Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1733/2025 24.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Tovuz Rayon İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Tovuz Rayon İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Tovuz Rayan Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1996-cı il təvəllüdlü qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 ilə birgə nikahlarından 10 aprel 1996cı ildə Günay Sadıqova anadan olmuşdur. Qızı Günay perinatal toksika hipoksiya nəticəsində oliqrofeniya idiotiya dərəcəsində xəstəliyindən əziyyət çəkir. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları mövcuddur. Qızı əqli gerilik səbəbindən üçüncü qrup əlildir. Həkim komissiyası yoxlaması nəticəsində oğlunun İİİ qrup əlil olmasını müəyyən edilmişdir. Hər hansı sənəd düzəltmək üçün bir quruma müraciət etdikdə xəstəliyi səbəbindən suallara cavab vermir. Xəstəlik diaqnozu barədə verilmiş arayışdan da göründüyü kimi qızı sağalmaz ruhi xəstədir. O, bununla bağlı yerli icra hakimiyyəti orqanına məlumat verdikdə Tovuz rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən qəyyumluq və himayəçilik orqanından onlara bildirilmişdir ki, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə qadir olmayan şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məhkəmə qaydasında müəyyən oluna bilər. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Tovuz rayonu Düz Qırıqlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş 460326 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 (atası Ərizəçi, anası X1) xx.xx.1996-cı il tarixdə Tovuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 42 nömrə ilə qeyd edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 № 35970 nömrəli arayışın surətindən müəyyən olunur ki, X5 ümumi xəstəlik səbəbindən İİİ qrup müddətsiz əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışın surətindən müəyyən olunur ki, X3 aşkar edilmiş ümumi xəstəliyə (perinatal toksiko hipoksiya nəticəsində oliqofreniya idiotiya dərəcəsində, nitqin inkişafdan qalması) uyğun olaraq xx.xx.2014-cü il tarixdə müddətsiz üçüncü dərəcə əllilik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 498 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən yoxlanılan şəxs X3 "Dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya)" müəyyən edilir. Yoxlanılan şəxs X7 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Yoxlanılan şəxs X6 psixi vəziyyətinə görə fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.1996-cı il tarixdə Tovuz şəhərində doğulmuş qızı X7 əqli qüsurlu olaraq doğulmuş, nitqin inkişafdan qalması, məntiqli hərəkət etmək qabiliyyəti olmayan üçüncü dərəcəli əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışın surətindən müəyyən olunur ki, X3 aşkar edilmiş ümumi xəstəliyə (perinatal toksiko hipoksiya nəticəsində oliqofreniya idiotiya dərəcəsində, nitqin inkişafdan qalması) uyğun olaraq xx.xx.2014-cü il tarixdə müddətsiz üçüncü dərəcə əllilik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 498 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən yoxlanılan şəxs X3 "Dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya)" müəyyən edilir. Yoxlanılan şəxs X7 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Yoxlanılan şəxs X6 psixi vəziyyətinə görə fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1996-cı il tarixdə Tovuz rayonunda doğulmuş, Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-1733/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1733/2025
24.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver