Məhkəmə qərarları › İş №2(062)-1803/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1803/2024

09.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1803/2024 09.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı «11.000 manat pul» tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı «11.000 manat pul» tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdirlər. İddia aşağıdakı qaydada əsaslandırılmışdır: 31 mart 2024-cü il tarixdə Cavabdeh2 məxsus “Mersedes Benz 208” mikro-avtobus markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11000 manata almışdır. Elə həmin gün də, yəni 31 mart 2024-cü il tarixdə Cavabdeh2 ona ƏN-İX 293151 nömrəli baş etibarnamə verdi. Sonradan ona məlum oldu ki, Cavabdeh2 ona pulunu alıb satdığı “Mersedes Benz 208” mikro avtobus markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 01 aprel 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında satmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi qanunsuz və əsassız olmaqla yanaşı onun hüquqlarını pozmuşdur. Cavabdeh2 onu aldadaraq, etibarından sui-istifadə edərək, “Mersedes Benz 208” mikro avtobus markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini həm ona satmış, həm də Cavabdeh1 satmışdır. İddiaçılar iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə mürtaciət etmişlər. Ərizə belə əsaslandırılmışdır: xx.xx.2024-cü il tarixdə, saat 17:50-də Tovuz RMX-dan növbətçi həkim X10 RPŞnin Növbətçi Hissəsinə zəng edərək 1956-cı il təvəllüdlü Tovuz rayonu, Aşağı Quşçu kənd sakini İddiaçı2 döş qəfəsinin əziyi, 1994-cü il təvəllüdlü Tovuz rayonu, Dondar Quşçu kənd sakini X9 döş qəfəsinin qapalı əziyi, 1999-cu il təvəllüdlü Tovuz rayonu, Alakol kənd sakini X6 alnının çapılmış yarası, 2004-cü il təvəllüdlü Tovuz rayonu, Dondar Quşçu kənd sakini X7 döş qəfəsinin əziyi, 1983-cü il təvəllüdlü Tovuz rayonu, Düz Cırdaxan kənd sakini X1 dizinin çapılmış xəsarəti və 2005-ci il təvəllüdlü Tovuz rayonu, Düz Cırdaxan kənd sakini X5 alnının çapılmış xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. Demələrinə görə yol nəqliyyat zamanı xəsarət almışlar. Həmin yol nəqliyyat hadisəsinə görə aralarında razılaşmaya əsasən o ona yeni avtomobil alıb verməli idi. O da əzik olan mersedes 208 markalı avtomaşını və sığorta pulunu verməli idi. O üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Belə ki, o 31 mart 2024-cü il tarixdə Cavabdeh2 məxsus “Mersedes Benz 208” mikro avtobus markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11000 manata almışdı. Elə həmin gün də, yəni 31 mart 2024-cü il tarixdə Cavabdeh2 ona ƏN-İX 293151 nömrəli baş etibarnamə verdi. Hazırda o əzik avtomaşını geri tələb edəndə o get əlindən gələni elə demişdir. Hazırda cavabdeh öhdəliyi yerinə yetirmir. Sənədlərdən də məlum oldu ki, Cavabdeh3 ilə birləşib onu aldadıblar. İddiaçı2 və İddiaçı1 nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı2 izahatında göstərdi ki, hadisədən sonra İlqar ona dedi ki, maşın yararsızdır. O ona yeni maşın almağı, əvəzində isə İlqarın zədələnmiş avtomobilin və sığorta pulunun ona verilməsi barədə razılığa gəldilər. O 11.000 manata avtomobil alıb İlqara verdi. İlqar dedi ki, avtomobilin hansı detallarısa xarabdır. Bundan sonra o avtomobili aparıb Gəncədə düzəltdirdi və 31 martda avtomobili təhvil verdilər. Maşının sahibi onlara baş etbarnamə verilməsinin zəruri olduğunu bildirdi. Belə ki, bunun verilməsi İlqarın baş etibarnamə olmadan avtomobili marşurut xəttinə buraxa bilməməsi ilə əlaqədardır. Onlar da razılaşdılar. Aprelin biri, yəni bir günün içərisində maşını İlqarın adına sənədləşdirdilər. Bu fürsətdən öz xeyrinə istifadə edən İlqar maşını özünün mülkiyyətinə keçirdi. Aradan bir müddət keçdikdən sonra razılığa əsasən vurulmuş maşının verilməsini tələb etdikdə İlqar maşını verməkdən imtina etdi. Sığorta pulu alındıqdan sonra vurulmuş maşının ona veriləcəyini bildirdi. Sonda da o sığorta pulunu xərclədiyini, maşını isə satdığını bildirdi. Cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh4 izahatında göstərdi ki, dəymiş bütün xərclərin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Yəni, Maqsud onun avtomobilinə dəymiş ziyanı verəcək, o da onun avtomobilini ona qaytaracaq. Düzdür sığorta pulu hadisədən iki ay sonra verildi. Sığorta pulu alındıqdan sonra Maqsuda dedi ki, onun xərcləri var. Onlar ödənilməlidir. Əvvəlcədən razılığa gəlmişdilər ki, onun bütün xərcləri ödəniləcək. O da vurulmuş maşını onlara verəcək. Onlar 11.000 dəyərində maşın alaraq ona verdilər. Həmin maşın hazırda onun mülkiyyətindədir. O isə sığorta pulunu və vurulmuş maşını onlara verməmişdir. Buna baxmayaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işə digər tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən, Cavabdeh4 münasibətdə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Belə ki, işdə olan alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında Mercesed Benz 308 markalı avtomobilin alqı-satqısı müqaviləsi bağlanılmış və həmin avtomobil 01 aprel 2024-cü ildə Cavabdeh1 12.000 manata satılmışdır. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 avtomobillə bağlı müəyyən hərəkətlərin edilməsi ilə bağlı İddiaçı1 etibarnamə vermişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Mercesed Benz 308 markalı avtomobilin İddiaçı1 sahibliyində olması və həmin avtomobilin məhz onun iştirakı ilə Cavabdeh1 adına rəsmiləşdirilməsi, alqı-satqı müqaviləsində 12.000 manat göstərilməsinə baxmayaraq 11.000 manat pul verərək həmin avtomobilə İddiaçı1 sahiblənməsi və həmin avtomobilin məhz İddiaçı1 tərəfindən Cavabdeh1 verilməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, tərəflərdən biri, yəni Cavabdeh4 öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Belə ki, işin mübahisə olunmayan digər halı ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində sürücülük hüququ əsasında, etibarnamə ilə idarə etdiyi “Mercedes 208D” mikroavtobus markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Tovuz rayonu Alakol kəndi ərazisində idarə edərkən anidən öz hərəkət zolağında hərəkətdə olan “Kia Sorento” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun hərəkət zolağına çıxmış, ara məsafəsi az qaldığından o, hadisənin qarşısını ala bilməmiş və avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı o, digər sürücü və adını sonradan bildiyi İddiaçı2 və onun idarə etdiyi nəqliyyat vasitəsində olan sərnişinlər xəsarət almışlar. Həmçinin, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi “Mercedes 208D” mikroavtobus markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 9000 manat məbləğində maddi ziyan dəymişdir. Bu Tovuz Rayon Məhkəməsinin 3(062)-348/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında öz əksini tapmışdır. Həmin ziyanın ödənilməsi ilə bağlı Cahan və Azər razılığa gəlmişlər ki, Azərin avtomobilinə dəymiş ziyanın əvəzi olaraq ona yeni avtomobil alınmalı, Azər isə əvəzində ziyan dəymiş “Mercedes 208D” mikroavtobus markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və sığorta hadisəsinə görə ödəniləcək sığorta məbləğini Cahana ödəməlidir. Cahan dəyəri 11.000 manat olan və Məhəbbətin mülkiyyətində olan avtomobili razılaşma əsasında Azərə vermiş, həmin avtomobil Azərin atası İlqarın mülkiyyətinə keçmişdir. Beləliklə Cahan şərtləşdirilmiş qaydada öz üzərinə düşən öhdəliyi icra etmişdir. Buna baxmayaraq qarşı tərəfin öz üzərinə düşən öhdəliyi icra etməməsi nəticəsində Cahana avtomobilin dəyəri həcmində, yəni 11.000 manat məbləğində ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin, yəni dəymiş ziyanın əvəzləşdirilməsi ilə bağlı tərəflər arasında mülki hüquq münasibəti yaranmışdır. Yəni, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində sürücülük hüququ əsasında, etibarnamə ilə idarə etdiyi “Mercedes 208D” mikroavtobus markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Tovuz rayonu Alakol kəndi ərazisində idarə edərkən anidən öz hərəkət zolağında hərəkətdə olan “Kia Sorento” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun hərəkət zolağına çıxmış, ara məsafəsi az qaldığından o, hadisənin qarşısını ala bilməmiş və avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermiş və bunun nəticəsində Azərə ziyan dəymişdir. Azər delikt törətmiş şəxslə ona dəymiş ziyanın əvəzləşdirilməsi ilə bağlı belə razılığa gəlmişlər ki, Cahan ona dəyəri 11.000 manat olan avtomobil almalı, o da vurulmuş avtomobili və sığorta ödənişinə görə ödəniləcək pulu Cahana verməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə yuxarıda qeyd edilən mülki hüquq pozuntusuna hüquqi qiymət vermək niyyətindən uzaq olaraq onu qeyd edir ki, həmin pozuntunun olmasını tərəflər arasında mübahisə predmeti olmamış və onlar bu öhdəliyi yuxarıda göstərilən qaydada əvəzləşdirməklə bağlı razılığa gəlmişlər. Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Göründüyü kimi tərəflər arasında öhdəliyə o halda xitam verilə bilərdi ki, müqavilə tərəfi olan İlqar öz öhdəliyini yerinə yetirmiş olsun. Bundan başqa da işin halarından göründüyü Azər həm də sağlamlığına ziyan dəydiyini də iddia edir. Tovuz Rayon Məhkəməsinin 3(062)-348/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarından da görünür ki, Azər sağlamlığına ziyanın dəydiyini vurğulamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 531.2-ci maddəsinə görə həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin və alimentlərin ödənilməsi üzrə öhdəliklər barəsində novasiyaya yol verilmir. Ona görə də məhkəmə hesab edir ki, sağlamlığa aid hissədə öhdəliyin xitamının hər hansı hüquqi qüvvəsi yoxdur. Digər hissədə isə Azər özü öhdəliyin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Odur ki, məhkəmə hesab edir ki,Cahanın Azərə ödədiyi 11.000 manat pul Azərdan alınaraq Cahana qaytarılmalıdır. Bundan başqa da məhkəmə onu qeyd edir ki, Azərin Cahana qarşı da dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olması istisna edilmir. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə onu qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh4 alınaraq İddiaçı2 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4 11.000(on bir min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat alınaraq İddiaçı2 verilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar