Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1808/2024 29.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı X4 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən borclu olduğu xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə 830 manat əsas, 207,40 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə 378 manat əsas, 99,56 manat dəbbə pulu olmaqla cəmi 1514,96 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,2 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə Samsung A54 markalı mobil telefon almışdır. Müqavilə şərtinə əsasən pulu cavabdeh 12 ay müddətinə ödəməli idi. Cavabdeh ilkin ödəniş kimi 100 manat və aylıq ödəniş olaraq 170 manat pul vermişdir. Hazırda həmin müqavilə üzrə borcu 830 manat əsas, 207,40 manat dəbbə pulu olmaqla 1037,40 manat təşkil edir. Bundan başqa cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə Samsung A13 markalı mobil telefon almışdır. Müqavilə şərtinə əsasən pulu cavabdeh 12 ay müddətinə ödəməli idi. Cavabdeh ilkin ödəniş kimi 50 manat və aylıq ödəniş olaraq 78 manat pul vermişdir. Hazırda həmin müqavilə üzrə borcu 378 manat əsas, 99,56 manat dəbbə pulu olmaqla 477,56 manat təşkil edir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 ilə alıcı Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, alıcı dəyəri 1100 manat olan Samsung A54 markalı mobil telefonu nisyə olaraq dəyərini 12 aya ödəmək şərti ilə almışdır. İlkin ödəniş kimi 100 manat ödənilmişdir. Fərdi sahibkar X4 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə 830 manat əsas, 207,40 manat dəbbə pulu olmaqla 1037,40 manat borcu vardır. X1 ilə alıcı Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, alıcı dəyəri 506 manat olan Samsung A13 markalı mobil telefonu nisyə olaraq dəyərini 12 aya ödəmək şərti ilə almışdır. İlkin ödəniş kimi 50 manat ödənilmişdir. Fərdi sahibkar X4 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə 378 manat əsas, 99,56 manat dəbbə pulu olmaqla 477,56 manat borcu vardır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında yazılı olaraq nisyə alqı-satqı üzrə münasibətlər yaranmışdır. Belə ki, cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə iddiaçıdan xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə dəyəri 1100 manat olan Samsung A54 markalı mobil telefonu, habelə, xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə dəyəri 506 manat olan Samsung A13 markalı mobil telefonu nisyə olaraq almışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş və onun borcu yaranmışdır. Borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən müvafiq maliyyə arayışları təqdim edilmiş və həmin arayışlar ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə 830 manat əsas, 207,40 manat dəbbə pulu olmaqla 1037,40 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə 378 manat əsas, 99,56 manat dəbbə pulu olmaqla 477,56 manat borcu vardır. Məhkəmə tərəfindən həmin arayışlar sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində deyilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış cərimə məbləğinin xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə 5 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə isə 2 manat müəyyən edilməsi tərəflərin əmlak vəziyyətinə və müqavilənin şərtlərinə uyğun olar. Mülki Məcəllənin 425.1-ci maddəsində qeyd olunmuşdur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş puldan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat pulun əvəzinin Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasə cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə 830 manat əsas, 5 manat cərimə, xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə 378 manat əsas, 2 manat cərimə borcu alınaraq iddiaçı X3 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş puldan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manatının əvəzi Cavabdeh alınaraq iddiaçı X3 oğluna verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1808/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1808/2024
29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver