Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1825/2025 21.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdeh Tovuz regional “ASAN Xidmət” mərkəzində notariat ofisi, Cavabdeh1 və digərlərinə qarşı "vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras paylarının müəyyən edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdehlər Tovuz regional “ASAN Xidmət” mərkəzində notariat ofisi, X13, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı "vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras paylarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 24 fevral 2023-cü il tarixdə reyestrdə 2V-163 və 2V-162 nömrə ilə Tovuz regional “ASAN Xidmət” mərkəzində notariat ofisində qeydə alınmış vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsini və X1ndan və anası X3 miras qalmış pay torpaq sahəsindən payların müəyyən olunmasına dair qatnama çıxarılmasının xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 ilə anası X5 birgə nikahlarından dörd uşaqları olmuşdur. X1 xx.xx.2014-cü ildə, anası X7 xx.xx.2019-cu ildə vəfat etmişdir. Atasının və ölümündən sonra vərəsələr mirası faktiki olaraq qəbul etmiş və onlar dəfni birgə təşkil etmişlər. Mirasın kütləsinə daxil olan Tovuz Rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evi, həyətyanə və pay torpaq sahəsi daxildir. Tovuz Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə atasıdan və anasıdan miras qalmış mülkə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmiş və cavadeh təşkilat tərəfindən rəsmi bildirilmişdir ki, miras mülkə dair digər vərəsənin adına vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Ona görə də ona vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina olunmuşdur. Notaruis qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verəkən qanunvericiliyin tələblərini pozmuş, vərəsələrin dairəsini müəyyən etmədən miras mülkü yalnız bir vərəsənin adına sənədləşdirmişdir. Mərhum atasının ölümündən sonra birinci növbəli dörd vərəsəsi var və iddia ərizəsində onları cavabdeh kimi işə cəlb etmişdir. 24 fevral 2023-cü il tarixdə reyestrdə 2v-163 sayla qeydə alınmış və 24 fevral 2023-cü il tarixdə reyestrdə 2v-162 sayla Tovuz Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisində qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməlidir. Belə ki, həmin şəhadətnamələrdə mərhumların vərəsələrin payları müəyyən olunmamışdır. Bundan başqa həmin şəhadətnamələr əsasında mirasa dair reyestrdən çıxarış verildiyindən həmin çıxarışlarda etibarsız hesab edilməlidir. Vərəsələr mirası qarşılıqlı razılaşma ilə bölə bilmədiyindən və mübahisə yarandığından miras məhkəmə qaydasında bölünməlidir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahi etmişdir. Cavabdeh3 məhkəmə iclasında izahat verərək iddia ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdehlər Tovuz regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi, X13 və Cavabdeh5 məhkəmənin baxış iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər X13 və Cavabdeh5 hər biri məhkəməyə ərizə ilə müraciət edərək iddianı etiraf etdiklərini bildirmiş və təmin edilməsini xahiş etmişlər. İş materiallarına əlavə olunan sübutlar və onlar əsasında təsdiq edilən faktlar Tovuz rayonu Aşağı Quşçu kənd icra nümayəndəliyindən verilmiş 05 may 2014-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Tovuz rayonu Aşağı Quşçu kənd icra nümayəndəliyindən verilmiş 02 dekabr 2019-cu il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında 24 fevral 2023-cü il tarixli 2V-162 nömrəli şəhadətnamədə göstərilmişdir: Mən, Tovuz regional "“ASAN Xidmət”" mərkəzində notariat ofisinin xüsusi notariusu X9 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2014-ci il tarixdə vəfat etmiş-X4 vərəsələri: 1) TOVUZ, SABİR KÜÇ., EV 1 ünvanında qeydiyyatda olan OĞLU- Cavabdeh1 (AZE********, xx.xx.2014 - Tovuz RPŞ, FİN:xxxxxxx, d/t:xx.xx.1977) 2) TOVUZ RAYONU, AŞAĞİ QUŞÇU ƏRAZİ DAİRƏSİ, AŞAĞİ QUŞÇU KƏNDİ ünvanında qeydiyyatda olan QİZİ- Cavabdeh2 QİZİDİR (AA*******, xx.xx.2019 - TOVUZ RPŞ QvŞV bölməsi, FİN:xxxxxxx, d/t:xx.xx.1975) və onların hər biri miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə X6NA verilmiş **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən TOVUZ RAYONU, AŞAĞİ QUŞÇU KƏNDİ ünvanında yerləşən ümumi sahəsi 0.73 ha olan torpaq sahəsinin mərhuma məxsus hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********WU34204 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək TOVUZ RAYONU, AŞAĞİ QUŞÇU KƏNDİ ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında 24 fevral 2023-cü il tarixli 2V-163 nömrəli şəhadətnamədə göstərilmişdir: Men, Tovuz regional "“ASAN Xidmət”" mərkəzində notariat ofisinin xüsusi notariusu X9 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2019-ci il tarixdə vəfat etmiş-X11 QİZİNİN vərəsələri: 1) TOVUZ, SABİR KÜÇ., EV 1 ünvanında qeydiyyatda olan OĞLU- Cavabdeh1 (AZE********, xx.xx.2014 - Tovuz RPŞ, FİN:xxxxxxx, d/t:xx.xx.1977) 2) TOVUZ RAYONU, AŞAĞİ QUŞÇU ƏRAZİ DAİRƏSİ, AŞAĞİ QUŞÇU KƏNDİ ünvanında qeydiyyatda olan QİZİ Cavabdeh2 QİZİDİR (AA*******, xx.xx.2019 - TOVUZ RPŞ QvŞV bölməsi, FİN:xxxxxxx, d/t:xx.xx.1975) və onların hər biri miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə X11 QİZİNA verilmiş **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən TOVUZ RAYONU, AŞAĞİ QUŞÇU KƏNDİ ünvanında yerləşən ümumi sahəsi 0.73 ha olan torpaq sahəsinin mərhuma məxsus hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********WU34204 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək TOVUZ RAYONU, AŞAĞİ QUŞÇU KƏNDİ ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsindən verilmiş 3-21-3-37/2-4097/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 26 saylı qərarı əsasında X4 və X5 adına ailə üzvləri ilə birlikdə ümumi mülkiyyət hüququ ilə Tovuz rayonu, Aşağı Quşçu kəndində 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair ” JN : 1508 nömrəli dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsinin 0.73 ha hissəsinə dair X4, X5 və digər ailə üzvlərinin adlarına ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış veilmişdir. Tovuz regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V- 162 və 2V-163 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri əsasında qeyd edilmiş 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 adlarına ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Tovuz regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə- 355 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Səmədova Sevda Vəkil qızının adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış veilmişdir. Tovuz regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə- 254 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X8 adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış veilmişdir. Tovuz rayonu, Aşağı Quşçu kəndində 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 0.0413 ha hissəsinin hüquqların dövlət qeydiyyatına alınmasına dair 15 saylı Tovuz Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 26 saylı qərarı əsasında X4 və X5 adına ailə üzvləri ilə birlikdə ümumi mülkiyyət hüququ ilə Tovuz rayonu, Aşağı Quşçu kəndində 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair ”JN : 364A nömrəli şəhadətnamə tərtib edilmişdir. X4 adına keçmiş DTİ və MHQİ tərəfindən verilmiş Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinə dair 272 nömrəli qeydiyyat vəsiqəsi və 503-78/113 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Yuxarıda qeyd edilmiş sənədlər əsasında Tovuz rayonu, Aşağı Quşçu kəndində 0.1186 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 107.09 kv.m olan fərdiyaşayış evinə dair X4 (fərdi yaşayış evi tam, torpaq sahəsi X7 və digər ailə üzvəri ilə ümumi birgə mülkiyyətdə olmaqla) adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış veilmişdir. Tovuz regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli, V- 949 və 2V-950 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri əsasında qeyd edilmiş fərdi yaşayış evinə dair Cavabdeh1 (1/2 hissə) və Cavabdeh2 oğlunun (1/2 hissə) adlarına paylı mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Tovuz regional “ASAN Xidmət” mərkəzinin notariat ofisindən 2V-162 və 2V-163 reyestr nömrəli vərəsəlk işlərinin surəti əldə edilərək iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat Məhkəmənin mövqeyi İstənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Miras açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsində (redaksiyadan çıxarılıb) deyilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda qeyd olunduğu kimi mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbul edilməsi hüquqi mahiyyətinə görə birtərəfli əqd hesab olunur. Bu, yalnız vərəsənin iradəsini ifadə etməklə baş verir, heç bir başqa şəxsin razılığına və ya iştirakı tələb olunmur. Bu hərəkət vasitəsilə vərəsə miras qoyanın əmlak və öhdəliklərinin daşıyıcısı olmağa öz razılığını bildirir. İş materiallarından göründüyü kimi, iddiaçı valideynlərinin ölümündən sonra qanunda nəzərdə tutulmuş 6 aylıq müddət ərzində mirasın qəbulu barədə notariat ofisinə ərizə verməmişdir. Eyni zamanda nə iddia ərizəsində, nə də məhkəmə baxışı zamanı bu hala istinad etməmişdir. İddiaçı yalnız miras qoyanların dəfninin təşkilində iştirak etməsini mirasın qeyriformal üsulla qəbulu kimi əsaslandırmışdır. Lakin bu, məhkəmənin qiymətləndirməsinə görə, mirasın qəbulu sayıla bilməz. Çünki dəfndə iştirak övladın valideyninə qarşı mənəvi borcunu yerinə yetirməsi ilə bağlıdır və hüquqi baxımdan mirasın qəbulu əlaməti deyil. O cümlədən iş materiallarından görünür ki, mirasın qəbulu barədə notariat ofisinə ərizə verilərkən və sonradan həmin əmlakın alğı-satqısında Cavabdeh2 iddiaçı təmsil etmişdir. Bu da miras açıldıqdan sonra iddiaçının mirası qəbul etmək niyyətində olmadığını, hətta digər vərəsələrin miras əmlakı əldə etməsinə və onun üzərində sərəncam verilməsində yardım etdiyini göstərir. O da qeyd edilməlidir ki, mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında əldə edilmiş torpaq sahəsi sonradan 2 dəfə alğı-satqının predmeti olmuş və hazırda daşınmaz əmlakın dövlət reyestrin çıxarış əsasında başqa şəxsin qanuni mülkiyyətindədir. Beləliklə iddiaçının mirası istər formal (notariat ofisinə ərizə verməklə) üsulla, istərsə də faktiki olaraq qəbul etməsi sübuta yetirilmir. Belə olan təqdirdə miras əmlaka dair notariat orqanı tərəfindən 24 fevral 2023-cü il tarixdə verilmiş 2V-162 və 2V-163 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı müharibə veteranı olaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-1825/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1825/2025
21.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver