Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1797/2023 18.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ARDNŞ «Azəriqaz» İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ARDNŞ «Azəriqaz» İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ARDNŞ «Azəriqaz» İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib edilmiş ******* saylı 29 dekabr 2022ci tarixli və 29 aprel 2023-cü il tarixli ******* saylı akt əsasında əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ona məxsus Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evə qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacının istismar müddətinin başa çatması ilə əlaqədar dəyişdirilməsi məqsədi ilə çıxarılmış və yerinə X1 əməkdaşları tərəfindən yeni sayğac quraşdırılmışdır. Həmin vaxt akt tərtib olunmuş, həmin aktda guya o, sayğacın hesablama mexanizminin palstmas qapağının alt hissəsini deşmişdir. Buna görə də ona 1036,80 manat cərimə yazılmışdır. Sonradan yeni quraşdırılmış sayğac da işləmədiyinə görə Azəriqazın əməkdaşlarını özü çağırmışdır. Əməkdaşlar gələrək yenidən ona akt tərtib etmiş, həmin akta əsasən, 345,60 manat cərimə yazmışlar. Hər iki aktda da qeyd edilmişdir ki, guya onlar sayğaca müdaxilə etmişlər. Onlar sayğaclara heç bir müdaxilə etməmişlər. Odur ki, X1 əməkdaşları tərəfindən tərtib olunmuş həmin akt əsasında yazılmış 1036,80 manat və 345,6 manat cərimələr silinməlidir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə olunan 29 dekabr 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı məxsus olan, Tovuz rayonu Abulbəyli kəndində yerləşən evdə təbii qaz sayğacına sayğacın dəyişdirilməsi ilə bağlı baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi, deşici alətlə deşilməsi və nəticədə qaz itkisi yaranması müəyyən edilmişdir. İşə əlavə olunan 29 aprel 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı məxsus olan, Tovuz rayonu Abulbəyli kəndində yerləşən evdə təbii qaz sayğacına sayğacın dəyişdirilməsi ilə bağlı baxış keçirilən zaman sayğacdan qazın keçməsi, lakin sayğacda qazın həcminin qeyd edilməməsi müəyyən edilmişdir. İşə əlavə olunmuş şəkillərdən görünür ki, sayğac evin çöl tərəfində yerləşir. Həmçinin iddiaçının işə əlavə etdiyi qəbzdən görünür ki, iddiaçı aybaay kommunal ödənişini ödəyir. Həmçinin xx.xx.2023-cü il tarixdə 23 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının yaşadığı Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən təbii qaz sızması müəyyən edilmiş və bu hal sayğaca müdaxilə kimi qiymətləndirilmiş, ona görə də akt tərtib edilərək ziyan hesablanmışdır. İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış olan qaz sayğacına müdaxilə edilmiş və nəticədə qaz itkisi yaranması müəyyən olunmuş və bunun nəticəsində itirilmiş qaz əvəzi olaraq iddiaçıya cərimə hesablanmışdır. İş materiallarında olan 29 aprel 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı evində olan qaz sayğacından qaz keçir, lakin sayğac qazın həcmini qeyd etmir və nəticədə qaz itkisi yaranması müəyyən olunmuş və bunun nəticəsində itirilmiş qaz əvəzi olaraq iddiaçıya cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyrini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərilməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyrini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydalarının 4.2-ci bəndinə görə qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılamsı və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.5-ci bəndinə görə qaz sayğaclarının növbəti dövlət yoxlamısndan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarına işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizminin sıradan çıxması baxış pəncərəsinin sınması, qoruycu plombların qırılması, texniki nasazlıqlar və.s) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması, müraciət etdiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyəta keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı yəni cavabdeh birlik daşıyır. Buna görə də məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh birlik tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri mümkün edir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya yazılmış ******* saylı, 29 dekabr 2022-ci il tarixli akt əsasında hesablanmış borc tam əsassız olduğundan silinməlidir. Eyni zamanda 29 aprel 2023-cü il tarixli ******* saylı aktda əsassız olduğundan həmin akt üzrə yazılmış borcun silinməsinə zərurət vardır. Lakin məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı əvvəlki analoji dövrdə göstərilən müddət üçün orta hesabla 200 manat məbləğində qazdan istifadə etməklə dəyərini ödəmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.3-cü maddəsinə görə, yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq istəyir. Həmin Məcəllənin 136.4-cü maddəsinə görə kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Məhkəmə hesab edir ki, 29 dekabr 2022-ci il tarixli akta əsasən, yazılmış 1036,80 manat cərimə silinməlidir. 29 aprel 2023-cü il tarixli akta əsasən, yazılmış 345,60 manatın 200 manatı İddiaçı qaz sərfiyyatına görə yazılan borcu təşkil edir. Ona görə də iddianın 200 manata aid hissəsi təmin edilməməlidir. İddiaçının təqdim etdiyi qəbzdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 23 manat ödəniş etmişdir. Ona görə də, iddianın 177 manat hissəsi təmin edilməməli, qalan hissəsi silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarının habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli,hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı adına tərtib olunmuş 29 dekabr 2022-ci il tarixli ******* saylı akt əsasında yazılmış 1036,80 manat və 29 aprel 2023-cü il tarixli ******* saylı akt əsasında yazılmış 345,6 manat borcun 145,60manat borc silinməlidir. Həmçinin iddiaçının ödədiyi 23 manat da nəzərə alınıb silinməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 637-220 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. ARDNŞ «Azəriqaz» İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib edilmiş İddiaçı adına 29 dekabr 2022-ci il tarixli ******* saylı akta əsasında hesablanmış 1036,80 manat və 29 aprel 2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 345,6 manat borcun 145,6+23 manat olmaqla, cəmi 168,6 manat borc hissəsi silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1797/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1797/2023
18.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver