Məhkəmə qərarları › İş №2(062)-148/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-148/2023

24.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-148/2023 24.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 Cəlal oğlunun Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Babək” firmasındakı 100 faizlik təsis payının 50 faizini Cavabdeh3, 30 faizini isə Cavabdeh2 bağışlamasına dair X13 Xidmət mərkəzinin Notariat ofisində rəsmiləşmiş xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 Cəlal oğlu atasının əmisi oğlu, digər iki cavabdeh isə onun övladlarıdır. Cavabdeh1 Cəlal oğlu ilə qarşılıqlı razılaşmaqlarına əsasən xx.xx.2018-ci il tarixdə aralarında kredit (borc) müqaviləsi bağlanmışdır. Müqaviləni notariusda rəsmiləşdirmişlər. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 Cəlal oğluna 6 ay müddətinə 150.000 manat borc pul vermişdir. Həmin borcun təminatı olaraq aralarındakı razılaşmalarına əsasən cavabdeh həmin 150.000 manatı ödəməyəcəyi halda, təsisçisi və mülkiyyətcisi olduğu “Babək” firmasının Tovuz rayonu, Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsini onun adına rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozduğuna və öhdəliyi yerinə yetirmədiyinə görə, Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehdən 150.000 manat borcun alınmasını və borcün cavabdehin mülkiyyətcisi olduğu Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin hərracda satılmaqla, əldə olunan vəsaitə yönəlməsini xahiş etmişdir.Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh1 Cəlal oğlundan 150.000 manat borcun alınıb ona verilməsi qət edilmiş, tutmanın xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin mülkiyyətində olan Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən verilmiş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə, qətnamə cavabdehdən 150.000 manat borcun alınması hissəsində qüvvədə saxlanılmış, borcun cavabdehin mülkiyyətində olan yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsinə yönəldilməsi ilə bağlı qanunun tələblərinə əməl edilmədiyi, yəni aralarında ipoteka müqaviləsi bağlanmadığı, həmin müqavilənin notariusda təsdiq olunmadığı və dövlət qeydiyyatından keçmədiyi əsas göstərilərək həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə qərarının məzmunu ondan ibarət olmuşdur ki, cavabdehlə borc müqaviləsi bağlayarkən və cavabdeh öz əmlakını girov qoyarkən biz aralarında ayrıca ipoteka müqaviləsi bağlayıb, həmin müqaviləni dövlət reyestr orqanında qeydiyyatdan keçirməli olduqları halda, bunu etməmişlər. Ona görə iddianın həmin hissədə təmin olunması qanunun tələbimə uyğun olmamışdır. Yekunda Cavabdeh1 Cəlal oğlundan 150.000 manat borcun alınıb ona verilməsinə dair məhkəmə qərarının icrasına başlanılmışdır. İcra prosesində icra məmuru cavabdehin əmlak vəziyyətini yoxlayarkən məlum olmuşdur ki, kassasiya instansiyası məhkəməsinin qərarından sonra Cavabdeh1 təsisçi olduğu “Babək” firmasındakı 100 faizlik payının 50 faizini oğlu Cavabdeh3 digər 30 faizini isə Cavabdeh2 adına bağışlama müqaviləsi əsasında keçirmişdir. Hesab edir ki, həmin bağışlama müqaviləsi cavabdehin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 150.000 manat borcunun, icra qaydasında onun əmlakına yönəlməsinin qarşısının alınması üçün məqsədli bağlanmış formal və uydurma müqavilə olduğundan etibarsız sayılmalıdır. Qeyd olunduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli yekun qərarı ilə Cavabdeh1 ona borclu olduğu 150.000 manatın alınıb verilməsi barədə mübahisə başa catmışdır. Məhkəmə qərarından sonra icra vərəqəsi icra şöbəsinə daxil olanadək cavabdeh borcunun icra qaydasında yönələcəyi yeganə əmlakı olan “Babək” firmasındakı 100 faizlik nizamnamə kapitalının və firmanın xüsusi mülkiyyətində olan yanacaqdoldurma məntəqəsinin 80 faizini bağışlama yolu ilə formal olaraq uşaqlarının adına keçirmişdir. Burada cavabdehin niyyəti yalnız borcunun əmlakı hesabına ödənilməsinə manecilik yaratmaq olmuşdur. Hesab edir ki, məhkəmə qərarı ilə 150.000 manat borc ödəməli olan şəxsin, qərarın icraya yönəlməsi prosessindən əvvəl əmlakını övladlarının adına keçirməsi yalnız mülki hüquqlardan sui-istifadədir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək Cavabdeh1 Cəlal oğlunun Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Babək” firmasındakı 100 faizlik təsis payının 50 faizini Cavabdeh3, 30 faizini isə Cavabdeh2 bağışlamasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin və həmin əmlakın cavabdehlərin adından X1 adına X13 Xidmət mərkəzinin Notariat ofisində rəsmiləşmiş xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edəsiniz. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bağışlama müqavilələri məqsədli şəkildə ilk növbədə Cavabdeh1 tərəfindən oğullarına, daha sonra isə onlar tərəfindən gəlinlərinə bağışlanılmışdır. Burada başlıca məqsəd ondan ibarət olmuşdur ki, pulun alınıb verilməsi ilə bağlı məhkəmə qətnaməsi icrasız qalsın. Yəni Cavabdeh1 niyyəti əmlakı bağışlamaqla digər cavabdehləri zənginləşdirməkdən deyil də, qətnamənin icrasından yayınmaqdır. Hansı ki, borc müqaviləsi bağlanan zaman məhz həmin əmlak girov qoyulmuşdur. Sadəcə olaraq ipoteka ilə bağlı qanunvericiliyin tələblərinə düzgün riayət edilmədiyindən tutman qətnamə əsasında əmlaka yönəldilə bilməmişdir. Hazırda Cavabdeh1 barəsində icra mərhələsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyi üçün cinayət işinin başlanması üçün təqdimat göndərilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, atası Cavabdeh1 ilə iddiaçı arasında olan borc və borcun ipoteka predmetinə yönəldilməsinə dair məhkəmə mübahisəsi başa çatdıqdan, yəni qərarlar qanuni qüvvəsini aldıqdan sonra atası tərəfindən “Babək” firmasındakı 100 faizlik təsis payının 50 faizini Cavabdeh3, 30 faizini isə ona bağışlanılmışdır. Sonra isə o və qardaşı tərəfindən onlara bağışlanılmış təsis payı arvadı Gülnar Məmmədovaya bağışlanılmışdır. Bu zaman hər hansı qanun pozuntusuna yol verilməmiş, bağışlama müqavilələri notarial qaydada təsdiq edilmişdir. Hazırda iddiaçının həmin müqavilələri etibarsız hesab etdirilməsi barədə iddiası hər hansı hüquqi əsasa söykənmir. Ümumiyyətlə iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Çünki borc tələbinin ipoteka predmeti kimi mübahisəli əmlaka yönəldilməsinə dair iddiaya məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş və həmin qərarlar qüvvədədir. Bu isə iddiaçının subyektiv hüququnu aradan qaldırmış olur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etmədi və qardaşı Cavabdeh2 izahatına uyğun izahat verməklə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X8 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddia tələbi əsassızdır. Ümumiyyətlə iddianın məhkəmə icraatı mümkünlüyü yoxdur. Çünki artıq tərəflər arasında borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia üzrə məhkəmə mübahisəsi yekunlaşmışdır. Bu tələb də məhz həmin əvvəlki iddialardan qaynaqlanmışdır. Nə qədər ki, yuxarıda qeyd etdiyi tələb üzrə məhkəmə mübahisəsi üzrə yekun qərar qəbul edilmişdir, bu zaman hazırki iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməlidir. Bundan başqa iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ belə olmamışdır. Mübahisələndirilən bağışlama müqavilələrinin onun hər hansı hüququnu pozması müəyyən edilmir. Cavabdehlər mülkiyyətçi olaraq mülkiyyət hüquqlarından istifadə edərək əmlakları barədə sərəncam vermişlər. Bu zaman isə hər hansı qanun pozuntusuna yol verilməmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada bağlanılmış və notarial qaydada təsdiq edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3799 saylı qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı iddiası qismən təmin edilərək Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borclu olduğu 150.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, tutmanın kredit müqaviləsinin şərtinə uyğun olaraq cavabdehin təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 və üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh1 iddiaçının xeyrinə tutulması qət edilmiş pulun ödənilməsinin cavabdehin təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilməsi, onun açıq hərracdan satılıb borcun ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissəyə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin Cavabdeh1 İddiaçı xeyrinə 150.000 manatın tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-853 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 və üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi – Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmiş pulun ödənilməsinin cavabdehin təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilməsi, onun açıq hərracdan satılıb borcun ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı sonuncu dəfə xəbərdarlıq edilərək bildirilmişdir ki, 15 gün müddətində məhkəmə qərarının icrasını təmin etmədiyi halda Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması üçün barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə təqdimat veriləcəkdir. Təsis payının bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, təsisçi Cavabdeh1 Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Babək” firmasındakı nizamnamə kapitalındakı 100 faizlik payının 50 faizini Cavabdeh3, 30 faizini isə Cavabdeh2 bağışlamışdır. Təsis payının bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh3 Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Babək” firmasındakı nizamnamə kapitalındakı 50 faiz payını, Cavabdeh2 isə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Babək” firmasındakı nizamnamə kapitalındakı 30 faiz payını X3 bağışlamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı yaranan mübahisədir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyəti, mülkiyyət hüququ və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsasları və həyata keçirilməsi qaydası mülki qanunvericiliklə müəyyənləşdirilir. Həmçinin müqavilə və digər öhdəlik münasibətlərinin, habelə sair əmlak münasibətlərinin və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərinin tənzimlənməsi mülki qanunvericiliklə həyata keçirilir. Mülki qanunvericilik bu vəzifələri həyata keçirərkən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsini əsas prinsiplər kimi müəyyən edir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 2.2 və 6-cı maddələri). Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi müəyyən olunmuşdur. Əqdin tərifi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin anlayışını müəyyən edən 389.1-ci maddəsində yazılmışdır ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə iddiaçı tərəfindən cavabdehə 150.000 manat məbləğdə borc verilmişdir. Həmin borcun təminatı olaraq müqavilədə Cavabdeh1 borcu qaytara bilməyəcəyi halda təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsini İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilənin şərtlərinə riayət etmədiyi üçün İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun iddiası üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi əsasında Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borclu olduğu 150.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, tutmanın kredit müqaviləsinin şərtinə uyğun olaraq cavabdehin təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və üçüncü şəxs Məhəbbət Ələkbərova tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qeyd olunan qətnamədən Cavabdeh1 və üçüncü şəxs Məhəbbət Ələkbərova tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh1 iddiaçının xeyrinə tutulması qət edilmiş pulun ödənilməsinin cavabdehin təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilməsi, onun açıq hərracdan satılıb borcun ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissəyə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin Cavabdeh1 İddiaçı xeyrinə 150.000 manatın tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi – Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmiş pulun ödənilməsinin cavabdehin təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilməsi, onun açıq hərracdan satılıb borcun ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda müəyyən edilmişdir ki, yuxarıda göstərilən məhkəmə prosesləri gedən ərəfədə Cavabdeh1 tərəfindən təsis payının bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilə əsasında təsisçisi olduğu Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Babək” firmasındakı nizamnamə kapitalındakı 100 faizlik payının 50 faizini oğlu Cavabdeh3, 30 faizini isə digər oğlu Cavabdeh2 bağışlamışdır. Onlar tərəfindən isə təsis payının bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh3 Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Babək” firmasındakı nizamnamə kapitalındakı 50 faiz payını, Cavabdeh2 isə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Babək” firmasındakı nizamnamə kapitalındakı 30 faiz payını X3 (Cavabdeh2 arvadı) bağışlanılmışdır. Mülki Məcəllənin 666.1-ci maddəsində göstərilmişdir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi əvəzsiz müqavilənin ənənəvi klassik növlərindəndir. Əvəzsiz müqavilələr odur ki, bu müqavilələrdə bir tərəfin etdiyi hərəkətə görə digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz alması nəzərdə tutulmur. Bu cür müqavilələrdə bir tərəfin digər tərəf üçün hər hansı bir hərəkət etməsi (əmlak verməsi, iş görməsi, xidmət göstərməsi) qarşı tərəfdən heç bir cavab xidməti ilə şərtləndirilmir. Maddənin məzmunundan da göründüyü kimi, bağışlama müqaviləsi üzrə hədiyyə verənin iradə ifadəsi hədiyyə alanın zənginləşdirilməsinə yönəlmiş olmalıdır. Hazırki mübahisə üzrə isə Cavabdeh1 niyyətinin hədiyyə alanı zənginləşdirməkdən deyil də, icra sənədi üzrə tələbin həmin əmlaka yönəldilməsinin qarşısının alınmasından ibarət olmuşdur. Çünki, tərəflər arasında məhkəmə mübahisəsi olmuş, həmin mübahisə Cavabdeh1 150.000 manat borcun tutulması və tutmanın cavabdehin təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilməsi üzrə olmuşdur. Məhz məhkəmə gedişatında Cavabdeh1 tərəfindən “Babək” firmasındakı nizamnamə kapitalındakı 100 faizlik payının 50 faizi oğlu Rüfətə, 30 faizi isə digər oğlu Rəhmana bağışlanmışdır. Onlar tərəfindən isə müqavilə əsasında əldə edilmiş pay qısa zaman kəsiyində yəni 1 ay müddətində ailənin gəlini Galnara bağışlanmışdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı). Məhkəmə diqqətə çatdırır ki, işin halları mübahisələndirilən bağışlama müqavilələrinin həddiyyə verənlər tərəfindən «niyyətlərinin hədiyyə alanı zənginləşdirməkdən» ibarət olmamasına dəlalət edir. Əvvəla ona görə ki, bağışlama müqavilələri məhkəmə mübahisəsi gedişatında bağlanılmışdır. Həmin müqavilələr bağlanan zaman tərəflər borcun ödənilməsi və tələbin bağışlama müqavilələrinin predmeti olmuş mübahisəli əmlaka yönəldilməsi üzrə məhkəmə mübahisəsi başa çatmamış idi. Cavabdeh1 şüurlu şəkildə bilirdi ki, onun həmin borcu ödəməyə maddi imkanı yoxdur (bu fakt onun barəsindən cinayət işinin başlanması üçün təqdimat veriləcəyi barədə sonuncu dəfə xəbərdarlıq edilməsi ilə təsdiq edilir) və borcun ödənilməsinin yeganə təminatı təsisçisi olduğu “Babək” firmasındakı nizamnamə kapitalındakı payıdır. Məhz əvvəllər mübahisə predmeti olmuş borc müqaviləsi üzrə üzərinə təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsini İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Buna görə də onun tərəfindən həmin payın 80 faizi özgəninkiləşdirilmişdir. Eyni zamanda birinci bağışlama müqaviləsi bağlanandan cəmi 1 ay sonra hədiyyə almış şəxslər öz paylarını ailənin gəlininə bağışlamışdır. Göründüyü kimi hədiyyə verənlərin müqavilələri bağlamaqla niyyəti qətnamənin icrasının çətinləşdirilməsi yönündə olmuşdur. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir (“X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarı). Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, bağışlama müqaviləsi əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətləri vardır: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Məhkəmə işin göstərilən hallarını yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymətləndirib, habelə Konstitusiya Məhkəməsinin müvafiq Qərarlarında əks olunmuş göstərişləri rəhbər tutmaqla hesab edir ki, mübahisələndirilən bağışlama müqavilələri hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanmamış və onların bəhrələnməsini istisna etməmişdir. Əksinə bağışlama müqaviləsinin bağlanılması Cavabdeh1 gələcəkdə borcun tutulması üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında tələbin yönəldiləcəyi əmlakı özgəninkiləşdirməklə bəhrələnməsinə yönəlmişdir. Bu yanaşma onun oğlanları olan Rüfət və Rəhman tərəfindən atalarından bağışlama üzrə əldə etdikləri payın ailənin gəlini olan (Rəhmanın arvadı) Gülnara hədiyyə edilən zaman onların da iradə ifadələrinə şamildir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, bağışlama müqavilələri uydurma əqddir. Yəni cavabdehlərin məqsədi bağışlama müqaviləsinin real məqsədlərinə xidmət edəcək hüquqi nəticə yaratmaqdan ibarət olmamışdır. Mülki Məcəllənin 340.1-ci maddəsində qeyd olunmuşdur ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qaytarılması tələb edilmədiyi üçün Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh1 Cəlal oğlunun Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Babək” firmasındakı nizamnamə kapitalındakı 100 faizlik payının 50 faizini Cavabdeh3, 30 faizini isə Cavabdeh2 bağışlamasına dair xx.xx.2021-ci il tarixli təsis payının bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh3 Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Babək” firmasındakı nizamnamə kapitalındakı 50 faiz payının, Cavabdeh2 isə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Babək” firmasındakı nizamnamə kapitalındakı 30 faiz payının X3 bağışlamasına dair xx.xx.2021-ci il tarixli təsis payının bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar