Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1915/2024 15.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3ı, Cavabdeh4 üçünçü şəxslər DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə və X3 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakdan payların müəyyən olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçıiddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək mərhum əri X1 miras qalmış, Tovuz TİB tərəfindən xx.xx.1987-ci il tarixdə X2 verilmiş 249 qeydalma nömrəsi ilə 92 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsində göstərilən Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində yerləşən ümumi sahəsi 118,2 kv.metr olan 2 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakdan vərəsələrin payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, işin baxılmamış saxlanılmasına etiraz etmir. İş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, iddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsini rəhbər turaraq, məhkəmə qərara aldı: İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3ı, Cavabdeh4 üçünçü şəxslər DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə və X3 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakdan payların müəyyən olunmasıtələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1915/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1915/2024
15.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver