Məhkəmə qərarları › İş №2(062)-1575/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1575/2024

21.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1575/2024 21.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh4 iştirakı ilə İddiaçı cavadehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 «miras mülkdən pay tələbinə» dair mülki işə Tovuz şəhərində 21 iyun 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia qaldıraraq məhrum X3 miras qalmış torpaq sahələrindən payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, X8 ilə X12 birgə nikahlarından anadan olmuş, anası və atası vəfat etmişdir. Cavabdehlər birinci növbəli vərəsələrdir. Məhrum anası X4 adına torpaq sahəsi var. Həmin torpaq sahələri reyestrdə qeydə alınmaqla Tovuz rayonunda ayrı- ayrı yerlərdə yerləşir. Reyestr nömrəsi **********71 olan çıxarışda 0,03 ha torpaq sahəsində məhrum anasının 1/7, reyestr nömrəsi **********63 olan çıxarışda 0,39996 ha torpaq sahəsində 1/5, reyestr nömrəsi **********09 olan çıxarışda 0,41449 ha torpaq sahəsində 1/5 payı var. Bundan başqa Tovuz rayonu Əsrik kəndində anasına torpaq sahəsinin Plan və Ölçüsunə əsasən həyətyanı torpaq sahəsi verilmişdir. Mərhumun ölümündən sonra mirası faktiki olaraq qəbul etməklə sahiblik etməyə başlamışdır. Mirasın qəbulu ilə bağlı digər vərəsələr mirası qəbul etməmişlər. Bundan başqa vəsiyyətnamə olmasa da, cavabdehlər mirasdan payı çox tələb edirlər. Bu səbəbdən də notarial qaydada mirası bölə bilmirlər. Mirası faktiki olaraq qəbul etdiyindən notarius mülkü bütövlükdə ona verməli idi. Aralarında olan mübahisəli mülkün notarial qaydada bölünməsi mümkün olmamışdır. Ona görə də miras mülk vərəsələr arasında məhkəmə qaydasında bölünməlidir. Odur ki, Reyestr nömrəsi **********71 olan çıxarışda göstərilən 0,03 ha torpaq sahəsində məhrum X3 miras qalmış 1/7 payından, Reyestr nömrəsi **********63 olan çıxarışda göstərilən 0,39996 ha torpaq sahəsinin 1/5 payından, reyestr nömrəsi **********09 olan çıxarışda göstərilən 0,41449 ha torpaq sahəsinin 1/5 payından və Tovuz rayonu Əsrik kəndində yerləşən torpaq sahəsinin Plan və Ölçüsundə göstərilən həyətyanı torpaq sahəsindən vərəsəlik qaydasında payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edır. X7 iddianı qismən qəbul edərək məhkəmə iclasında izahatında göstərdi ki, miras mülk anasına məxsusdur. Mirası qardaşı faktiki olaraq qəbul etsə də mirasdan payı var. Ona görə də mirasdan qanunla payının müəyyən olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən, qismən təmin edilməlidir. İşə əlavə olunmuş reyestr nömrəsi **********71 olan çıxarışdan görünür ki, 0,03 ha torpaq sahəsindən məhrum X6in 1/7 payı var. İşə əlavə olunmuş reyestr nömrəsi **********63 olan çıxarışdan görünür ki, 0,39996 ha torpaq sahəsindən məhrum X4 1/5 payı var. İşə əlavə olunmuş reyestr nömrəsi **********09 olan çıxarışdan görünür ki, 0,41449 ha torpaq sahəsindən məhrum X4 1/5 payı var. İşə əlavə olunmuş torpaq sahəsinin Plan və Ölçüsündən görünür ki, Tovuz rayonu Əsrik Cırdaxan kəndində yerləşən 278.05 kv.m torpaq sahəsi məhrum X4 adına qeydə alınıb. İşə əlavə olunmuş və notarial qaydada təsdiq olunmuş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onlar mirası qəbul etməmişlər və analarından miras qalmış mirasa dair heç bir tələbləri yoxdur. İşə əlavə olunmuş Tovuz regional ASAN xidmət mərkəzinin notariat ofisinin 30 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, vərəsələr arasında mübahisə olduğundan iddiaçıya vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina olunmuşdur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1994-cü ildə vəfat etmişdir. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, İddiaçı X8 ilə X12 birgə nikahlarından anadan olmuşdur. X8 xx.xx.2011-ci ildə, X15 xx.xx.1994-cü ildə vəfat etmişdir. İddiaçı və cavadehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mərhumların birinci növbəli vərəsələrdir. X2 reyestr nömrəsi **********71 olan çıxarışa əsasən 0,03 ha torpaq sahəsindən 1/7, reyestr nömrəsi **********63 olan çıxarışa əsasən 0,39996 ha torpaq sahəsindən 1/5, reyestr nömrəsi **********09 olan çıxarışa əsasən 0,41449 ha torpaq sahəsindən 1/5 payı var. Bundan başqa Tovuz rayonu Əsrik Cırdaxan kəndində torpaq sahəsinin Plan və Ölçüsunə əsasən, X5 həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olunan sübutlarla müəyyən olunur ki, Plan və ölçüdə göstərilən torpaq sahəsi dövlət reyestrində mərhumun adına qeydə alınmadığına görə mirasın kütləsinə daxil deyil. Vərəsələr həmin torpaq sahəsini dövlət reyestrində qeydə aldıqdan sonra vərəsə paylarını tələb edə bilərlər. Mirasın kütləsinə isə reyestr nömrəsi **********71 olan çıxarışa əsasən 0,03 ha torpaq sahəsindən 1/7, reyestr nömrəsi **********63 olan çıxarışa əsasən 0,39996 ha torpaq sahəsindən 1/5, reyestr nömrəsi **********09 olan çıxarışa əsasən 0,41449 ha torpaq sahəsindən 1/5 hissə daxildir. İşdə olan ərizələrlə müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 mirası qəbul etməmişlər və analarından miras qalmış mirasa dair heç bir tələbləri yoxdur. Ona görə də onların miras payları digər vərəsələr arasında bölünməlidir. Vəsiyyətnamə olmadığndan miras qanun üzrə bölünməlidir və göründüyü kimi mirasdan həm İddiaçı, həm də Cavabdeh4 hər birinin bərabər payları var və tərəflər arasında mübahisə yarandığından onların payları məhkəmə qaydasında müyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi ) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsini məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirməli olmasını imperativ qaydada müəyyən etmişdir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Göründüyü kimi iddiaçı mirası faktiki olaraq qəbul etməsini iddia etsə də, cavabdehin mübahisə olunan mirasdan bərabər vərəsə payı var. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. X2 reyestr nömrəsi **********71 olan çıxarışa əsasən 0,03 ha torpaq sahəsindən 1/7 hissəsinə İddiaçı 1/21 hissə (ümumi əmlakın iyirmi birdə dörd hissəsi), cavabdeh X9 1/21 hissə, reyestr nömrəsi **********63 olan çıxarışa əsasən 0,39996 ha torpaq sahəsindən 1/5 hissəsinə İddiaçı 1/15 hissə (ümumi əmlakın on beşdə dörd hissəsi), cavabdeh X9 1/15 hissə, reyestr nömrəsi **********09 olan çıxarışa əsasən 0,41449 ha torpaq sahəsindən 1/5 hissəsinə İddiaçı 1/15 hissə (ümumi əmlakın on beşdə dörd hissəsi), cavabdeh X9 1/15 hissə payı müəyyən olunmalıdır. Digər vərəsə Cavabdeh3 məhkəmə iclasına gəlmədiyi və mirasın qəbulu barədə heç bir hərəkət etmədiyindən onun payı açıq saxlanılmalıdır. Ona görə də, iddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. X1 miras qalmış reyestr nömrəsi **********71 olan çıxarışda göstərilən 0,03 ha torpaq sahəsinin 1/7 hissəsindən İddiaçı və cavabdeh X9 hər birinin payı 1/21 hissə müəyyən edilsin. İddiaçı həmin əmlaka münasibətdə ümumi payı 4/21 hissə müəyyən edilsin. X1 miras qalmış reyestr nömrəsi reyestr nömrəsi **********63 olan çıxarışda göstərilən 0,39996 ha torpaq sahəsinin 1/5 hissəsindən İddiaçı və cavabdeh X9 hər birinin payı 1/15 hissə müəyyən edilsin. İddiaçı həmin əmlaka münasibətdə ümumi payı 4/15 hissə müəyyən edilsin. X1 miras qalmış reyestr nömrəsi reyestr nömrəsi **********09 olan çıxarışda göstərilən 0,41449 ha torpaq sahəsinin 1/5 hissəsindən İddiaçı və cavabdeh X9 hər birinin payı 1/15 hissə müəyyən edilsin. İddiaçı həmin əmlaka münasibətdə ümumi payı 4/15 hissə müəyyən edilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar