Məhkəmə qərarları › İş №2(062)-1945/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1945/2024

12.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1945/2024 12.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh2, Cavabdeh3 və X9 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, X11, Cavabdeh4 Notariat Ofisinə və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququna dair şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras mülkdən pay» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə cavabdehlər Cavabdeh2, Cavabdeh3, X11,Cavabdeh4 Notariat Ofisinə və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən məhrum anası X1 miras qalmış torpaq sahəsinə dair cavadeh X3 adına verilmiş 15 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Dondar-Quşçu kəndində anaları X4 torpaq islahatı zamanı 0,28 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi dövlət reyestrində 568 A saylı şəhadətnamə əsasında dövlət reyestrində analarının adına qeydə alınmışdır. Anaları xx.xx.2016-cı ildə vəfat etmişdir. Analarının ölümündən sonra onlar vərəsələr kimi mirası faktiki olaraq qəbil etmişlər. Cavabdeh4 notariat ofisi vərəsələrin dairəsini müəyyən etmədən 15 sentyabr 2022-ci ildə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verməklə bütün miras mülkü qardaşları Qəzənfərin adına sənədləşmişdir. Halbu ki, vərəsələrin mirasdan bərabər payı var və heç bir vərəsə mirasdan məhrum olunmayıb. Cavadeh Cavabdeh2 mirasdan paylarının olduğunu bildırsələr də onlarla əvvəlcə razılaşmış, sonradan isə mirasdan pay verməkdən yayınmışdır. Vərəsələr arasında mirasdan pay məhkəmə qaydasında qanun üzrə bölünməlidir. Ona görə də, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən məhrum anası X1 miras qalmış torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş 15 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək bildirdi ki, o evdən pay istəmir, yəni evlə bağlı mübahisə yoxdur. O sadəcə torpaq sahəsinin vərəsələr arasında bərabər paylara bölünməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək bildirdi ki, torpaq sahəsinin vərəsələr arasında bərabər paylara bölünməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirdi ki, o həmin evdə övladının 10 yaşı olanda yaşayıb, lakin həyat yoldaş ilə ayrılanan sonra həmin evdən çıxıb gedib şəhərdə yaşamışdır. Hazırda onun yaşayış yeri yoxdur. Həmin evdən pay istəyir.Eyni zamanda torpaq sahəsinin vərəsələr arasında bərabər paylara bölünməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini o tikibdir. Həmin evi o tikdiribdir. Torpaq sahəsinin vərəsələr arasında bərabər paylara bölünməsinə etiraz etmir. Miras açılan vaxtdan bacısı Elmira miras kütləsini qəbul etmişdir. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdeh X14 bildirdi ki, torpaq sahəsinin vərəsələr arasında bərabər paylara bölünməsinə etiraz etmir. Cavabdehlər X8, Cavabdeh4 Notariat Ofisinə və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia qanuni və əsaslıdır və aşağıdakı əsaslara əsasən təmin edilməlidir. İşə əlavə edilmiş arayışdan görünür ki, X2 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2016-cı ildə vəfat etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1965-cı ildə vəfat etmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023 - cü il tarixdə Cavabdeh4 notariat ofisinə mərhum xx.xx.2016-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, müraciəti təmin edilməmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1955-cı il tarixdə anadan olmuş, ata qrafasında X5, ana qrafasında isə X6 qeyd edilmişdir. İşə əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestri xidmətinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh2 adına Tovuz rayonu Dondar Quşçu kəndində 0,2777 ha torpaq sahəsi, 53,1 kv. metr fərdi yaşayış evi vardır. İşə əlavə edilmiş JN-568A Kod 50300128 saylı şəhadətnamənin surətindən görünür ki, X4 Tovuz rayonu Dondaq Quşçu kəndində X15 tərəfindən xx.xx.1998-ci il tarixdə 0,28 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 vərəsəsi kimi Cavabdeh2 tanınmış və X1 qalmış mirası Cavabdeh2 qəbul etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçıların anası X4 Tovuz rayonu Dondar Quşçu kəndində torpaq islahatı zamanı 0,28 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi dövlət reyestrində 568 A saylı şəhadətnamə əsasında dövlət reyestrində mərhum Məleykə Abdullayevanın adına qeydə alınmış, o xx.xx.2016-cı ildə vəfat etmişdir. Analarının ölümündən sonra onlar vərəsələr kimi mirası faktiki olaraq qəbil etmişlər. Cavabdeh4 notariat ofisi vərəsələrin dairəsini müəyyən etmədən 15 sentyabr 2022-ci ildə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verməklə bütün miras mülkü qardaşları Qəzənfərin adına sənədləşmişdir. Halbu ki, Qəzənfər özü məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, bacısı Qənirə miras mülkdə yaşamaqla mirası qəbul etmiş və o digər vərəsələrin torpaq üzərində mirasdan pay almasına etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1 maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1 maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi ) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə birinci növbədə-ölənin uşaqları,miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 110-cu bəndində göstərilmişdir ki, vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində ölən qohumundan qalmış mirası qəbul etməsi (qohumluq əlaqəsi göstərilməklə) və ünvanlandığı notariat ofisinin adı, vərəsə və miras qoyanın soyadı, adı və atasının adı, onların ünvanı, mirasın açıldığı vaxt göstərilməli, digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalıdır. Əgər vərəsənin miras əmlakın tərkibi barədə məlumatı vardırsa, notarius ona təklif edir ki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün bu fəsildə nəzərdə tutulan sənədlər təqdim edilənədək, mirasın qəbulu barədə ərizə versin. Notariat haqqında Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 55-ci maddəsinə görə isə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Göründüyü kimi vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyən edilməmiş, nəticədə digər vərəsələr miras əmlakla bağlı hüquqlarını həyata keçirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qanunun tələbləri pozulmaqla X3 adına verilmiş 15 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə etibarsız hesab edilməli, etibarsız şəhadətnamə əsasında verilmiş ********** nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış ləğv edilməlidir. Bundan başqa da məhkəmə hesab edir ki, İddiaçı1, X9, İddiaçı2, Cavabdeh3 oğlnun, Cavabdeh2 və X7 hər birinin X1 miras qalmış 0,26 ha torpaq sahəsi üzərində hər birinin altıda bir hissədə miras əmlakdan payları müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında verilmiş ********** nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən verilmiş çıxarış ləğv edilsin. X1 miras qalmış JN-568A, KOD 50300128 nömrəli 0,26 ha torpaq sahəsi üzərində İddiaçı1, X9, İddiaçı2, Cavabdeh3 oğlnun, Cavabdeh2 və X7 hər birinin altda bir hissədə miras əmlakdan payları müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar