Məhkəmə qərarları › İş №2(062)-1302/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1302/2025

19.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1302/2025 19.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı «aktın ləğv olunması və cərimənin silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq ASC tərəfindən Tovuz rayonu Nəmxoş kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına yazılmış AKT R N:375245 nömrəli, xx.xx.2025-ci il tarixli aktın ləğv olunmasına və həmin akt əsasında yazılmış 540 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Nəmxoş kəndində fərdi yaşayış evi vardır və həmin evə elektrik sayğacı quraşdırılmışdır. Həmin sayğac həyətyanı sahənin ətrafına çəkilmiş daş hasarın yol tərəfinə quraşdırılmışdır. xx.xx.2025-ci il tarixdə Azərişıq ASC Tovuz EŞ-nin əməkdaşları yaşadığı evə gələrək yol tərəfdə olan elektrik sayğacına baxış keçirmişlər. Həmi vaxt o, evdə olmadığından bu barədə ona qonşu X3 məlumat vermişdir. xx.xx.2025-ci il tarixdə Tovuz EŞ-in əməkdaşları yenidən sayğaca baxmış və xx.xx.2025-ci il tarixli bildiriş qəbzi verərək elektrik enerjisi sərfiyyatına 50.12 manat borcum olduğu bildirilmişdir. Lakin xx.xx.2025-ci il tarixdə işıq idarəsinin əməkdaşları yeni ayın ödəniş bilrişini vurarkən ödəniləcək məbləğin 601.22 manat olması göstərildi. Ona görə də, o bu barədə Tovuz EŞ-nə müraciət etmiş və orada ona məlum olmuşdur ki, guya o, elektrik istifadəsi üçün sayğacdan kənar fazadan istifadə etmişdir. Sayğacda kənar xətdən axan yük var və bu barədə ona 6 gün sonra yəni xx.xx.2025-ci il tarixli AKT R N:375245 nömrəli akt tərtib olunmuşdur. Halbuki onun əlavə fazadan istifadə etməyi tamamilə yalandır, evində iki faza ilə işləyən avadanlığı yoxdur. Əgər belə bir hal olsaydı xx.xx.2025-ci il tarixdə işıq işçiləri gələrkən də müdaxiləni görərdilər. Yol tərəfdə yerləşən elektrik enerjisi sayğacına o, ümumiyyətlə yaxın getmir, ödənişləri də işıq işçilərinin verdiyi qəbzlər asasında edir. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın əsassız olaraq təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə olunan xx.xx.2025-ci il tarixli 375245 saylı aktın surətindən görünür ki, abonentə məxsus olan, Tovuz rayonu Nəmxoş kəndində yerləşən fərdi yaşayış evində yerləşən evdə elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, abonent kənar fazadan istifadə etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Tovuz rayonu Nəmxoş kəndində yerləşən fərdi yaşayış evində sayğaca baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, sayğacdan kənar elektrik enerjisindən istifadə edimişdir. Buna baxmayaraq itirilmiş elektrik enerjisinə görə abonentə esablanmış məbləğ qaydalara uyğun olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icra vərəqindən görünür ki, abonent Quliyeva Validənin 540.26 manat borcu var. Məhkəmə hesab edir ki, aparılmış hesabat 300 manat civarında müəyyən edilməlidir. xx.xx.2025-ci il tarixli 375245 saylı akt əsasında yazılmış 540 manat borcun 300 manatı silinməlidir. “Elektrik enerjisindən istifadə qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarının 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə -pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisinin sərfini müəyyənləşdirmək üçün ayrıca elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qərarın 7.10-cu bəndinə əsasən, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qərarın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi elektrik paylayıcısı yəni cavabdeh birlik daşıyır. Buna görə də məhkəmə hesab edir ki, elektrik sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri mümkün edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıya yazılmış akt əsasında hesablanmış borc qismən silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarının habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli,hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçının adına tərtib olunmuş akt əsasında yazılmış 300 manat borc silinməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 375245 saylı akta əsasən X1 hesablanmış 300 (üç yüz) manat borc silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar