payı (ümumi əmlakda 3/24 hissə) payı müəyyən olunmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən JN 135 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,13 ha torpaq sahəsinin mərhum X4 payına aid ¼ hissədə İddiaçı1, X7 və Cavabdeh7 hər birinin 1/24 hissə miras payları müəyyən edilsin. Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən JN 135 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,13 ha torpaq sahəsinin mərhum X4 payına aid ¼ hissədə İddiaçı2 ½ hissə (ümumi əmlakın 1/8 hissə) payı müəyyən edilsin. Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən JN 135 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,13 ha torpaq sahəsinin mərhum X2 payına aid ¼ hissədə İddiaçı1, X7 və Cavabdeh7 hər birinin 1/12 hissə (ümumi əmlakın 3/24 hissə) miras payları müəyyən edilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-115/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-115/2025
22.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver