Məhkəmə qərarları › İş №2(062)-1211/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1211/2025

17.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1211/2025 17.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 hüquqi varisi X8, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X14 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz ərazi idarəsinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras əmlaklara 1/3 hissədə payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş xx.xx.2013-cü il tarixli, 2V-1-77 və 2V-1-78 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin, həmin şəhadətnamələr əsasında sonuncunun adına verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, mərhum ataları X3 miras qalmış və Tovuz rayon Abulbəyli kəndində yerləşən ümumi sahəsi 152.2 kv.m olan yaşayış evinə, torpağın mülkiyyətə verilməsinə dair JN- 941A saylı şəhadətnamə əsasında mərhum anaları X4 miras qalmış və hazırda Tovuz rayon Abulbəyli kəndində yerləşən 0.07 ha torpaq sahəsinə qanun üzrə birinci növbə vərəsə olaraq hər birinin 1/3 hissədə paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X3 Tovuz rayon Abulbəyli kəndində yaşayış evi, mərhum anaları X9 isə 0.07 ha torpaq sahəsi miras qalıb. X17 xx.xx.1992-ci il tarixdə, anaları Gülüş İbrahimov isə xx.xx.2004-cü il tarixdə vəfat ediblər. Valideyinləri vəfat edəndən sonra qanun üzrə birinci növbə vərəsə olaraq mirası onlar qəbul etmiş və idarə etmişlər. Buna baxmayaraq qardaşı Cavabdeh1 2013-cü ildə saxta vərəsəlik şəhadətnaməsi alaraq valideyinlərindən miras qalmış yaşayış evini və torpaq sahəsini öz adına keçirmiş və bundan sonra da "xxxx" ASC-dən kredit götürmüş və ipoteka müqaviləsi bağlayaraq evi banka girov qoymuşdur. Tovuz rayon Nizami adına Sovxozun xx.xx.1987-ci il tarixli, 59 nömrəli əmrinə əsasən Tovuz rayon Bozalqanlı kəndi ərazisində atası X5 məxsus 0.12 ha həyətyanı torpaq sahəsinin 0.05 ha hissəsi bölünərək fərdi yaşayış evinin tikintisi üçün onun, yəni İddiaçı2 mülkiyyətinə verilmişdir. Həmin tarixdən də, qeyd olunan torpaq sahəsi onun mülkiyyətində olmuş, o, həmin torpaq sahəsində yaşayış evi tikərək ailəsi ilə orada yaşayır. Qeyd olunan torpaq sahəsinə xx.xx.1987-ci ildə qeydiyyat vəsiqəsi verilmiş, xx.xx.1989-cu ildə isə həmin torpaq sahəsində tikdiyi evə texniki pasport verilmişdir. Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsinə JN-940A, KOD-50301004 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilib. Həmin şəhadətnamədə səhv olaraq torpaq sahəsinin ölçüsü 0.03 ha göstərilib. O, Gəncə İnzibati Məhkəməsində iddia qaldıraraq ona məxsus xx.xx.1989-cu il tarixli 222 nömrəli texniki pasportda göstərilən 507.5 ha hissəyə uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia təmin olunub, iş üzrə apellyasiya şikayəti verilib və işin apellyasiya icraatı zamanı məlum olmuşdur ki, cavabdeh onlardan xəbərsiz kənd icra nümayəndəliyinin saxta arayışı əsasında valideyinlərindən miras qalmış evi və torpaq sahəsini saxta vərəsəlik şəhadətnaməsi əsasında öz adına rəsmiləşdirib. Halbu ki, birinci növbə vərəsə kimi onların da miras əlakdan payları var. Göründüyü kimi X17 1993-cü ildə, anaları Gülüş İbrahimova isə 2004-cü ildə vəfat edib. Valideyinləri vəfat edəndən sonra mirası birinci növbə vərəsə olaraq qəbul etmişlər və qanun üzrə birinci növbə vərəsə kimi onların da payları yaranmışdır. Vərəsəlik işində olan Tovuz rayon Abulbəyli kənd icra nümayəndəliyinin xx.xx.2013-cü il tarixli 102 nömrəli arayışlarından görünür ki, nümyəndəlik arayışda yalnız mərhum ata və anasının qanun üzrə birinci növbə yeganə vərəsəsi Cavabdeh1 olduğunu göstərmişdir. Notarius isə bunun əsasında vərəsəlik şəhadətnaməsi vermişdir. Halbu ki, vərəsəlik şəhadətnaməsi verən notarius P.Rzayev İddiaçı2la bir sinifdə oxumuş və mərhum Hidayər İbrahimovun ailəsini yaxşı tanımışdır. Göründüyü kimi notariusun da marağı olduğu üçün saxta vərəsəlik şəhadətnamələri vermişdir və həmin şəhadətnamələr əsasında da, Cavabdeh1 mirası öz adına rəsmiləşdirmişdir. Bu səbəbdəndə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, eyni həyətdə Zahidin evi olsa da o valideynlərinin adına olan və hazırda Zakirin yaşadığı mirası qəbul etmişdir.Odur ki,məhkəmədən iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 hüquqi varisi X15 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, Zahid uzun müddətdir ki, Almaniyada yaşayıb. Atası və anası vəfat edəndə o Azərbaycana gəlməmişdir. Hər birinin ayrı-ayrı yerlərdə evləri vardır. Odur ki, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X19 məhkəmədən iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrin baxmayaraq İddiaçı1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini (vəkili) izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarıxli, 2V-1-78 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü ildə vəfat etmiş X10 vərəsəsi Tovuz rayonu Abulbəyli kəndində yaşayan oğlu-Cavabdeh1dur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü ildə verilmiş 342 saylı arayışa və Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə verilmiş Tovuz rayonu Abulbəyli kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-941A kod: 50301004 saylı şəhadətnaməyə əsasən 0.07 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2013-cü il tarıxli, 2V-1-77 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci ildə vəfat etmiş X6 vərəsəsi Tovuz rayonu Abulbəyli kəndində yaşayan oğlu-Cavabdeh1dur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü ildə verilmiş 341 saylı arayışa əsasən Tovuz rayonu Abulbəyli kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 152.2 kv.m, ümumi 56.1 kv.m, yaşayış 96.1 kv.m yardımçı sahəsi olan yaşayış evindən və əlavə tikililərdən ibarətdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, **********23-10301 reyestr nömrəli fərdi yaşayış evinədə dair sənədin surətindən görünür ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. İş materiallarında olan JN-941A, kod 50301004 torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, 0,07 ha fərdi yaşayış evi, həyatyanı sahə, dövlət bağçılıq təsərrüfatının bağı X10 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 303 nömrəli Tovuz rayon Polis Şöbəsinin məktubundan görünür ki, bu arayış verilib Tovuz rayon Abulbəyli kənd sakini Cavabdeh1 ondan ötrü ki, Tovuz rayon DTİ və MHQİ tərəfindən mərhum atası X6 adına verilmiş 605 nömrəli qeydiyyat vəsiqəsinin itməsi barədə Tovuz rayon PŞ-də hər hansı bir məlumat olmamışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 26 nömrəli "xxxx" ASC-nin Tovuz filialının ipotekaya qoyulması barədə məktubunun surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Tovuz fillalı ilə Cavabdeh1 (ş.v. seriya AZE Ns03160675, "04" avqust 2005-ci ilda Tovuz RPŞ tərəfindən verilib) arasında bağlanmış 17 May 2013-cü İl tarixli 039YASEV32919601 saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh1 (Ş.v səriya AZE 03160675, 04 avqust 2005-ci ildə Tovuz RPŞ tərəfindən verilib) məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən ferdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli Tovuz rayon Notariat kontorunun məktubunun surətindən görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yaşayan X15 ilə "xxxx" ASC - nin Tovuz filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 030CASA131370001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1, məxsus olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən yaşayış evi (dövlət reyestrindən çıxarış **********23 — 10301) "xxxx" ASC-nin Tovuz filialına ipoteka qoyuldu. Ona görə də həmin evin özgəninkiləşdirilməsinə qadağa qoyulur. Xahiş olunur həmin qadağanı qeydiyyata alasınız. İş materiallarında olan xx.xx.2013-cü il tarixli Cavabdeh1 ilə "xxxx" ASC - nin Tovuz filialı arasında bağlanmış ipoteka müqaviləsinin surətindən görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən ümumi sahəsi 196 kv.m, yaşayış sahəsi 56.1 kv.m, yardımçı sahəsi 139.9 kv.m olan 2 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Tovuz rayon kənd nümayəndəsinin xx.xx.1992-ci il tarixli 377408 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz rayon Abulbəyli kənd nümayəndəliyinin xx.xx.2004-cü il tarixli 121821 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 051889 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1956-cı ildə doğulmuşdur. X1 ilə X13r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1961-cı ildə doğulmuşdur. X1 ilə X13r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2013-cü il tarixli RX ******* seriyalı çıxarışın surətindən görünür ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi tam payda Cavabdeh1 adınadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2016-cı il tarixli RX ******* seriyalı çıxarışın surətindən görünür ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi tam payda "xxxx" ASC-nin mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2013-cü il tarixli RX ******* seriyalı çıxarışın surətindən görünür ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin Tovuz filialı tərəfindən ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 196 kv.m olan fərdi yaşayış evini X2. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 izahatında göstərdi ki, o Nüşabəni tanıyır. O, Hidayətin himayəsində olmuşdur, hamısı orada yaşamışdır. 1992-ci ildə babası vəfat etmiş, Zahid və Mahir həmin vaxt Bakıda yaşamışlar. Zakir isə Tovuzda yaşamışdır. Zahid 1996-cı ildə işlə bağlı Bakı şəhərinə getmişdir. 2004-cü ildə Gülüş vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında göstərdi ki, o, 1998-ci ildə evlənmişdir. Gəlin köçəndə Zakir və Gülüş orada yaşayırdı. Gülüş 2004-cü ildə vəfat etmişdir. Zahid gəlib 40 gün orada yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcələnin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə qanun üzrə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir. (övladlığa götürənlər). Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmin qərarda əks olunmuş hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Hazırkı iş üzrə iddiaçılar Cavabdeh1 adına verilmiş xx.xx.2013-cü il tarixli, 2V-1-77 və 2V-1-78 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin, həmin şəhadətnamələr əsasında sonuncunun adına verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, mərhum ataları X3 miras qalmış və Tovuz rayon Abulbəyli kəndində yerləşən ümumi sahəsi 152.2 kv.m olan yaşayış evinə, torpağın mülkiyyətə verilməsinə dair JN-941A saylı şəhadətnamə əsasında mərhum anaları X4 miras qalmış və hazırda Tovuz rayon Abulbəyli kəndində yerləşən 0.07 ha torpaq sahəsinə qanun üzrə birinci növbə vərəsə olaraq hər birinin 1/3 hissədə paylarının müəyyən edilməsini xahiş etmişdir. Lakin işin tədqiq edilmiş halları əsasında iddiaçının notarial qaydada ərizə verməklə və (ya) miras əmlaka faktiki yiyələnmə formasında mirası qəbul etməsi müəyyən olunmur. Belə ki, işin hallarından göründeye kimi iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahidlər belə ifadələrində mirasın Zakir tərəfindən qəbul edildiyini, iddiaçıların isə Bakıda və ya Almaniyada yaşadıqlarını, yalnız 40 gün qphumluq borcunun yerinə yetirilməsi ilə bağlı miras kütləsinə daxil olan evdə yaşadıqlarını bildirmişlər. Eyni zamanda məhkəmə iclasında o da müəyyən edildi ki, Zahidin özünün miras kütləsinə daxil olna evin yaxınlığında öz evi vardır. Beləliklə iddiaçılar mirasın onlar tərəfindən faktiki qəbul edilməsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim etməmişlər. Mülki qanunvericiliyin yuxarıda istinad edilən norması mirasın faktik qəbul edilməsi dedikdə miras əmlakı idarə etməyə başlamağı və mirasa yiyələnməyi nəzərdə tutur. Göstərilən hərəkətlər isə miras əmlakla öz mülkiyyəti kimi rəftar etməkdən ibarətdir. İddiaçıların valideynlərindən miras qalmış evi idarə etməsi, eləcə də həmin evə yiyələnməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçıların vərəsə qismində əmlaka sahiblik etməklə və (ya) əmlakı idarə etməklə mirası qəbul etməsi, yəni miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün hərəkətlərin icra edilərək bariz şəkildə nümayiş etdirilməsi, dolayısıyla onun miras aktivini və miras passivini qəbul etməsi, yaxud mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməsi və ya həmin müddət ərzində vərəsəlik hüququnun realizəsi üçün notariat ofisinə üzrlü səbəb(lər)dən müraciət edə bilməməsi müəyyən edilmir. Belə olan halda, mirası faktiki və (ya) formal qəbul etməsi müəyyən edilmədiyindən iddiaçının hüquqlarını pozduğu sübuta yetirilməyən şəhadətnamənin və çıxarışın ləğv edilməsinə dair iddia təmin edilə bilməz. Bir sözlə belə olduğu halda iddiaçılar vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik deyillər. Digər tələb vərəsəlik hüququ haqqında şəhadətnamədən asılı olduğundan və həmin şəhadətnamə etibarsız hesab edilmədiyindən məhkəmə həmin hissədə araşdırma aparmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz ərazi idarəsinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras əmlaklara 1/3 hissədə payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar