Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-162/2023 30.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayədəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı pulun silinməsi, maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məkhəməyə müraciət edərək cavabdeh Azərişıq ASC tərəfindən onun yaşadığı Tovuz rayonu Çatax kəndində yerləşən evində sayğaca əsassız olaraq yazılmış 600 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, onun Tovuz rayonu Çatax kəndində fərdi yaşayş evi vardr. Həmin evdə ışıq sayğacı var. Cavabdeh təşkilat onun ışıq sayğacını yaşadğı evə gələrək onun ışıq sayğacının istismar vaxtı keçməsini bildirərək sayğacın yenisi ilə əvəz olunmasını bildirmişdir. Həmin vaxt sayğacı dəyişərək yeni sayğac qoydular. Ona isə şifahi şəkildə sayğacda heç bir müdaxilənin olmamasını bildirərək, köhnə sayğacı aparmışlar. Sonradan 2 ay keçdikdən sonra ona cərimə gəlmişdir. Ona yazılan aktın surətini ona göndərməmişlər. O, Azərışıq təfəfindən ona yazılan 242779 saylı aktın surətini onlardan almışdır. Akta qeyd olunur ki, sayğacdan onun evinə gedən hissədə kabelin üstü acılmışdır. Göründüyü kimi onların aktında qeyd olunur ki, sayğaca giriş yerdən yox sayğacdan evinə gələn hissədə kabelin üstü açılmışdır. Onların ona yazdıqları cərimə əsassızdır və silinməlidir. O, ışıq pulunu vaxtı-vaxtında ödəyir. Onun cavabdeh təşkilata borcu yoxdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, iş materiallarında olan diskdən də göründüyü kimi təmsil etdiyi təşkilatın əməkdaşları tərəfindən çəkiliş aparılmışdır. Çəkiliş zamanı da kənar xəttin mövcudluğu öz əksini tapmışdır. Odur ki, məhkəımədən iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. - Tovuz rayonu İcra Hkimiyyəti başçısın Çatax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışdan görünür ki, İddiaçı Tovuz rayonu Çatax kəndində yaşayır. 242779 saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Tovuz rayonu Çatax kəndində yerləşən evdə quraşdırılmış sayğacın çıxış hissəsində kabelin üstü açılmışdır.Abonent sayğacının çıxış xətti zədələnmiş və mənzilə kənar xətt çəkilmişdir. İşə əlavə olunmuş 059733 saylı protokoldan görünür ki, İddiaçı məxsus abunə kodu **********00081 saylı sayğac dəyişdirilərkən həmin sayğacın giriş xəttində he bir qüsur aşkar olunmamışdır. Məhkəmə tərəfləri dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinə görə istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb edilə bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərclərdə iştirak edir. Xərclər müvafiq olaraq yeni güc sifarişçiləri arasında bölünə bilər. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ vardır. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Göründüyü kimi pozuntu kimi olması qeydə alınmış faktdan görünür ki, abonent sayğacdan kənar xətt çəkmişdir. Məhkəmə araşdırılması zamanı işdə olan aktlardan da müəyyən edilmişdir ki,əslində pozuntu kimi ehtimal edilən hal sayğacın girişində deyil, çıxışında xəttin zədələnməsindən ibarətdir. Yəni, abonentə verilmiş işığın sayğacdan kənar qaydada istifadə olunması halları müəyyən edilməmişdir. Cavabdeh məhkəmədə iddiaçının elektrik sayğacına müdaxilə etdiyi faktları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin səhlənkarlığı nəticəsində əsassız olaraq iddiaçıya 600 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini pulun silinməsi hissəsində əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Azərişıq ASC tərəfindənİddiaçıunun Tovuz rayonu, Çatax kəndindəki evinə hesablanmış 600 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Azərişıq ASC tərəfindən İddiaçı Tovuz rayonu, Çatax kəndindəki evin abonent hesabına hesablanmış 600 (altı yüz) manat məbləğində pul silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-162/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-162/2023
30.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver