Məhkəmə qərarları › İş №2(062)-1818/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1818/2025

12.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1818/2025 12.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Tovuz rayon İcra Hakimiyyəti və Maraqlı şəxs2) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsinə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs Tovuz rayon İcra Hakimiyyəti və Maraqlı şəxs2) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsi ilə məhkəməyə müraciət etmişdur. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs Tovuz rayon İcra Hakimiyyəti və Maraqlı şəxs2) xx.xx.1997-ci il təvəllüdlü Maraqlı şəxs2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında göstərdi ki, onun uşağı xəsdədir. 1ci qrup əlildir.Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizənin dəlillərini ona əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq, ərizəçinin izahatını dinləyərək bu qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-nin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X1 Hüquqi Şəxsin 13 avqust 2025-ci il tarixli məktubundan görünür ki, mülki işdə olan tibbi sənədlərin tədqiqi zamanı məlum olmuşdur ki, həmin sənədlərdə Maraqlı şəxs2 psixi vəziyyəti ilə əlaqəli sənədlər öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, göründüyü kimi yalnız şəxsin psixi qüsurlarına kifayət qədər məlumatlar olduqda işə mülki icraat qaydasında baxılması mümkündür. Ərizəçi bununla bağlı sübutları məhkəməyə təqdim etməmiş, Maraqlı şəxs2 da ekspertizaya təqdim etməmişdir. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən məhkəmə belə qərara gəlir ki, iş üzrə icraata xitam verilməli, ərizəçiyə Tovuz rayon İcra Hakimiyyətinə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152,263-264-cü, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İş üzrə icraata xitam verilsin. Ərizəçiyə Tovuz rayon İcra Hakimiyyətinə və Əmək və X2 Nazirliyinin müvafiq yerli şöbələrinə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş dövlət ərizəçiyə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar