Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-170/2024 26.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair və vərəsə tanınaraq miras əmlakdan pay verilərək mülkiyyət hüququnun müəyyən edilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 26 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq “Qovlar Aqro-Servis” müəssisəsinin təsisçilik payı üzərində X7 miras qalmış paya görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair, onu X8, X9 vərəsəsi tanıyaraq, “Qovlar Aqro-Servis” müəssisənin təsisçilik payı üzərində X8 5/8, X9 1/8 hissələrdə paylarından onun payının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək “Qovlar Aqro-Servis” müəssisəsinin təsisçilik payı üzərində X8 5/8, X9 1/8 hissələrdə paylarından onun payının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh qardaşıdır. X5 xx.xx.2023-cü ildə vəfat etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(104)-1040/2020 saylı qətnaməsi ilə atası mərhum X6 miras qalmış “Qovlar Aqro-Servis” müəsssəsinin təsisçilik payı üzərində X8 5/8, X9 1/8, Cavabdeh 1/8 hissədə özünün payları müəyyən olunmuşdur. Anasının ölümündən sonra Tovuz regional ASAN xidmət mərkəzinin notariat ofisinə müraciət etməklə mirası faktiki qəbul etmişdir. X4 birinci qrup əlil olmuş və ona qəyyum təyin olunmuşdur. Özü ikinci qrup əlildir və qardaşının ölümündən sonra xəstə olduğu üçün dəfələrlə yıxılmış, qolu sınmış və uzun müddət xəstə yatmışdır. Hazırda anası Nazilə Paşayevanın və qardaşı Etibar Yusifovun yeganə mirası qəbul etmiş vərəsəsi olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmiş, notariat ofisi miras barədə vərəsələr arasında mübahisə olduğunu qeyd edərək imtina edilmişdir. Cavabdeh isə nə anasına məxsus, nə də qardaşına məxsus mirasın qəbulu ilə əlaqədar notariat ofisinə müraciət etməmiş, mirası nə rəsmi, nə də faktiki qəbul etməmişdir. Qardaşı ailə qurmamış, onun birinci növbəli vərəsəsi olmamışdır. Ona görə də X2 birinci növbə, X9 ikinci növbəli vərəsəsi kimi miras əmlaka vərəsə tanınmalıdır. Odur ki, “Qovlar Aqro-Servis” müəsssəsinin təsisçilik payı üzərində X8 5/8, X9 1/8 hissəsi üzəridə bütövlükdə payının müəyyən olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsi ilə X6 miras qalmış “Qovlar Aqro-Servis” müəsssəsinin təsisçilik payı üzərində X8 5/8, X9 1/8, İddiaçı 1/8 və Cavabdeh 1/8 hissədə payları müəyyən edilmişdir. İşə əlavə olunmuş Tovuz regional ASAN xidmət mərkəzinin notariat ofisinin 06 aprel 2023-cü il tarixli məktubundan görünür ki, vərəsələr arasında mübahsə olduğundan İddiaçı vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina olunmuşdur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 27 may 2021-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 30 yanvar 2023-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş **********51-06301 saylı daşınmaz əmlakın reyestr çıxarışından görünür ki, Aqro-Servis müəsissəsi ünvan 1 ünvanda yerləşməklə müəsissənin mülkiyyətində olan qeyri yaşayış binası və ümumi sahəsi 1.77 ha torpaq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyata alınmışdır. İşə əlavə olunmuş **********41 saylı daşınmaz əmlakın reyestr çıxarışından görünür ki, Aqro- Servis müəssəsinin adına dövlət reyestrində ümumi sahəsi 0,7165 ha torpaq sahəsi xx.xx.2022- ci il tarixdə qeydiyata alınmışdır. İşə əlavə olunmuş 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş **********saylı VÖEN-dən görünür ki, Qovlar Aqro-Servis müəssisəsində hazırki vəziyyətə X8 5 pay, İddiaçı 1 pay və Cavabdeh 1 pay müəssisənin nizamnamə kapitalından payları var. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı və Cavabdeh bacı-qardaşdır. Tərəflərin anaları X11 xx.xx.2023-cü ildə, qardaşları X12 27 may 2021-ci ildə, ataları X10 xx.xx.2011-ci ildə vəfat etmişdir. Hazırki iddia tələbinin predmeti Qovlar Aqro-Servis” müəsssəsinin təsisçilik payı üzərində X2 5/8 və X3 1/8 hissədə paylarından iddiaçı vərəsə kimi bütövlükdə payı əldə etməkdən ibarətdir. Tərəflər arasında miras mülkün bölüşdürülməsi ilə əlaqədar məhkəmə mübahisələri olmuş, hazırda qüvvədə olan Gəncə Apelyasiya Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(104)-1040/2020 saylı qətnaməsi ilə mərhum X6 miras qalmış “Qovlar Aqro-Servis” müəsssəsinin təsisçilik payı üzərində X8 5/8, İddiaçı 1/8, X9 1/8 və Cavabdeh 1/8 hissədə payları müəyyən olunmuşdur. **********51-06301 saylı daşınmaz əmlakın reyestr çıxarışı ilə Aqro-Servis müəssisəsi ünvan 1 ünvanda yerləşməklə müəssisənin mülkiyyətində olan qeyri-yaşayış binası və ümumi sahəsi 1,77 ha torpaq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə, **********41 saylı daşınmaz əmlakın reyestr çıxarışı ilə Aqro-Servis müəssəsinin adına dövlət reyestrində ümumi sahəsi 0,7165 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə qeydiyata alınmışdır. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş ********** saylı VÖEN-dən görünür ki, Qovlar Aqro-Servis müəssisəsində hazırki vəziyyətə X8 5 pay, İddiaçı 1 pay, X13inun 1 pay və Cavabdeh 1 pay müəssisənin nizamnamə kapitalından təsisçilik payları var. X2 birinci növbəli vərəsələri İddiaçı və Cavabdehdur. İşdə olan sübutlarla müəyyən olunur ki, mərhum X1 vəsiyyətnamə verməmişdir və ona görə də mübahisə olunan miras mülkdən vərəsələrin bərabər payı var. X3 birinci növbəli vərəsəsi yoxdur, başqa şəxsə vəsiyyətnamə vermədiyindən mərhumun miras payı ikinci növbəli vərəsəslər arasında, qardaşı Cavabdeh və İddiaçı arasında bölüşdürülməlidir. İddia tələbinin iddiaçının X8 və X9 vərəsəsinin tanınmasına dair hisəssi təmin olunmamalıdır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrlə iddiaçının mərhumların vərəsəsi olması açıq-aşkar müəyyəndir və iddianın həmin hissəsi ilə bağlı mübahisə yoxdur. Eyni zamanda Cavabdeh mərhumların eyni dərəcədə vərəsələridir. Miras qoyanların heç biri sağlığında mirasa dair hər hansı bir sərəncamverici hərəkət etməmişdir, yəni mirasla bağlı vəsiyyətnamə verməmişlər. Mirasın kütləsində daxil olmaqla əmlak bütövlükdə tərəflərin paylı mülkiyyətində olmaqla, istifadələrindədir və paylar ayrılmamışdır. Belə olan halda mirası tərəflərin hər ikisi faktiki idarə edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mərhumlar sağlığında vəsiyyətnamə vermədiyindən mübahisə olunan miras mülk qanun üzrə vərəsələrə keçməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. X2 və X9 qanun üzrə vərəsələri İddiaçı və Cavabdehdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi ) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasın kütləsinə “Qovlar Aqro-Servis” müəsssəsinin təsisçilik payı üzərində X8 5/8, X9 1/8 hissədə payı daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar X2 birinci dərəcəli vərəsələri iddia üzrə tərəflər olan İddiaçı və Cavabdehdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. X3 birinci növbəli vərəsələri olmadığından onun qardaşı və bacısı ikinci növbəli vərəsəsi olmaqla mirasdan bərabər pay hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsini məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirməli olmasını imperativ qaydada müəyyən etmişdir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Göründüyü kimi hər iki halda tərəflərin hər ikisi mirası qəbul etmişlər və hər ikisinin mübahisə olunan mirasda vərəsə payı var. Ona görə də həm İddiaçı, həm də Cavabdeh mərhumların miras əmlaklarında payları bərabər olmaqla ½ hissə payları vardır. Belə olan halda İddiaçı öz payı istisna olmaqla, ümumi əmlakın səkkizdə beşinin ikidə bir hissəsinə və səkkizdə birinin ikidə bir hissəsinə, cəmi on altıda altı hissə mirasda payı müəyyən edilməlidir. Cavabdeh məhkəməyə müraciət etmədiyindən onun mirasda olan 6/16 hissə payı açıq saxlanılmalıdır. Həmçinin məhkəmə iddianın “Qovlar Aqro-Servis” müəssisəsinin təsisçilik payı üzərində X7 miras qalmış paya görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair hissəsinə qiymət verərək hesab edir ki, müddətin uzadılmasına zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. “Qovlar Aqro-Servis” müəssisəsinin nizamnamə kapitalında payı olan X2 5/8 hissə payından və X9 1/8 hissə payından ½ hissədə pay olmaqla, İddiaçı mirasda ümumilikdə 6/16 hissə payı müəyyən olunmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. “Qovlar Aqro-Servis” müəssisəsinin nizamnamə kapitalında payı olan X2 5/8 hissə payından və X9 1/8 hissə payından ½ hissədə pay olmaqla, İddiaçı mirasda ümumilikdə 6/16 hissə payı müəyyən olunsun. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-170/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-170/2024
26.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver