Məhkəmə qərarları › İş №2(062)-18/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-18/2024

20.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-18/2024 20.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi və miras əmlakın bölünməsi” tələbinə dair mülki işə Tovuz şəhərində 20 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia qaldıraraq Cavabdeh1 ilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi haqqında xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən 362.0 kv metr fərdi yaşayış evinin vərəsələr arasında paylarına uyğun bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, atası, yəni miras qoyan X3 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra onun əmlakının vərəsələr arasında qanunvericiliyə uyğun bölgüsü haqqında Cavabdeh1 bir neçə iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 əvvəlki iddia ərizələrində nədənsə atasının əsas əmlakı olan, yəni ünvan 2 ünvanda olan 0.08 ha torpaq sahəsində yerləşən 362.0 kv.m. sahəsi olan fərdi yaşayış evini miras paydan uzaq tutmuş və bunun üçün maraqlı addımlar atmışdır. Atası vəfat etdikdən 1 il keçməmiş Cavabdeh1 atasıın tikdirdiyi və onun də, orada qeydiyyatda olduğu və yaşadığı, yuxarıda qeyd olunan ünvana aid torpaq sahəsini 31 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə Tovuz şəhər bələdiyyəsindən satın almışdır. Onun üzərində inşa edilən ev isə atası tərəfindən uzun zaman öncə Cavabdeh1 ilə birgə nikah dövründə tikilmişdir. Cavabdeh həmin evi mirasdan uzaq tutulması üçün sənədləşməsini atasınınmiras qoyanın ölümündən sonra öz adına uyğun həyata keçirmişdir. Uzun zaman öncə atası tərəfindən alınan torpaq sahəsi yeni sənədlə Cavabdeh1 tərəfindən alınmışdır. Planlı şəkildə yazılı alqı-satqı müqaviləsi ədalətli deyil. Onun üzərində inşa edilmiş ev cavabdehlərin də bildiyi kimi atasının ölümündən sonra, başqa sözlə, Cavabdeh1 ilə Tovuz şəhər bələdiyyəsi arasında bağlanılmış 31 avqust 2021-ci il tarixli müqaviləsindən sonra yox, atasının sağlığında onun tərəfindən uzun zaman öncə tikilmişdir. Cavabdeh1 bu hərəkəti vərəsələrə hörmətsizlikdir. Hesab edir ki, qeyd olunan müqavilə və onun əsasında verilmiş çıxarış ləğv edilməli və həmin əmlak mirasa daxil edilərək vərəsələr arasında bölünməlidir. Bütün digər cavabdehlərin hüquqları təmin edilməlidir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, mərhum X3 ilə 22 aprel 1978-ci ildə rəsmi qaydada evlənmişlər. Birgə nikahlarından xx.xx.1991-ci ildə Aynur adlı uşaqları anadan olmuşdur. Arif İsmayılov xx.xx.2020-ci ildə vəfat etmişdir. İddiaçı onun ərinin nikahdankənar başqa övladıdır. ünvan 2 ünvanda olan 0.08 ha torpaq sahəsini 31 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə Tovuz şəhər bələdiyyəsindən satın almışdır. Torpaq sahəsi üzərində olan ev əvvəlcədən inşa edilsə də, heç bir rəsmi sənədi olmamışdır. Nə arxivdə, nə də digər orqanlarda hər hansı bir sənəd aşkarlanmamışdır. Əri öldükdən sonra sənədləşmə aparmaq üçün müraciət etdikdə torpaq sahəsi ona satılmışdır. Torpağın pulunu şəxsən özü ödəmişdir. Əri ölənədək torpaq sahəsi və üzərində inşa edilmiş ev mülkiyyət hüququ əsasında heç kimə məxsus olmamışdır, torpaq bələdiyyə mülkiyyətində olmuşdur. İddia əsassızdır, ona görə də təmin edilməməsini xahiş edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 və Maraqlı şəxs2 Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2, Maraqlı şəxs2 Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda olan 0.08 ha torpaq sahəsini Tovuz şəhər bələdiyyəsindən satın almışdır. İşə əlavə olunmuş reyestr nömrəsi **********62-10301 saylı fərdi yaşayış evinin çıxarışından görünür ki, ünvan 2 ünvanda olan 0.08 ha torpaq sahəsində yerləşən 362.0 kv.m. sahəsi olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixində Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Məhkəmə tərəfindən sorğu əsasında Tovuz şəhər Bələdiyyəsindən alınmış sənədlərdən görünür ki, ünvan 2 ünvanda olan 0.08 ha torpaq sahəsi Tovuz Şəhər Bələdiyyəsinə məxsus olmuş, xx.xx.2021-ci ildə alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mərhum X3 ilə Cavabdeh1 22 aprel 1978-ci ildə rəsmi qaydada evlənmişlər. Birgə nikahlarından xx.xx.1991-ci ildə Aynur adlı uşaqları anadan olmuşdur. Arif İsmayılov xx.xx.2020-ci ildə vəfat etmişdir. İddiaçı mərhum X1 nikahdankənar başqa övladıdır. Cavabdeh1 ünvan 2 ünvanda olan 0.08 ha torpaq sahəsini 31 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə Tovuz şəhər bələdiyyəsindən satın almışdır. Torpaq sahəsi üzərində olan ev əvvəlcədən inşa edilsə də, heç bir rəsmi sənədi olmamışdır. Nə arxivdə, nə də digər orqanlarda hər hansı bir sənəd aşkarlanmamışdır. X3 öldükdən sonra sənədləşmə aparmaq üçün müraciət etdikdə torpaq sahəsi Cavabdeh1 satılmışdır. Torpağın pulunu şəxsən Cavabdeh1 ödəmişdir. X3 ölənədək torpaq sahəsi və üzərində inşa edilmiş ev mülkiyyət hüququ əsasında heç kimə məxsus olmamışdır, torpaq bələdiyyə mülkiyyətində olmuşdur. Reyestr nömrəsi **********62-10301 saylı fərdi yaşayış evinin çıxarışından görünür ki, ünvan 2 ünvanda olan 0.08 ha torpaq sahəsində yerləşən 362.0 kv.m. sahəsi olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixində Cavabdeh1 adına qeydiyyata alınmışdır. Göründüyü kimi mərhum X1 ölən günədək mübahisəli ünvanda hər hansı bir əmlakı olmamışdır. Həmin ünvanda olan torpaq sahəsində inşa edilmiş ev ona məxsus olmamış, torpaq sahəsinin mərhuma məxsus olmasını təsdiq edən heç bir sənəd mövcud deyil. Belə olan halda həmin əmlak mirasın kütləsinə aid edilə bilməz. Bu səbəbdən alqı-satqı müqaviləsinin ləğvi üçün əsas yoxdur. Alqı-satqı müqaviləsinin ləğvi üçün əsaslar olmadığından iddianın çıxarışın ləğvi və mirasın vərəsələr arasında paylara uyğun bölünməsi hissəsi də təmin oluna bilməz. Ona görə də, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi və miras əmlakın vərəsələr arasında paylara uyğun bölünməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar