Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1540/2024 06.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəki Nərminə Ruslan qızının katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Üçünçü şəxs DƏDRX-nın 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Rüstəmov Nağı Əli oğlu, Cavabdeh4 üçünçü şəxs DƏDRX-nın 15 saylı Tovuz Ərazi İdarəsinə və X4 Xidmət Mərkəzinin Notariat ofisnə "miras əmlakdan payların müəyyən olunması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq , məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə muraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0,0439 ha həyətyanı torpaq sahəsinin mərhum əri X2 payına düşən hissəsindən miras əmlak kimi vərəsəliyin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək göstərdi ki, zərurətlə əlaqədar iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 billdirdi ki, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 billdirdi ki, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmir Məhkəmə iclasında iştirak edən Cavabdeh4 billdirdi ki, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmir Məhkəmə iclasında iştirak edən üçünçü şəxs DƏDRX-nın 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X3 billdirdi ki, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Rüstəmov Nağı Əli oğluna və üçünçü şəxs X4 Xidmət Mərkəzinin Notariat ofisnə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin vəsatəti əsasında ərizə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Rüstəmov Nağı Əli oğlu, Cavabdeh4 üçünçü şəxs DƏDRX-nın 15 saylı Tovuz Ərazi İdarəsinə və X4 Xidmət Mərkəzinin Notariat ofisnə "miras əmlakdan payların müəyyən olunması" " tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1540/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1540/2024
06.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver