Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-19/2024 31.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə borcun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 384-İST/2021 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 384-İST/2021 saylı,kredit müqaviləsi üzrə Cavabdeh1 banka 12077,68 manat əsas, 1444,61 manat faiz, 3271,03 manat cərimə borcu olmaqla, cəmi 16793,32 manat məbləğində borcun və ödənilmiş 140,38 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış 04xx.xx.2021-ci il tarixli İK 384-İST/2021 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 21% olmaqla, 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bank ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli İK 384-İST/2021 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 12077,68 manat əsas, 1444,61 manat faiz, 3271,03 manat cərimə borcu olmaqla cəmi 16793,32 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Ona görə də "xxxx" ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 384-İST/2021 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 384-İST/2021 saylı ,kredit müqaviləsi üzrə Cavabdeh1 banka 12077,68 manat əsas, 1444,61 manat faiz, 3271,03 manat cərimə borcu olmaqla, cəmi 16793,32 manat məbləğində borcun və ödənilmiş 140,38 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, ekspertiza rəyində göstərilənlər nəzərə alınmadan iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş. etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qismən gəbul edərək bildirmişdir ki, faiz və cərimə borcları cöx yüksəkdir. Odur ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək ekspertin verdiyi rəy əsasında qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 384-İST/2021 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə kreditdən istifadəyə görə illik faiz dərəcəsi 21 faiz olmaqla, 36 ay müddətinə 5000 manat məbləğində kredit vermişdir. İddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən adı çəkilən şəxs borc alanın öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən edilir ki, borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu aşağıdakılarla öz təsdiqini tapmışdı: İşə əlavə olunmuş 22 dekabr 2023-cü il tarixli 9/9188 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 384/İST/2021 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixə (maliyyə arayışnda göstərilən tarixə banka olan borcu 13,139,32 manat məbləğində müəyyən olunur. O cümlədən xx.xx.2022-ci il tarixə maliyyə arayışında göstərilən tarixə əsas borc 12,766,95 manat, faiz borcu üzrə 372,37 manatdır. Məhkəmə verilmiş tələb üzrə qətnamə çıxardığından hesab edir ki, iddia əsas borca aid hissədə iddia ərizəsində göstərilən həddə təmin edilməlidir. Faiz borcunun olması isə ekspert rəyi ilə müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin rəydə göstərilən borc məbləği tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 739 741, 470 və 472-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı irəli sürdüyü tələb əsaslıdır. Lakin 3271,03 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, dəbbə pulu azaldılaraq 610 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Məhkəmə hesab edir ki, hazırki işdə Cavabdeh1 kredit müqaviləsinin icrasından imtina etdiyindən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, əsas borca görə 12077,68, faiz borcuna görə 372,37, cərimə borcuna görə 610 manat olmaqla, ümumilikdə 13060,05(on üç min altmış) manat(beş)qəpik məbləğində borc cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 nümayəndəsi X1 ekspertiza təyin edilməsi ilə vəsatətində göstərilən dəlillər öz təsdiqini tapdığından ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən 129 manat 18 qəpik cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, İK 384- İST/2021 nömrəli kredit müqaviləsi ləğv edilsin. Əsas borca görə 12077,68, faiz borcuna görə 372,37, cərimə borcuna görə 610 manat olmaqla, ümumilikdə 13060,05(on üç min altmış) manat(beş)qəpik məbləğində borc və 129 manat 18 qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-19/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-19/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver