Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-192/2023 01.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı «sənədin məxsus olma faktının müəyyən edilməsi» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən olunmasına dair ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı «sənədin məxsus olma faktının müəyyən edilməsi» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən olunmasına dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2016-cı il tarixdə reyestrdə 2V-74 nömrə ilə təsdiq edilmiş vəsiyyətnamənin “Ərizəçi Abbas oğluna” dair hissəsinin “Ərizəçi” kimi müəyyən edilməsi və həmin vəsiyyətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X11 küçəsi, ev 4 mənzil 30 ünvanda yerləşən 1 otaqlı mənzil X3 şəxsi mülkiyyətində olmuşdur. Bu miras əmlak daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010cu il tarixdə qeydiyyatdan keçmişdir. X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X8 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, X11 küçəsi, ev 4, mənzil 30 ünvanda yerləşən mənzili xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində 2V-74 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə ilə ona və atası Nümayəndə vəsiyyət etmişdir. Vəsiyyətnamədə onun ata adı səhvən “Abbas” kimi qeyd edilmişdir. Halbuki onun ata adı “Yaşar”dır və ata adı səhv getmişdir. Bu da onun vəsiyyətnamə üzrə hüquqlarının həyata keçirilməsinə maneçilik törədir . Həmin texniki səhvin aradan qaldırılması üçün 1 şaylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin buna baxmayaraq ərizənin təmin olunmasından imtina edilmiş və cavab olaraq bildirilmişdir ki, mövcud məsələnin həlli müvafiq məhkəmənin səlahiyyətinə aiddir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (atası) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Münasibətləri normaldır. X1 oğlu Yaşar tərəfindən baxılmışdır. Ona görə də X14 miras əmlakını oğlu Yaşara və nəvəsi yəni Yaşarın oğlu Kazıma vəsiyyət etmişdir. Bu barədə məlumatlıdır. Əlavə olaraq göstərdi ki, mərhumun Ərizəçi Abbas oğlu adında nəvəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. X1 ölən günədək oğlu Yaşar baxmışdır. Bu səbəbdən mərhum özünə məxsus əmlaka dair oğlu Yaşara və onun oğlu Kazıma yəni nəvəsinə vəsiyyətnamə vermişdir. Əlavə olaraq göstərdi ki, mərhumun Ərizəçi Abbas oğlu adında nəvəsi olmamışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Ərizəçi və maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında AZ İ 772890 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1998-ci ildə doğulmuşdur. Atası Nümayəndə, anası isə X2r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mərhum X8 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X11 küçəsi, ev 4 mənzil 30 ünvanda yerləşən daşınmaz əmlakını Nümayəndə və Ərizəçi Abbas oğluna vəsiyyət etmişdir. Vəsiyyətnamədə vəsiyyət üzrə vərəsə olaraq qeyd olunan «Ərizəçi Abbas oğlunun» «Ərizəçi» ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Notarial qaydada təsdiq edilmiş reyestrdə 2V-74 nömrə ilə qeydə alınmış xx.xx.2016cı il tarixli vəsiyyətnamədən görünür ki, mərhum X8 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X11 küçəsi, ev 4 mənzil 30 ünvanda yerləşən daşınmaz əmlakını Tovuz rayonu, Qovlar şəhərində yaşayan oğlu X6 və həmin ünvanda yaşayan nəvəsi Ərizəçi Abbas oğluna vəsiyyət etmişdir. Tovuz rayon İcra Hakimiyyəti Başçısının Qovlar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Qovlar şəhər ərazisində Ərizəçi Abbas oğlu adlı şəxs qeydiyyatda yoxdur və orada yaşamır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını, şahidlərin ifdələrini dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, hazırda ərizəçinin xahişi Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən bəhs edən 31-ci fəslində əksin tapmış hüquqmüəyyənedici sənədlərin məxsus olması faktının təsdiq olunmasından ibarətdir. Ona görə də işin hallarına həmin Fəslin müddəaları əsasında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarında olan hüquqi mövqeyə uyğun qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsində qeyd olunmuşdur ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Nəzərə alınmalıdır ki, qanunvericilikdə hüquqi faktların müəyyən olunması üzrə icraatın bir sıra xüsusiyyətləri müəyyən olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İş materialları ilə təsdiqin tapmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X11 küçəsi, ev 4 mənzil 30 ünvanda yerləşən 1 otaqlı mənzil mərhum X3 mülkiyyətində olmuşdur. Ərizəçi onun nəvəsidir. X14 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X11 küçəsi, ev 4 mənzil 30 ünvanda yerləşən daşınmaz əmlak Tovuz rayonu, Qovlar şəhərində yaşayan oğlu X6 və həmin ünvanda yaşayan nəvəsi Ərizəçi vəsiyyət edilmişdir. Vəsiyyətnamə notaril qaydada təsdiq qedilmişdir. Lakin vəsiyyətnamə verilən zaman texniki səhvə yol verilmiş və ərizəçinin ata adı səhvən “Abbas” göstərilmişdir. Hansı ki, vəsiyyətnamə nənəsi tərəfindən həqiqətən də ərizəçiyə verilmiş, habelə Qovlar şəhər ərazisində Ərizəçi Abbas oğlu adlı şəxs qeydiyyatda yoxdur və orada yaşamır. Ərizəçi texniki səhvin aradan qaldırılması üçün maraqlı şəxsə müraciət etsələr də, onun ərizəsinin təmin olunmasından imtina edilmişdir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 6.1 və 6.3-cü bəndləri). Məhkəmə diqqətə çatdırır ki, hazırda ərizənin təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Belə ki, ərizəçinin xx.xx.2016-cı il tarixdə reyestrdə 2V-74 nömrə ilə təsdiq edilmiş vəsiyyətnamədə göstərilən ata adı onun şəxsiyyətini təsdiq edən sənəddəki ata adı ilə düz gəlmir, məxsusluğu müəyyən edilməsi tələb olunan sənəd hüquqmüəyyənedici sənəddir, həmçinin ərizəçi hüquqmüəyyənedici sənədi verən təşkilata müraciət etmiş, lakin səhvin aradan qaldırılmasından imtina edilmişdir. Halbuki, məxsusluğunun müəyyən edilməsi tələb olunan vəsiyyətnamədə miras əmlak həqiqətən də mərhum nənəsi tərəfindən ərizəçiyə vəsiyyət edilmişdir. Qovlar şəhər ərazisində Ərizəçi Abbas oğlu adlı şəxs qeydiyyatda yoxdur və orada yaşamır. Odur ki, ərizə təmin edilməklə ərizəçinin vərəsəlik hüquqları hüquqmüəyyənedici sənəd üzrə bərpa edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisində xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş reyestrdə 2V-74 nömrə ilə qeydə alınmış vəsiyyətnamədə göstərilən «Ərizəçi Abbas oğlu»nun «Ərizəçi» kimi qeyd olunması, habelə həmin vəsiyyətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim imza var Düzdür Hakim Fərid Əliyev
Məhkəmə qərarları › İş №2(062)-192/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-192/2023
01.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver