Məhkəmə qərarları › İş №2(062)-164/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-164/2025

17.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-164/2025 17.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 may 2012-ci il tarixdə vəfat etmiş mərhum X1ndan, 09 mart 2003-cü ildə vəfat etmiş mərhum anası X9 və 20 avqust 2007-ci il tarixdə vəfat etmiş mərhum qardaşı X3 miras qalmış JN- 1079A saylı Şəhadətnamədə qeyd edilən Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,26 ha torpaq sahəsindən onun ½ hissədə miras payının müəyyən edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1958-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində mərhum X10 ilə X12 birgə yaşayışından anadan olmuşdur. Atası ilə anası arasında 10 iyul 1962-ci ildə rəsmi nikah bağlanmış və anası Tağıyeva soyadını götürmüşdür. X1 20 may 2012-ci il tarixdə, anası X17 isə 09 mart 2003-cü il tarixdə vəfat ediblər. Bundan başqa qardaşı X13 20 avqust 2007-ci ildə vəfat etmişdir. Mərhum ata, ana və qardaşından Tovuz rayonu Aşağı Quşçu kəndində 0,26 ha torpaq sahəsi miras qalmışdır. Tovuz Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 2(062)-1674/2024 saylı qətnaməsinə əsasən İddiaçı 20 may 2012-ci il tarixdə vəfat etmiş X10 ilə onun qohumluq münasibətində-yəni həmin şəxsin onun atası olması faktı, 09 mart 2003-cü ildə vəfat etmiş X17 ilə qohumluq münasibətində — yəni həmin şəxsin onun anası olması faktı və 20 avqust 2007-ci il tarixdə vəfat etmiş X13 ilə qohumluq münasibətində-yəni həmin şəxsin onun qardaşı olması faktı müəyyən edilmişdir. Tovuz Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 2(062)-1674/2024 saylı qətnaməsi ilə Tovuz regional Asan xidmət mərkəzinin Notariat ofisinə müraciət edərək, 20 may 2012-ci il tarixdə vəfat etmiş mərhum X1ndan, 09 mart 2003-cü ildə vəfat etmiş mərhum anası X9 və 20 avqust 2007-ci il tarixdə vəfat etmiş mərhum qardaşı X3 miras qalmis əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətn verilməsini xahiş etmişdir. Tovuz regional Asan xidmət mərkəzinin Notariat ofisində 03 noyabr 2024-cə il tarixli məktubla ona vərəsələr arasında mübahisə olduğuna görə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Mərhum atası, anası və qardaşından Torpağın Mülkiyyətə verilməsinə dair JN-1079A saylı Şəhadətnaməyə əsasən Tovuz rayonu Aşağı Quşçu kəndində 0,26 ha torpaq sahəsi miras qalmışdır. Hər üç mərhumun həyatda olan müvafiq dərəcələri vərəsələri o və Cavabdehdur. Lakin Cavabdeh mərhum atası, anası və qardaşından miras qalmış əmlakın bölgüsünə maneçilik yaradır. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddia tələbini müdafiə edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Belə ki, bildirmişdir ki, onlar həqiqətən də miras kütləsinə daxil olan torpaq sahəsində tikilmiş ayrı-ayrı evlərdə qalırlar. Qardaşı Nizaməddin mirası qəbul etsə də, atasının sağlığında ona 8 sot torpaq sahəsi verilmişdir. O 8 sotun qardaşına verilməsinə etiraz etmir. Odur ki, 8 sota aid hissədə iddiaçının hüququnun tanınaraq, qalan hissədə iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Eyni zamanda cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz göndərərk göstərmişdir ki, İddiaçı Tovuz rayon Məhkəməsində mənə qarşı miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi verib. Həmin iddia ərizəsi sizin icraatınızdadır. Mən iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə razı deyiləm, ona görə ki, mərhum atam Zirəddin Tağəyev öz salığında 0,26 ha torpaq sahəsindən onun öz razılığı ilə 0,08 ha torpaq sahəsi vermiş, göstərilən 0,08 ha torpaq sahəsindən İddiaçı uşaqları üçün 4 yaşayış evi tikdirib, birdə onu qeyd etmək istəyirəm ki, mərhum atam yenə öz salığında qardaşım İddiaçı 0,10 ha torpaq sahəsi vermiş, həmin torpaq sahəsini İddiaçı satmışdır. Belə hesab edirəm ki, İddiaçı özünə düşən payı tamamı 1lə almışdır, miras qalmış əmlakdan ümumilikdə 0,18 ha torpaq sahəsi almış, bundan başqa neçə pay istəyə bilər, İddiaçı artıqlaması ilə öz payını götürmüşdür. 0,26 ha torpaq sahəsindən 0,08 ha hissəsini İddiaçı miras paydan istifadə elədiyi üçün verilməsinə etirazım yoxdur və onu da qeyd etmək istəyirəm ki, iddiaçı iddia müddətini ötürmüş, iddia müddəti ötürüldüyünə görə iddia tam əsasızdır. Sizdən xahiş edirəm ki, mənim yuxarıda qeyd etdiklərimi nəzərə alıb, iddiaçı iddia müddətini ötürdüyünə görə iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5373 nömrəli məktubdan görünür ki, xx.xx.2024cü ildə Tovuz regional “ASAN Xidmət” mərkəzindəki Notariat ofisinə xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum X2, xx.xx.2007-ci il tarixdə vəfat etmiş mərhum X3, xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum X9 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciətə baxılmışdır. İşin halları ilə müəyyən olundu ki, mərhumların vərəsələri arasında mübahisə vardır. Bu səbəbdən müraciətin notariat ofisində rəsmiləşdirmək mümkün deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq, mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 1674/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə vəfat etmiş X10 ilə qohumluq münasibətində - yəni həmin şəxsin onun atası olması faktı, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X17 ilə qohumluq münasibətində - yəni həmin şəxsin onun anası olması faktı və xx.xx.2007-ci ildə vəfat etmiş X13 ilə qohumluq münasibətində - yəni həmin şəxsin onun qardaşı olması faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Tovuz rayonunun Aşağı Quşçu kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 1833 nömrəli arayışından görünür ki, Tovuz rayonu Aşağı Quşçu kənd sakini Cavabdeh atası-X10, anası-X17 və qardaşı-X13 vəfat etdikdən sonra dəfn mərasimi Cavabdeh həyətində olmuşdur. İş materiallarında olan Tovuz rayonunun X14 xx.xx.2024-cü il tarixli, 190 nömrəli arayışından görünür ki, məhrum X6 məxsus 0.26 ha həyətyanı torpaq sahəsində yerləşən evdə Cavabdeh yaşayır və həmin torpaq sahəsindən istifadə edir. İş materiallarında olan JN-1079A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,26 ha torpaq sahəsi X4, X11 və X7 adınadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X10 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X17 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X8 xx.xx.1966-cı il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X13 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli nikah haqqında şəhadətnamənin arayışından görünür ki, X13 ilə X15 arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 övladları barəsində vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində, Tovuz rayon qeydiyyat şöbəsinin arxivində və Alakol kənd icra nümayəndəliklərinin akt qeyd kitablarında doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları: 1990-2007-ci illər üzrə Tovuz rayon qeydiyyat şöbəsi və Aşağı Quşçu kənd icra nümayəndəliyi üzrə yoxlanılmışdır. İş materiallarında olan Tovuz rayonunun Aşağı Quşçu kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 65 nömrəli arayışından görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində X15 adlı şəxs yaşamır və qeydiyyatda yoxdur. İş materiallarında olan Tovuz rayonunun X14 xx.xx.2025-ci il tarixli, 11 nömrəli arayışından görünür ki, məhrum X4 adına 0.26 ha həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsindən oğlu İddiaçı məxsus olan 0.08 ha torpaq sahəsində 3 fərdi yaşayış evi, 2 tövlə, 1 toyuq damı var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmin Qərarda həmçinin göstərilmişdir ki, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı 20 may 2012-ci il tarixdə vəfat etmiş mərhum X1ndan, 09 mart 2003-cü ildə vəfat etmiş mərhum anası X9 və 20 avqust 2007-ci il tarixdə vəfat etmiş mərhum qardaşı X3 Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,26 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı Tovuz regional Asan xidmət mərkəzinin Notariat Ofisinə müraciət etmiş, vərəsələr arasında mübahisə olduğuna görə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hazırda iddiaçı 20 may 2012-ci il tarixdə vəfat etmiş mərhum X1ndan, 09 mart 2003cü ildə vəfat etmiş mərhum anası X9 və 20 avqust 2007-ci il tarixdə vəfat etmiş mərhum qardaşı X3 miras qalmış JN-1079A saylı Şəhadətnamədə qeyd edilən Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,26 ha torpaq sahəsindən onun ½ hissədə miras payının müəyyən edilməsini xahiş etmişdir. İddiaçının mirası formal qəbul etməsi, lakin miras miras əmlaka payların və mirasın bölüşdürülməsi zamanı mübahisə yaranması tədqiq edilmiş sübutlarla ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalı, iddiaçının 20 may 2012-ci il tarixdə vəfat etmiş mərhum X1ndan, 09 mart 2003-cü ildə vəfat etmiş mərhum anası X9 və 20 avqust 2007-ci il tarixdə vəfat etmiş mərhum qardaşı X3 miras qalmış, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,26 ha torpaq sahəsində ½ hissədə payının olması müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 20 may 2012-ci il tarixdə vəfat etmiş X2, 09 mart 2003-cü ildə vəfat etmiş X9 və 20 avqust 2007-ci il tarixdə vəfat etmiş X3 miras qalmış, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,26 ha torpaq sahəsində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar