Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-13/2024 19.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Tovuz şəhərində 19 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək 22 avqust 2004-cü il təvəllüdlü Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, X1 ilə birgə nikahlarından 22 avqust 2004-cü ildə Amin adlı uşaqları anadan olmuşdur. O, doğulduğu vaxtdan xəstədir və etdiyi əməllərin nəticəsini qavramır. Həmçinin birinci dərəcəli əlildir. Həmin vaxtdan etibarən Maraqlı şəxs2 ev şəraitində yaşayır. Onun tərəfindən ona qulluq edilir. Oğlu əvvəllər olduğu kimi, indi də hərəkətlərinin nəticəsini qavramır, serebral iflicdir. Bununla bağlı maraqlı şəxs olan Maraqlı şəxs1 Başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanına müraciət etmişlər, lakin oradan məhkəməyə müraciət olunması bildirilmişdir. Odur ki, 22 avqust 2004-cü il təvəllüdlü Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxs1 Başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə Maraqlı şəxs2 məhkəmə iclasında dindirilməsini məqsədə müvafiq hesab etməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 22 avqust 2004-cü ildə Tovuz rayonu Qovlar şəhərində anadan olmuşdur. İşə əlavə olunmuş 22 iyun 2023-cü il tarixli, 1760 saylı ekspertiza rəyindən görünür ki, Maraqlı şəxs2 ağır dərəcəli əqli gerilik formasında, uşaq serebral iflcindən əziyyət çəkir. Maraqlı şəxs2 öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də Maraqlı şəxs2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Maraqlı şəxs2 22 avqust 2004-cü ildə anadan olmuşdur. Maraqlı şəxs2 ərizəçinin oğludur. Ərizəçinin izahatı və işdə olan sənədlərdən görünür ki, Maraqlı şəxs2 doğulduğu vaxtdan əqli gerilik, davranış pozuntusu olan, uşaq serebral iflici xəstədir və etdiyi əməllərin nəticəsini qavramır. Maraqlı şəxs2 hazırda hərəkətlərinin nəticəsini qavramır, şəxsdə əqli gerilik, davranış pozuntusu var. 22 iyun 2023-cü il tarixli, 1760 saylı ekspertiza rəyindən də göründüyü kimi, Maraqlı şəxs2 əqli gerilik uşaq serebral iflici nəticəsində müəyyən olunur. Maraqlı şəxs2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Maraqlı şəxs2 öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyildir. Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göründüyü kimi, ərizə təmin olunmalı və Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. 22 avqust 2004-cü ildə Tovuz rayonu Qovlar şəhərində anadan olmuş Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə 22 avqust 2004-cü il təvəllüdlü Maraqlı şəxs2 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-13/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-13/2024
19.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver