Məhkəmə qərarları › İş №2(062)-1668/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1668/2023

25.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1668/2023 25.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" Acıq Səhmdar Cəmiyyətinə (ASC) və Azərişıq” ASC-nin X3rşı “aktın və onun əsasında yazılmış cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məkhəməyə müraciət edərək "xxxx" ASC tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli 014438 saylı aktın ləgv olunması və həmin akt əsasında yazılmış 1500 manat məbləğində cərimənin silinməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evində yaşayır. 28 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən ona məxsus olan avtomobil təmiri sexində və çayxanada yanğın hadisəsi baş vermiş, nəticədə sex, çayxana və içərisindəki avadanlıq və əşyalarla birlikdə yanğının təsirinə məruz qalmışdır. Həmin avtomobil təmiri sexi və çayxana ona məxsus olsa da onların idarə etməsi oğlu Nümayəndə həyata keçirir. Hadisə baş verən zaman oğlu çayxanada olmuş və çayxanada olarkən yanıq qoxusunun gəlməsini hiss edərək, dərxal mətbəx otağına daxil olmuş, orada saçaq qızartma aparatının yandığını görmüşdür. Yanğın söndürməyə çalışmış və yanğın söndürmə xidmətinə zəng edərək məlumat vermişdir. Yanğın nəticəsində təmir sexi və çayxana içərisindəki avadanlıq və əşyalarla birlikdə yanğının təsirinə məruz qalmışdır. "xxxx" ASCnin X4 xx.xx.2022-ci il tarixli 1/1025 saylı məktubu ilə müəyyən olunumuşdur ki, xx.xx.2022-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən ona məxsus avtomobil təmiri sexi və çayxanada baş vermiş yanğının elektrik təsərrüfatı ilə heç bir əlaqəsi yoxdur. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində 014438 saylı akt ilə ona 1500 manat məbləğində cərimə yazılmışdır. Cərimənin yazılmasına əsas olaraq xəttin şəbəkəyə birbaşa qoşulması qeyd olunmuşdur. Hazırda ona qanunsuz və əsassız olaraq 1500 manat işıq oulu yazılmışdır. Daha əvvəl onun heç bir işıq pulu borcu qalmamışdır. Tərtib etdikləri 014438 saylı aktın surətini o xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Əlavə olaraq bildirdi ki, o, hər ay işıq pulunu vaxtlı-vaxtında ödəmiş və sübutları vardır. Yazılmış saxta cəriməni ödəməyə maddi imkanı yoxdur. Heç bir yerdə işləmir. İşıq sayğacına heç bir müdaxilə etməmişdir. İş materiallarında olan: - Cavabdeh-nin tərtib etdiyi 014438 saylı aktdan görünür ki, EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacı tamamil’ yanmış və xəttin şəbəkəyə birbaşa qoşulması məlum olmuşdur. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən İddiaçı məxsus avtomobil təmiri sexi və çayxanada baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli,”Azərişıq” ASC-nın icra vərəqindən görünür ki, İddiaçı 1404, 50 manat dəyərində qazdan istifadə edilmişdir. “Qərb”RETSİ-nin X4 rəisinin verdiyi xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, sexdə baş vermiş yanğın hadisəsinin Tovuz EŞ-nin balansında olan elektrik təsərrüfatı ilə hər hansı əlaqəsi yoxdur. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Əvvəlki məhkmə iclasında iştrak edən İddiaçı nümayəndəsi Nümayəndə İddiaçı izahatına uyğun izahat verərək bildirdi ki, onların avtomobil təmir sexi və çayxanaları vardır. Həmin sexdə və çayxanada yanğın baş vermişdir. Həmin obyekt anasının adına olsa da o obyektdə o özü sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yanğın zamanı elektrik xətti də sıradan çıxmışdır. Bunun nəticəsində "xxxx" ASC-ti tərəfindən cərimə yazılmışdır. Yazılmış cərimə qanunsuzdur və əsassızdır. Ona görə də, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 bildirdi ki, sayğaca qədər hər hansı bir hadisə baş versə idi, o zaman Cavabdeh məsuliyyət daşıyardı. Sayğadan sonra hadisə baş verdikdə isə abonent məsuliyyət daşıyır. Həmin hadisə ilə bağlı yanğın mühafizə idarəsindən məktub almışdır. Həmin məktubdan görünür ki, yanğının sayğacdan sonra baş verdiyi məlum olmuşdur.Eyni zamanda əvvəllər də abonentə cərimə yazılmışdır. Hal-hazırda bocundan ödəniş etmiş və 425 manat borcu qalmışdır.Ona görə də iddianın rədd olunması xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, iş mteriallarını araşdıraraq, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarından olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, yanğına səbəb çayxananın mətbəxində istifadə olunan saçaq qızartma aparatında nasazlığın yaranması olmuş,çayxanada yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin olunmamışdır. Həmin Qərarda istinad edilmiş FHNnin DYNX-nin Gəncə Regional DYNİ-nin xx.xx.2022-ci il tarixli Yanğın haqqında aktında göstərilmişdir ki,xx.xx.2022-ci ildə, saat 01 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən İddiaçı məxsus avtomobil təmiri sexi və çayxanada yanğın mətbəxtdə olan saçaq qızartma aparatında nasazlığın yaranmasından baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən İddiaçı məxsus avtomobil təmiri sexi və çayxanada baş vermiş yanğın hadisəsi cavabdeh təşkilatın, yəni "xxxx" ASC-nin təqsirli hərəkətləri nəticəsində baş verməmişdir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ vardır. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə(foto və ya videoçəkiliş aparılmaqla)qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. - 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində(hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişəşt abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində(hasar olamadıqda evin fasadında),yaşayış biunalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində(hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaçayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X1 Qaydalarına uyğun olaraq iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, bu zaman məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacı tamamilə yanmış, xətt şəbəkəyə birbaşa qoşulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti)tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.187.9-2 yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbul edicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “Qaydalar”ın qeyd olunan müddəalardan görünür ki, cavabdeh orqan üç aylıq hesablaşmanı vaxtında aparmışdır. Həmin “Qaydalar”ın 8.2-ci bəndinə əsasən elektrik elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh elektrik enerjisi təchizatı müəssisəsinin əməkdaşları tərəfindən istehlakçıya (9,5 kvt x 12 saat x 112 gün=12768kvts; tarif(0,11 man)-12768 kvts x 0,11=1404,50 manat) 1404 manat 50 qəpik sayğac sxemindən kənar xəttdən istifadəyə görə pul hesablamaqda haqlı olmuşlar. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Eyni zamanda Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi Azərişıq” ASC-nin X7 hüquqi şəxs olmadığından Azərişıq” ASC-nin X7 cavabdeh qismində mülki iş üzrə tərəf ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-nə və Azərişıq” ASC-nin X3rşı “aktın və onun əsasında yazılmış cərimənin silinməsi” dair iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar