Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-176/2025 11.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı nümyəndəsi X9, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Tovuz Regional xidmət Mərkəzinin notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, miras mülkdən payın müəyyən olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Tovuz Regional xidmət Mərkəzinin notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, miras mülkdən payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh3 notariat ofisi tərəfindən reyestr nömrəsi 22V- 220 sayla qeydə alinmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, Qəzənfər Allahqulu oğlundan və X5 miras qalmış torpaq sahəsindən və fərdi yaşayış evindən paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X6 ilə anası X7 birgə nikahlarından o- İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 anadan olmuşdur. X1 xx.xx.2010-cu il tarixdə, anası X10 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Atası və anasının ölümündən sonra o, birinci növbə vərəsə kimi onlardan miras qalmış mülkü faktiki olaraq qəbul etmişdir. Tovuz rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1998-ci il tarixli 26 saylı qərarı ilə Qəzənfər Sadıqova, anası Cəmilə Sadıqovaya, Cavabdeh1 və Cavabdeh2 və ona ümumi sahəsi 0,25 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-266A sayla Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ilə dövlət reyedtrində qeydə alınmışdır. Həmin torpaq sahəsi ümumi mülkiyyətdə olmaqla hər birinin 1/5 hissədə payları var. Mirasın kütləsinə həmin torpaq sahəsinin 2/3 hissəsi daxildir. Anasının ölümündən sonra Cavabdeh1 notariusa müraciət etmiş, 27 fevral 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin pay tam olaraq Cavabdeh1 verilmişdir. O və digər vərəsənin həmin mirasdan bərabər payları var. Vərəsəlik işi açılarkən notarius vərəsələrin dairəsini müəyyən etməli və Cəmilə həmin mirasdan yalnız 1/3 hissəni verməli idi. Qeyd etdiyi şəhadətnaməyə əsasən mirasdan onun payı məhdudlaşmışdır. Ona görə də xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə etibarsız sayılmalı və mirasdan payınnın müəyyən olunmalıdır. Bundan başqa həmin torpaq sahəsinin üzərində fərdi yaşayış binası var və həmin ev mirasın kütləsinə daxildir. Onlar vərəsələr arasında mübahisə yarandığından həmin mirasa vərəsəlik hüququna dair şəhadətnamə ala bilmirlər. Belə ki, natarus tərəfindən həmin mirasda mübahisə olduğundan vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina edilmişdir. Vərəsələr arasında mübahisə yarandığından qanunvericiliyə əsasən miras məhkəmə qaydasında bölüşdürülməlidir. Onlar birinci növbəli vərəsəlik və mirasdan paylarının bərabər surətdə bölünməlidir. Ata və anası sağlığında vəsiyyətnamə vermədiyindən payları qanun üzrə bölünməlidir. İddiaçının nümayəndəsi nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddia qanunsuz və əsassızdır, o, xx.xx.2010-cu ildə Tovuz rayonu Aşağı Quşçu kəndində vəfat etmiş atası X2 miras qalmış əmlaka dair xx.xx.2020-ci ildə mərhumun qanun üzrə vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi almışdır. Həmin mülkə dair çıxarışda əldə etmişdir. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 və Tovuz Regional xidmət Mərkəzinin notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, ölüm haqqında arayışlarından görünür ki, X8 xx.xx.2010-cu il tarixdə, X10 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, X8 ilə X10 xx.xx.1963-cü il tarixdə Bakı Oktyabrski üçüncü zalda 439 nömrəli akt qeydi tərtib edilməklə nikaha daxil olmuşlar İşə əlavə olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu ildə vəfar etmiş X3 miras qalmış əmlakdan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,25 ha torpaq sahəsindən miras kimi ¼ hissəsini X10 almışdır. İddiaçı və Cavabdeh2 qız nın ¼ hissəsi açıq saxlanılmışdır. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətdə 0,25001 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 2/10 hissəsi İddiaçı, 2/10 hissəsi Cavabdeh2 qızna, 5/10 hissəsi Cavabdeh1 və 1/10 hissəsi isə X4 məxsusdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 07 aprel 2010-cu ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində vəfat etmiş X2 miras qalmış əmlaka dair 25 iyul 2020-ci ildə mərhumun qanun üzrə vərəsəsi Cavabdeh1 müraciəti əsasında vərəsələrin dairəsi müəyyənləşdirilmiş və V-44(2011)nömrəli vərəsəlik işi açılmışdır. Məhkəmə onu qeyd edir ki,məhkəmə araşdırılması zamanı notarius tərəfindən qanunun tələblərinin pozulması halları aşkar edilməmişdir. İddiaçı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə səbəb ola biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 , Cavabdeh2 və Tovuz Regional xidmət Mərkəzinin notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, miras mülkdən payın müəyyən olunması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Tovuz Regional xidmət Mərkəzinin notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, miras mülkdən payın müəyyən olunması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-176/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-176/2025
11.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver