Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1303/2024 06.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (oğlu) X3 və Cavabdeh2 nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «çıxarışın etibarsız sayılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «çıxarışın etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək 2V-678 və 2V-677 reyestr nömrəsi olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** və ********** qeydiyyat nömrəli, habelə, 2V-679 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(062)-2288/2021 saylı qətnaməsi ilə Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Mülki iş məhkəmənin icraatında olduğu vaxt bilməmişdir ki, qaynanası X4 miras qalan torpaq sahəsini Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə adına sənədləşdirmişdir. Tovuz Rayon Məhkəməsinin qətnamələri ilə xx.xx.2020-ci il tarixli, 2V-677 və 2V -678 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Reyestr nömrəsi ********** və ********** saylı çıxarışlarla mübahisə olunan torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bundan başqa baldızı X2 adına olan torpaq sahəsinə dair verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi də etibarsız hesab edilmişdir. Sədaqət Məmmədovanın adına olan torpaq sahəsinə dair 2V-679 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ hüququ haqqında şəhadətnamə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-634/2022 saylı qətnaməsi ilə etibarsız sayılmış və həminə qətnamə qanuni qüvvəsini almışdır. Mərhumlardan qalan miras torpaq sahəsinə DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən müvafiq çıxarışlar verilmişdir. Sözügedən qətnamələr qanuni qüvvəsini alsa və cavabdeh təşkilata təqdim olunsa da, Cavabdeh2 adına tərtib olunmuş çıxarışlar etibarsız sayılmamışdır. Halbuki, həmin çıxarışların verilməsinə əsas olmuş hüquqverici sənədlər məhkəmə qaydasında etibarsız sayılmışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (oğlu) X6 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi (vəkil) X5 iddia tələbini qəbul etdiyini və təmin edilməsinə etirazının olmadığını bildirdi. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməməmiş, habelə, gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Tovuz regional Asan Xidmət Mərkəzi Notariat Ofisinin xx.xx.2020-ci il tarixli Cavabdeh2 adına verilmiş 2V-677 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş Tovuz regional Asan Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş 2V-678 və 2V-679 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Tovuz regional Asan Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş 2V-677 və 2V-678 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli ********** və ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmişdir. Eyni zamanda Tovuz regional Asan Xidmət Mərkəzi Notariat Ofisi tərəfinin 2V-679 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak hüquq münasibətləri ilə bağlı yaranan mübahisədir və işin hallarına aşağıda göstərilən əlaqəli normalar əsasında qiymət verilməli və əmlak hüquqlarının müdafiəsi barədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (Mülki Məcəllənin 139.3-cü maddəsi). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (Mülki Məcəllənin 139-1.1.3-cü maddəsi). Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışların verilməsinə əsas Tovuz regional Asan Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş 2V-677 və 2V-678 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə isə əsas Tovuz regional Asan Xidmət Mərkəzi Notariat Ofisi tərəfinin 2V-679 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi olmuşdur. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamələr isə qanuni qüvvəsini almış məhkəmə qətnamələri əsasında etibarsız hesab edilmişdir. Məhkəmə göstərir ki, işin bu halı hazırki iddiaya həlledici təsir edir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelunumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarı). Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx.xx.2015-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, Cavabdeh2 adına verilmiş mübahisəli çıxarışların əsası olan vərəsəlik hüququ haqqında şəhadətnamələr məhkəmə qətnamələri üzrə etibarsız hesab edildiyindən həmin çıxarışlar da etibarsız sayılmalıdır. Mülki Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 149.2-ci maddəsində qeyd olunmuşdur ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışların etibarsız hesab edilməsinə Cavabdeh2 nümayəndəsi etiraz etməmişdir. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Tovuz regional Asan Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş 2V-677 və 2V- 678 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh2 adına olan xx.xx.2020-ci il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışlar etibarsız hesab edilsin. Tovuz regional Asan Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş 2V-679 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh2 adına olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1303/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1303/2024
06.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver