Məhkəmə qərarları › İş №2(062)-1351/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1351/2024

30.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1351/2024 30.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «miras əmlakdan payların müəyyən edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «miras əmlakdan payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli çıxarışa əsasən dövlət qeydiyyatına alınmış ünvan 1 ünvanında yerləşən 0,0726 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 106,7 kv.m. olan fərdi yaşayış evindən onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası mərhələsində İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin və sənədlərinin onun özünə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə tərəflər məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə bildirdi ki, sədrlik edən hakimin işə baxılması barədə etiraz vermişlər. İlk növbədə ona baxılmalıdır. Bundan başqa iddia ərizəsinin geri qaytarılmasını istəmir. İşin baxılmasının davam etdirilməsini istəyir. Çünki iş üzrə haqsızlıqlar vardır. Belə ki, iddiaçı eyni qəbildən olan miras payı üzrə baxılmamış saxlanılma qərardadını vəsatət əsasında ləğv etdirmişdir. Hansı ki, bu hal Ali Məhkəmənin müvafiq Plenum Qərarına zidd olmuşdur. Burada məqsəd mülki işin baxılmasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin vərəsəliklə bağlı son Qərarındakı hüquqi mövqeyə uyğun həll edilməsindən ötrü olmuşdur. Baxılmamış saxlama qərardadını iddiaçı aldığı üçün həmin mövqe ilə razılaşmışdır. Sonradan onun həmin qərardadı ləğv etdirməsi barədə vəsatət verməsi maraq doğurur. Eyni zamanda həmin iş üzrə rüsumu hər iki mülki işə işlətmişlər. Onu da göstərir ki, tərəflər bacı qardaş olduqları üçün bir-biriləri ilə əlaqələri vardır. Onun hüquqlarını təmsil etdiyi şəxsə bacısı whatsapp səs və smslər atmışdır ki, məhkəmələrə pul verəcəklər ki, iddia onların xeyrinə həll olunsun. Bu barədə hüquq mühafizə orqanlarına da müraciət edəcəklər. Məhkəmə ərizəni hüquqi təhlil edərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bir məqamı da məhkəmə qeyd edir ki, iddia vəsatət üzrə geri qaytarılan zaman cavabdeh tərəfin razılığının alınmasına zərurət olmadığından, habelə, bu hal işə baxan hakim tərəfindən baxılmanın davam etdirilməsinin qarşısını aldığından məhkəmə verilmiş etirazın həll edilməsinə lüzum görməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «miras əmlakdan payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar