Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1388/2023 07.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh ARDNŞ ”Azəriqaz” İstehsalat Birliyinə (İB) qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, cavabdeh ARDNŞ ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən 30 noyabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında ona hesablanmış 1036,8 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təyin olunmuş məhkəmə iclasının vaxtı barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər heç bir, səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən, habelə, işin başqa vaxta keçirilməsi barədə məhkəməyə vəsatət vermədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264cü maddələrini rəhbər turaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh ARDNŞ ”Azəriqaz” İstehsalat Birliyinə (İB) qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1388/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1388/2023
07.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver