Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1293/2024 20.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə və DDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı «vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, qeydiyyat vəsiqəsinin, çıxarışın ləğv edilməsi və miras mülkdən pay» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə və DDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı «vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, qeydiyyat vəsiqəsinin, çıxarışın ləğv edilməsi və miras mülkdən pay» tələbinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, qeydiyyat vəsiqəsinin, çıxarışın ləğv edilməsi və miras mülkdən payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası 20 iyun 2024-cü il tarixə təyin olunmuş və bu barədə tərəflərə rəsmi məhkəmə bildirişi göndərilmiş, İddiaçı məhkəməyə ərizə verərək iddia üzrə zərurət yarandığından işin baxılmamış saxlanılmasını və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasınnda iştirak etmiş, işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Digər cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə və DDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı «vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, qeydiyyat vəsiqəsinin, çıxarışın ləğv edilməsi və miras mülkdən pay» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1293/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1293/2024
20.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver