Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-154/2024 26.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3 və Cavabdeh4 qarşı «miras əmlakdan payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3 və Cavabdeh4 qarşı «miras əmlakdan payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək JN 238 F saylı şəhadətnamədə qeyd olunan 0,37 ha həyətyanı torpaq sahəsinin, JN-170 dövlət aktında qeyd edilən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X1nun və mərhum anası X10 payına düşən hissəsindən ibarət mirasdan və mərhum atası X19 adına qeyd alınmış Tovuz rayonu Cəlilli kəndində yerləşən ümumi sahəsi 54,2 kv. m olan fərdi yaşayış evindən ibarət miras əmlakdan onun miras payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1967-ci ildə X11 ilə X10 birgə nikahlarından anadan olmuşdur. Tovuz rayonu Cəlilli kəndində yerlşənən JN238 F saylı şəhadətnamə əsasında 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum atası, mərhum anası, onun və onun ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir. Həmçinin Tovuz rayonu Cəlilli kəndində yerləşən ümumi sahəsi 54,2 kv.m olan fərdi yaşayış evi mərhum X1nun adına qeydə alınmışdır. X1 23 mart 2023cü il tarixdə, anası X17 21 may 2022-ci il tarixdə vəfat etmişlər. Onların ölümündən sonra onların miras qalmış qeyd etdiyi torpaq sahələrində olan paylarını və fərdi yaşayış evini faktiki olaraq o qəbul etmişdir. Belə ki, həmin fərdi yaşayış evi onun və ailə üzvlərinin paylı mülkiyyıtində olan torpaq sahələrində yerləşir. Hazırda mərhum atası və anasından miras qalmış mülkləri öz adına sənədləşdirmək istəmiş, lakin vərəsələr arasında mübahisə vardır. Ona görə də, Tovuz Rayon Məhkəməsinə müraciət edərək JN 238 F saylı şəhadətnamə qeyd olunan 0,37 ha həyətyanı torpaq sahəsinin, JN-170 dövlət aktında qeyd edilən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X1nun və mərhum anası X10 payına düşən hissəsindən ibarət mirasdan və mərhum atası X19 adına qeyd alınmış Tovuz rayonu Cəlilli kəndində yerləşən ümumi sahəsi 54,2 kv. m olan fərdi yaşayış evindən ibarət miras əmlakdan onun miras payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək, həmin mülkdən onun da payının müəyyən edilməsini xahiş etdi. Cavabdeh X12 iddia tələbini qəbul etməyərək həmin mülkdən onun da payının müəyyən edilməsini xahiş etdi. Cavabdeh3 iddia tələbini qəbul etməyərək həmin mülkdən onun da payının müəyyən edilməsini xahiş etdi. Cavabdeh4 iddia tələbini qəbul etməyərək həmin mülkdən onun da payının müəyyən edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə anadan olmuş, X1, anası X13r. doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1959-cu ildə anadan olmuş, X1, anası X13r. doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Səmədova(Qasımova) Rəna Qasım qızı xx.xx.1962-ci ildə anadan olmuş, X1, anası X13r. doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ələkbərova(Qasımova) Nəzakət Qasım qızı xx.xx.1962-ci ildə anadan olmuş, X1, anası X13r. İşə əlavə olunmuş ölüm haqqına şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2022-ci ildə vəfat etmişdir. ölüm haqqına şəhadətnamənin sürətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşə əlavə olunmuş torpaq mülkiyyətinə dair JN170 nömrəli Kod 50311028 saylı dövlət aktınnın sürətindən görünür ki, Tovuz rayonu Aqrar İsalahat Komissiyasının 14 noyabr 1998-cı il tarixli 13 nömrəli qərarı ilə X11, X17, İddiaçı və X5 birgə mülkiyyətinə Tovuz rayonu Cəlilli kəndində kənd təsərrüfatı təyinatlı 0,25 ha torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş torpaq mülkiyyətinə dair JN238F nömrəli kod 50311028 saylı dövlət aktının surətindən görünür ki, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-cı il tarixli 13 nömrəli qərarı ilə X11, X17, İddiaçı, X9, X6 və X3 birgə mülkiyyətinə Tovuz rayonu Cəlilli kəndində 0,37 ha bağçılıq təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş qeydiyyat vərəqəsindən görünür ki, X4 adına bir otaqlı, ümumi sahəsi 54,2 kv.m, yaşayış sahəsi 24 kv.m olan fərdi yaşayış evi vardır. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, İddiaçı xx xxxxxx 1967-ci ildə X11 ilə X10 birgə nikahlarından Tovuz rayonu Cəlilli kəndində anadan olmuşdur. X11 ilə X10 birgə nikahlarından iddiaçıdan başqa, Əfsunə, Nəzakət, Rəna və Rafiq adlı uşaqları olmuşdur. İddiaçının atası Qasım xx.xx.2023-cü ildə, anası Qumru 21 may 2021-ci ildə vəfat etmişdir. Valideynlərinin ölümündən sonra tərəflər birinci növbəli vərəsə kimi mirası qəbul etmişdir. Mirasın kütləsinə Tovuz rayonunun Cəlilli kəndində yerləşən JN 238 F saylı şəhadətnamədə göstərilmiş ümumi sahəsi 0,37 ha, JN-170 saylı dövlət aktında qeyd edilən 0,25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi və mərhum X4 adına qeydə alınmış Tovuz rayonunun Cəlilli kəndində yerləşən ümumi sahəsi 54,2 kv.m olan fərdi yaşayış evi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273.1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Göründüyü kimi vərəsələrdən heç birinin miras paydan imtina etməsi barədə ərizələri olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın ) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə görə birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər(övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinə görə, mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Beləliklə məhkəmə hesab edir ki, Tovuz rayonunun Cəlilli kəndində yerləşən JN-170 saylı dövlət aktında qeyd edilən 0,25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin mərhum X7 və X15 məxsus 2/4 hissəsindən İddiaçı, X8, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/5 hissədə miras əmlakdakı payları müəyyən edilməlidir. Eyni zamanda məhkəmə digər miras, yəni Tovuz rayonunun Cəlilli kəndində yerləşən JN 238 F saylı şəhadətnamədə göstərilmiş ümumi sahəsi 0,37 ha torpaq sahəsi ilə bağlı da onu qeyd edir ki, mərhum X7 və X15 məxsus 2/6 hissəsindən də İddiaçı, X8, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/5 hissədə miras əmlakdakı payları müəyyən edilməlidir. Məhkəmə miras kütləsinə daxil olan digər əmlak, X4 adına qeydə alınmış Tovuz rayonunun Cəlilli kəndində yerləşən ümumi sahəsi 54,2 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı, Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/5 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Tovuz rayonunun Cəlilli kəndində yerləşən JN-170 saylı dövlət aktında qeyd edilən 0,25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin mərhum X7 və X15 məxsus 2/4 hissəsindən İddiaçı, X8, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/5 hissədə; Tovuz rayonunun Cəlilli kəndində yerləşən JN 238 F saylı şəhadətnamədə göstərilmiş ümumi sahəsi 0,37 ha torpaq mərhum X7 və X15 məxsus 2/6 hissəsindən İddiaçı, X8, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/5 hissədə; X4 adına qeydə alınmış Tovuz rayonunun Cəlilli kəndində yerləşən ümumi sahəsi 54,2 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı, Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/5 hissədə miras əmlakdan payları müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-154/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-154/2024
26.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver