Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-122/2025 14.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs başçısının Qəyyumluq və Himayəçilik Orqanı, X12 və X11) şəxsin “fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (Maraqlı şəxs başçısının Qəyyumluq və Himayəçilik Orqanı, X12 və X11) 02 fevral 1959-cu il təvəllüdlü bacısı X6 və 13 sentyabr 1062-ci il təvəllüdlü qardaşı X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X12 və X11 onun doğma bacısı və qardaşıdır. 02 fevral 1959-cu ildə anadan olmuş bacısı X12 astmatik sindromla gedən xronik diffuz obstuktiv bronxit, tez-tez kəskinləşmələrlə, ağ ciyərin emfizeması, T.Ç-İİ dərəcə, Fibrozkavernoz ağ ciyar vərəmi sorulma və bərkimə mərhələsi diaqnozu ilə üçüncü dərəcəli əlil, 13 sentyabr 1962-ci ildə anadan olmuş qardaşı X11 isə paranoid şizofreniya, şizofreniya raranoıd forma fasiləsiz gedişi, kənar şəxsin qulluğa və nəzarətə ehtiyacı var, psıxi qüsur halı diaqnozu ilə birinci dərəcəli əlildir. Hazırda bacısı X13 və qardaşı X3 daim kənar şəxslərin himayəsinə ehtiyac var. Ona görə də, bacısı X14 ve qardaşı X11 bu səbəbdən fəaliyyət qabılıyyət olmayan şəxs hesab edilməlidir. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhədətnamənin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X8 atası X15, anası X19r. Belə ki, iş materiallarında olan doğum haqqında şəhədətnamənin arayışının surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X4 atası X15, anası X19r. Belə ki, iş materiallarında olan doğum haqqında şəhədətnamənin arayışının surətindən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü Ərizəçi İbrahımxəlil oğlunun atası X15, anası X20r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnanənin arayışının surətindən görünür ki, X15 xx.xx.2003-cü ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnanənin arayışının surətindən görünür ki, X25 xx.xx.1987-ci ildə ölmüşdür. İş materiallarında olan Tovuz RİH başçısının Yuxarı Öysüzlükənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini X28, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini X26 və Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini X9 imza edərək akt tərtib etmişlər ona görə ki, Yuxarı Öysüzlü kənd sakinləri xx.xx.1962-ci il tarixində anadan olmuş X11 və xx.xx.1959cu il tarixdə anadan olmuş X12 hal hazırda Yuxarı Öysüzlü kəndində qardaşı Ərizəçi ilə birgə yaşayırlar və onların bütün zəruri tələbatlarını o, ödəyir, həmin evdə yaşamaları üçün hər bir lazım olan şəraitləri vardır. Ev fərdi yaşayış evi olmaqla 1 mərtəbədən, 2 otaqdan və yardımçı tikilidən İbarət olmaqla evin ümumi sahəsi 81 kv/m ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinənin çıxarışından görünür ki, Ərizəçi müddətsiz paranoid şizofreniya, şizofreniya paranoid forma, fasiləsiz gedişli, kənar şəxslərin qulluğuna və nəzarətə ehtiyacı var, psixi qüsur halı diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 629 saylı rəyindən görünür ki, mülki işdə olan tibbi sənədlər və şəxsin qardaşının məhkəməyə ünvanladığı ərizəsini tədqiq edərək aparılan (qiyabi) müayinə əsasında belə nəticəyə gəlirəm ki, X1 paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı formasında ruhi xəstəlikdən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq xx.xx.1962-ci il təvəllüdlü X11 onda müəyyən edilən və ona xəstəliyi ilə əlaqədar İ qrup müddətsiz əlillik təyin edilmiş Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı formasında ruhi xəstəlik ilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də, X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi 02 fevral 1959-cu il təvəllüdlü X6 və 13 sentyabr 1062-ci il təvəllüdlü X7 qardaşı olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəməpsixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.1962-ci il tarixində anadan olmuş X5 hazırda Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı formasında ruhi xəstəlikdən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq xx.xx.1962-ci il təvəllüdlü X11 onda müəyyən edilən və ona xəstəliyi ilə əlaqədar İ qrup müddətsiz əlillik təyin edilmiş Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı formasında ruhi xəstəlik ilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də, xx.xx.1962-ci il tarixində anadan olmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizənin X10 dair hissəsini əsaslı hesab etmir. Belə ki, həmin şəxsinn psixi qüsurları barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə qismən təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-122/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-122/2025
14.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver