Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1736/2025 12.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X6 və Cavabdeh iştirakları ilə İddiaçı cavadeh Cavabdeh qarşı «miras mülkdən pay tələbinə» dair mülki işə Tovuz şəhərində 12 iyun 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq məhrum babası X3 miras qalmış Tovuz rayonu Ağdam kəndində yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X10 təmsil etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X10 iddianı müdafiə edərək göstərdi ki, cavabdeh onun qaynıdır. Tovuz rayonu Ağdam kəndində yerləşən ümumi torpaq sahəsi 0,25 ha torpaq sahəsi və üzərində 161 kv metr, o cümlədən 104 kv metr fərdi yaşayış evi mərhum qaynanası X2 adına qeydə alınmışdır. Bundan başqa, mərhum X9nın ümumi birgə adına Tovuz rayonu Ağdam kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. X9 xx.xx.2005-ci ildə, qayınatası Məhəmməd Məmmədov xx.xx.1980-ci ildə, əri Dövlət Məmmədov xx.xx.2017-ci ildə vəfat etmişdir. Aralarında olan mübahisəli mülkün notarial qaydada bölünməsi mümkün olmamışdır. Ona görə də miras mülk vərəsələr arasında məhkəmə qaydasında bölünməlidir. Ərizədə texniki səhv olaraq Məmmədov Dövlət göstərilsə də, X8 nəzərdə tutulmuşdur. Odur ki, mərhum X3 miras qalmış Tovuz rayonu Ağdam kəndində yerləşən həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən paylarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Əlavə olaraq göstərdi ki, miras qoyanın ölümündən sonra vərəsə olaraq Dövlət Məmmədov mirasın qəbulu barədə notariat orqanına nə ərizə verməmiş, nə də miras mülkü faktiki idarə etməmişdir, əlil olmaqla yataq xəstəsi olmuşdur. Cavabdeh iddianı qəbul etməyərək məhkəmə iclasında izahatında göstərdi ki, hazırda yaşadığı ev ona anasından qalmışdır. Lakin həmin ev oğlu Elşad Məmmədov şəhid olduqdan sonra uçurularaq tamamilə başdan xeyriyyəçi insanlar və dövlət hesabına tikilmişdir. Orada yerləşən torpaq sahəsi ona anası Məhbub Məmmədova tərəfindən vərəsəlik yolu ilə keçmişdir. Həmçinin ona rəsmi qaydada vəsiyyət edilmişdir. Hazırki günə qədər həmin torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evində yaşamış, mirası idarə etmişdir. Ondan başqa digər vərəsələrin heç biri nə qanunla müəyyən olunmuş qaydada mirasın qəbulu ilə bağlı ərizə vermiş, nə də mirasın idarəçiliyində iştirak etmişdir. Ağdam kəndi Ermənistan ilə həmsərhəd olduğuna və münaqişə bitmədiyinə görə orada islahat aparılmamış və torpaq paylanmamışdır. Hallalıq olsun deyə özünə məxsus başqa bir torpaq sahəsini qardaşı və onun ailəsinə vermişdir. Miras ilə bağlı onların heç bir hüququ olmadığına görə hesab edir ki, iddia əsassızdır, ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən, təmin edilməməlidir. İşə əlavə olunmuş Tovuz regional ASAN xidmət mərkəzinin Notariat Ofisinin 31 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, mərhum X1 qalmış miras əmlaka dair vərəsələr arasında mübahisə olduğundan İddiaçı müraciətini rəsmiləşdirmək mümkün olmamışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2005-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1980-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş Tovuz rayon Dövlət Arxivinin 243 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ağdam kənd İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996-2000-ci il tarixli 01 saylı təsərrüfatbaşına kitabın 39-cu şəxsi hesabında təsərrüfat X2 adına olmaqla, təsərrüfatda 0,25 ha torpaq sahəsi, yaşayış evi ümumi sahəsi 161 kv metr, o cümlədən yaşayış sahəsinin 104 kv metr olması göstərilmişdir. İşə əlavə olunmuş 2 V-813 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, mərhum X2 vərəsəsi Cavabdehdur. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, Tovuz rayon Dövlət Arxivinin 243 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ağdam kənd İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996-2000-ci il tarixli 01 saylı təsərrüfatbaşına kitabın 39-cu şəxsi hesabında təsərrüfat X2 adına olmaqla, təsərrüfatda 0,25 ha torpaq sahəsi, yaşayış evi ümumi sahəsi 161 kv metr, o cümlədən yaşayış sahəsinin 104 kv metr olması göstərilmişdir. 2 V-813 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, mərhum X2 vərəsəsi Cavabdehdur. X5 xx.xx.2005-ci ildə, X8 xx.xx.1980-ci ildə, X7 xx.xx.2017-ci ildə vəfat etmişdir. Tovuz regional ASAN xidmət mərkəzinin notariat ofisinin 31 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, mərhum X1 qalmış miras əmlaka dair vərəsələr arasında mübahisə olduğundan İddiaçı müraciətini rəsmiləşdirmək mümkün olmamışdır. Həmçinin iş materiallarından görünür ki, iddia tələbində iddia edilən mərhum X3 miras qalmış əmlak haqqında heç bir sənəd yoxdur, yəni X4 adına heç bir əmlak müəyyən edilmir. Eyni zamanda X5 özünə məxsus əmlakı Cavabdeh vəsiyyət etmişdir. Həmçinin xx.xx.2020-ci il tarixində mübahisəli evə dair 2V- 813 saylı vərəsəlik şəhadətnaməsi verilmiş və hazırda da qüvvədədir. İddiaçı isə həmin şəhadətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, miras olan mübahisəli ev iddiaçı və onun valideyni tərəfindən nə qanun üzrə qəbul edilməmiş, nə də faktiki olaraq idarə edilməmişdir. Hətta iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, həmin evin faktiki idarəsi cavabdeh tərəfindən həyata keçirilmiş, digər vərəsə olan onun mərhum əri evin faktiki idarə edilməsi ilə əlaqədar heç bir hərəkət etməmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı və onun valideyni mirası nə qanun üzrə qəbul etməmiş, nə də faktiki idarə etməmişdir. Göstərilənlərə məhkəmə hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız və qanunsuz olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, mərhum X3 miras qalmış əmlakdan payın müəyyən olunmasına dair iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavadeh Cavabdeh qarşı məhrum X3 miras qalmış torpaq sahəsindən və fərdi yaşayış evindən payının müəyyən olunmasına dair iddiası əsassız və qanunsuz olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1736/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1736/2025
12.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver