Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1521/2025 17.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabeh Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Notariat ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi tərəfindən mərhum X5ndan miras qalmış Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,402 ha torpaq sahəsində olan ümumi sahəsi 79 kv.metr olan fərdi yaşayış evindən və JN-1445 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən 0,52 ha torpaq sahəsindən ibarət miras əmlaka dair cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx.xx.2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və həmin miras əmlakdan onun payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü ildə X5 ilə anası X15 birgə nikahından doğulmuşdur. Həmçinin həmin nikahdan 1952-ci ildə Əkbər, 1954-cü ildə Hüseyn, 1956-cı ildə Musa, 1959-cu ildə İsə, 1961-ci ildə Əliheydər, 1967-ci ildə Sevil və 1970-ci ildə Sədaqət adlı övladları doğulmuşdur. Hazırda həmin övladlardan o, Musa və İsa sağdır, qalan vərəsələr vəfat etmişdir. X5 11 noyabr 2004-cü ildə, anası X26 isə 25 iyul 2009-cu ildə vəfat etmişdir. Ata-anası birgə nikah dövründə Tovuz rayonu Aşağı Öysüzlü kəndində 0,05 ha həyətyanı torpaq sahəsi əldə edərək orada ümumi sahəsi 79 kv. metr olan fərdi yaşayış evi tikdirmişlər. Həmin ev atası mərhum X11 adına qeydə alınmış, həyətyanı torpaq sahəsi isə ümumi mülkiyyətdə olmaqla anası mərhum X15, bacıları mərhum X8 və X4 adına qeydə alınmışdır. Bundan başqa JN-1445 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasən olan ata-anasının və bacılarının adına ümumi mülkiyyət kimi 0,52 ha kənd təsərrüfat təyınatlı torpaq sahəsi qeydə alınmışdır. Atası mərhum X11 vəfatından sonra o, həmin vaxt sağ olan anası X26 və digər vərəsələrlə bərabər qanun üzrə vərəsə kimi ondan qalan mirasın faktiki qəbulunda iştirak etmişdir. Eyni zamanda mirasın faktiki qəbul edilməsindən sonra həmin miras mülkdə yaşayan anası və bacıları ilə birlikdə miras mülkdən istifadə edərək, mirasda payının olduğunu nümayiş etdirmişdir. Miras mülkdən istifadə ilə bağlı digər vərəsələrlə aralarında hər-hansı mübahisə olmamışdır. O, atası mərhum X7 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Tovuz regional “Asan xidmət” mərkəzində Notariat ofisinə müraciət etmiş, lakin Notariat ofisi xx.xx.2024-cü il tarixli məktubla miras əmlaka dair mərhumun digər vərəsəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini əsas gətirərək onun müraciətinin rəsmiləşdirilməsindən imtina etmişdir. Məlum olmuşdur ki, Notariat ofisi xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 atası mərhum X7 qalan miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Hesab edir ki, Tovuz regional “Asan xidmət” mərkəzində Notariat ofisinin verdiyi xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsassız olduğuna görə etibarsız hesab edilməlidir. Cavabdehlər Cavabdeh2 qardaşının arvadıdır və Cavabdeh3 qardaşının qızıdır. Onlar atası mərhum X11 qanun üzrə vərəsələri hesab edilmir. Həmçinin qardaşı mərhum X9 atasından qalan miras əmlaka vərəsəlik hüququna dair şəhadətnamə almamışdır. Qardaşı mərhum X9 öz ailəsi ilə atasından ayrı təsərrüfatı olmuş və öz adına daşınmaz əmlak qeydə alınmışdır. X2 adına qeydə alınmış ev həmçinin anası mərhum X15 ümumi mülkiyyətidir. Miras evin yerləşdiyi 0,04 ha torpaq sahəsi isə mərhum ata-anasının və bacılarının ümumi mülkiyyətindədir. Cavabdehlər ata-anasının və bacılarının ailə üzvü deyil və qanun üzrə vərəsəsi hesab edilmirlər. Lakin onlar mərhum anasından və bacılarından qalan mirası da ələ keçirmişdir. Cavabdeh Tovuz regional “Asan xidmət” mərkəzində Notariat ofisində mərhum X11 qanun üzrə vərəsələri haqda dəqiq elektron və digər məlumatları olmasına baxmayaraq, cavabdeh qurum həmin qanun üzrə birinci dərəcəli vərəsələrdən heç birini dəvət etmədən, əsassız olaraq vərəsə hesab edilməyən şəxslərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu səbəbdəndə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, onun əri 2023-cü ildə vəfat etmiş, vəfat edən günədək o miras qalmış mübahisəli evdə yaşamışdır. O mərhum ərinin adından mirası qəbul etmişdir. Mirasın yarısı isə onun qızı tərəfindən qəbul edilmişdir. Sevdaya gəldikdə isə o qaynanasından qalan bütün daşınar əşyaları özü ilə aparmışdı.Hətta çəngəl, bıçağa qədər özü ilə yığıb aparıb. Qızı Şəlalə isə 2015-ci ildə ərə getmişdir. Yəni, 2015-ci ildən həmin miras əmlakda yaşamamışdır.2023-cü ilin noyabr ayında həm öz adından, həm də qızı Şəlalənin adından notariusa ərizə verərək mirası qəbul etmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməli, 22 noyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, miras əmlaklar üzərində İddiaçı və Cavabdeh2 hər birinin payları müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarıxli, 2V-1018 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X11 vərəsələri gəlini Cavabdeh2, nəvəsi Cavabdeh3dır, o miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak, vərəsəliyi qəbul etmiş lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X3 xx.xx.2004-cü il tarixdə vəfat etmiş X5na məxsus olmuşdur. İş materiallarında olan xx.xx.2004-cü il tarixli 097159 nömrəli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X18 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Cavabdeh2 (Cavabdeh3 qızı əvəzinə) Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli, **********984 nömrəli ərizənin surətindən görünür ki, xx.xx.2004-cü ildə onun ünvan 1i ünvanında yaşayan babası X18 ölmüşdür. Miras tərkibinə daxil olan miras əmlakdan ona çatası hissəyə dair Qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. İş materiallarında olan Cavabdeh2 Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli, **********027 nömrəli ərizənin surətindən görünür ki, xx.xx.2004-cü ildə onun ünvan 1i ünvanında yaşayan qaynX5 ölmüşdür. Miras tərkibinə daxil olan miras əmlakdan ona çatası hissəyə dair Qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. İş materiallarında olan xx.xx.1992-ci il tarixli 498270 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Cavabdeh2 arasında xx.xx.1992-ci ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada İbrahimova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 250270 nömrəli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1631 nömrəli nikah haqqında şəhadətnamənin arayışının surətindən görünür ki, X18 ilə X26 arasında xx.xx.1959-cu ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada Musayeva soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli 372439 nömrəli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X26 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 156479 nömrəli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X16 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 1652 nömrəli ölüm haqqında şəhadətnamənin arayışının surətindən görünür ki, X23 xx.xx.2013cü il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları özrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X16 (xx.xx.1967), Tovuz rayonu Aşağı Öysüzlü kəndi. Atası: X18 (xx.xx.1900) vəfat edib, anası: X26 (xx.xx.1927), əri: X23 (xx.xx.1931) vəfat edib. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları özrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir:X12 xx.xx.1970 Tovuz rayonu Aşağı Öysüzlü kəndi. Atası: X18 (xx.xx.1900) vəfat edib, anası: X26 (xx.xx.1927) vəfat edib. İş materiallarında olan Tovuz rayon İHB-nın Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, verilir mərhum X18 barəsində ondan ötəri ki, Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisində mülkiyyətində olan 0.0402 ha torpaq sahəsində yerləşən 79 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evində (Qeydiyyat nömrəsi ********** Reyestr nömrəsi **********64-10301) daimi qeydiyyatda olanların tərkibi. Gəlini Cavabdeh2 xx.xx.1966 Aşağı Öysüzlü y/ə, nəvəsi Cavabdeh3 Əliheydar qızı xx.xx.1992 Aşağı Öysüzlü y/ə. Qeyd:mərhum X9 xx.xx.2023-cü il tarixdə əfat etdiyi günə kimi həmin ünvanda daimi qeydiyyatda olmuşdur. İş materiallarında olan JN-1445, kod 50306018 torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, 0,52 ha kənd təsərrüfat təyınatlı torpaq sahəsi X11, X15, X8 və X4 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat odisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2004cü il tarixdə vəfat etmiş X11 miras əmlakına dair vərəsəlik işinin açılıb-açılmaması və vəsiyyətnaməsinin qoyulub qoyulmaması barədə məlumatın istənilməsi ilə əlaqədar Dövlət notariat arxivinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Dövlət notariat arxivində və Elektron notariat İnformasiya sistemində olan vəsiyyətnamələrə baxış keçirilərkən X11 hər hansı miras əmlakına dair vərəsəlik işi, həmçinin vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları özrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X18 xx.xx.1926 Zaqatala rayonu, Əlibəyli kəndi. Əri (arvadı): X26 (xx.xx.1927) vəfat edib, oğlu: X19 (xx.xx.1952) vəfat edib, oğlu: X17 (xx.xx.1954) vəfat edib, oğlu: X27 (xx.xx.1959) , oğlu: X24 (xx.xx.1961), oğlu: X9 (xx.xx.1961) vəfat edib, qızı: İddiaçı (xx.xx.1964), qızı: X16 (xx.xx.1967) vəfat edib, qızı: X12 (xx.xx.1970) vəfat edib. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum X11 JN- 1445 nömrəli dövlət aktından başqa adına olan daşınmaz əmlakların sənədlərinin surətlərinin göndərilməsi barədə 31857 nömrəli, xx.xx.2023-cü il tarixli müraciətə Daşınmaz Əmlakın Dövlət Kadasiri və Reyesiri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, X13 adına keçmiş DTİ və MHQİ-si tərəfindən 880 nömrəli qeydiyyat vəsiqəsi verilmiş və həmçinin ünvan 1ində yerləşən fərdi yaşayış evinə 503-5/765 inventar nömrəli texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat odisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2024cü il tarixində Tovuz regional “Asan Xidmət” mərkəzindəki Notariat Ofisinə xx.xx.2004-cü il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün etdiyiniz müraciətə baxılmışdır. Sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, mərhumdan qalmış miras əmlaka dair mərhumun digər vərəsəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və vərəsə qismində tanınmışdır. Bu səbəbdən müraciətinizi rəsmiləşdirmək mümkün deyildir. İş materiallarında olan Tovuz rayon İHB-nın Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, verilir mərhum X18 barəsində ondan ötəri ki, həqiqətən xx.xx.2004-cü il tarixdə vəfat etdikdən sonra ona məxsus Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisində yerləşən fərdi yaşayış evində daimi qeydiyyatda olanların tərkibi: gəlini Cavabdeh2 xx.xx.1966, nəvəsi Cavabdeh3 xx.xx.1992. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2541 nömrəli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X19 xx.xx.1974-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2158 nömrəli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X12 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2485 nömrəli doğum haqqında şəhadətnamənin arayışından görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Tovuz rayonunda anadan olmuşdur. X1 ilə X20r. Məhkəmə qeyd edir ki, miras kütləsi iki əmlakdan-X7 miras qalmış Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,402 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 79 kv.metr olan fərdi yaşayış evindən və JN-1445 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X18, X26, X16 və X6 birgə mülkiyyətlərində olan torpaq sahəsindən ibarətdir. Məhkəmə ayrı-ayrılıqda hüquqi dəyərləndirilmə aparılmasını zəruri hesab edir. Məhkəmə qeyd edir ki, miras kütləsinə daxil olan hər iki əmlak Cavabdeh2 və Cavabdeh3 tərəfindən aparılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Əliheydər 2023-cü ilin yanvar ayında vəfat etmiş, onun qızı Şəlalə 2015-ci ildə ərə getmiş, atasının ölümündən 6 ay keçdikdən sonra, yəni 2023-cü ilin noyabr ayında notariusa müraciət edərək mirası qəbul etdiyini ifadə etmişdir. Halbuki vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edilmişdir. Yəni, həmin vaxt notarius mirasın qəbulu müddətinin ötürülməsini əsas gətirərək Cavabdeh3 adına şəhadətnamə verməkdə haqlı olmamışdır. Belə ki, həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməli idi. Çünki Şəlalə 2015-ci ildə evlənməklə atasının ölümündən sonra mirası faktiki olaraq da qəbul etməmişdir. Odur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qeyd edilən hissədə etibarsız hesab edilməlidir.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarı) Eyni zamanda elektron informasiya sistemindən əlvə edilmiş Cavabdeh3 aid məlumatladan görünür ki, Cavabdeh32017-ci ildə yeni şəxsiyyət vəsiqəsi alarkən o Tovuzda deyil, Bakı şəhərində qeydiyyatda olmuşdur. Buna baxmayaraq notarius Tovuz Rayon İcra Hakimiyyəti Başçısının 28 oktyabr 2024-cü il tarixli arayışı əsasında Cavabdeh3 miras kütləsinə aid olan evdə qeydiyyatda olması qənaətinə gəlmişdir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs - xüsusi nümunəli vəsiqə, Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində-müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar;Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi ilə şəxsin yaşayış yeri müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Məhkəmə qeyd edir ki, bu kimi halların mövcudluğu miras bağlı mübahisənin olduğunu özündə ehtiva edir ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 110-cu bəndində göstərilmişdir ki, vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində ölən qohumundan qalmış mirası qəbul etməsi (qohumluq əlaqəsi göstərilməklə) və ünvanlandığı notariat ofisinin adı, vərəsə və miras qoyanın soyadı, adı və atasının adı, onların ünvanı, mirasın açıldığı vaxt göstərilməli, digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalıdır. Əgər vərəsənin miras əmlakın tərkibi barədə məlumatı vardırsa, notarius ona təklif edir ki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün bu fəsildə nəzərdə tutulan sənədlər təqdim edilənədək, mirasın qəbulu barədə ərizə versin. Notariat haqqında Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 55-ci maddəsinə görə isə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Göründüyü kimi vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyən edilməmiş, nəticədə valdieynlərinə məxsus daşınar əmlakları qəbul etmiş vərəsə İddiaçı miras əmlakla bağlı hüquqlarını həyata keçirməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Məhkəmə birinci əmlakla, yəni X7 miras qalmış Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,402 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 79 kv.metr olan fərdi yaşayış evi ilə bağlı onu qeyd edir ki, X18 2004-cü ildə vəfat etmiş, onun vəfatından sonra miras kütləsinə daxil olan evdə arvadı Sara, oğlu Əliheydər və qızı Sevil yaşamaqla mirası faktiki olaaq qəbul etmişlər. 2009-cu ildə Sara vəfat etdikdən sonra vərəsəlik hüquq münasibətinə Sevda da daxil olmuşdur. Belə ki, anasından miras qalmış daşınmaz əmlakları Sevda qəbul etməklə anasından miras qalmış digər əmlakları da qəbul etmiş olmuşdur. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh2 özü etiraf etmişdir ki, Sevda anasından qalmış bütün daşınar əşyaları götürüb aparmış, o bunun daşınmasına etiraz etməmişdir. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Sevda tərəfindən mirasın bir hissəsinə sahiblik edilməsi, yəni Saradan miras qalmış daşınar əşyaları qəbul etməsi cavabdeh tərəfindən də etiraf edilmişdir. Sevilin vəfatından sonra isə onun hər hansı vərəsəsi qalmamışdır. Beləliklə məhkəmə hesab edir ki, X11 adına qeydə alınmış Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,402 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 79 kv.metr olan fərdi yaşayış evinin Saraya aid ½ hissəsi üzərində Sevdanın ½ hissədə, ümumi əmlakın ¼ hissəsində, Cavabdeh2 isə Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,402 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 79 kv.metr olan fərdi yaşayış evinin ¾ hissəsində payı müəyyən edilməlidir. Digər əmlaklarla bağlı məhkəmə onu qeyd edir ki, göründüyü kimi digər əmlaklardan biri də JN-1445 saylı, ******* kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X18, X26, X16 və X6 birgə mülkiyyətlərində olan torpaq sahəsindən ibarətdir. Məhkəmə araşdırılması zamanı Sevdanın anasına məxsus əmlkaın bir hissəsinin qəbul edilməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, də JN-1445 saylı, ******* kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X18, X26, X16 və X6 birgə mülkiyyətlərində olan torpaq sahəsinin X21 məxsus ¼ hisəsinin, 1/8 hissəsində İddiaçı, torpaq sahəsinin qalan hissələrində Cavabdeh2 payları müəyyən edilməlidir. Mülki Məcəllənin 133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli, 2V-1018 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. xx.xx.2004-cü il tarixdə ölmüş X14 məxsus olmuş Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,402 ha torpaq sahəsində olan ümumi sahəsi 79 kv.metr olan fərdi yaşayış evinin Saraya aid ½ hissəsi üzərində İddiaçı ½ hissədə, ümumi əmlakın ¼ hissəsində, Cavabdeh2 isə Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,402 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 79 kv.metr olan fərdi yaşayış evinin ¾ hissəsində payları müəyyən edilsin. JN-1445 saylı, ******* kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X18, X26, X16 və X6 birgə mülkiyyətlərində olan torpaq sahəsinin X21 məxsus ¼ hisəsinin, 1/2 hissəsində İddiaçı, torpaq sahəsinin qalan hissələrində, yəni ümumi əmlakın 1/8 hissəsində Cavabdeh2 payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1521/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1521/2025
17.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver