Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1650/2024 10.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu İddiaçı cavabdehlər X1 və qeyrilərinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlak üzərində payın tanınması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər X1 və qeyrilərinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlak üzərində payın tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarından görünür ki, iddiaçı onun barəsində verilmiş və onun vərəsəlik payının müəyyən edilməsi barədə xx.xx.2017-ci il tarixli 2V-254 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini, həmin miras əmlakdan onun payının müəyyən edilməsini xahiş etmişdir. Hansı ki, ləğv olunması xahiş olunan şəhadətnamə elə məhz iddiaçının özünün payının müəyyən edilməsindən ibarətdir. Yəni qeyd olunan şəhadətnamənin mövcudluğu iddiaçının hüquqlarını pozmur. Əksinə iddiaçı miras əmlakdan payın müəyyən edilməsini xahiş edir ki, artıq pay müəyyən edilmişdir. Ona görə də iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.4-cü maddəsində göstərilmişdir ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 153, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər X1 və qeyrilərinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlak üzərində payın tanınması” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1650/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1650/2024
10.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver