Məhkəmə qərarları › İş №2(062)-2021/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2021/2024

13.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2021/2024 13.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayədəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı pulun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o Tovuz rayonu Çatax kəndində yaşayır. Yaşadığı yaşayış evi qaynatasında qalmış olan yaşayış evidir. O həmin evdə elektrik enerjisindən istifadə edir, hər ay istifadə etdiyi elektrik enerjisinə görə pulunu ödəyir. Onun elektrik enerjisinin sərfiyyatı üçün müəyyən qədər borcu da yaranmışdır. Həmin borcun ödənilməsini az-az həyata keçirir. Lakin buna baxmayaraq may ayında Azərişıq ASC-nin Qərb RETS-nin əməkdaşları onun yaşadığı evə gələrək evə və həyətə baxış keçirəcəklərini bildirirlər. Gəlmiş olan şəxslər qonşunun həyətinə baxış keçirdikdə onun qonşunun dağdan çəkmiş olduğu suyun yığıldığı su çənindən istifadə edərək öz işıq enerjisindən istifadə etməyini guya ki, onun elektrik eneryisindən qanunsuz olaraq istifadə etdiyi bildirməklə cərimə edəcəklərini bildirdikdə, o onlara öz mətbəxindən çəkmiş olduğu elektrik naqilinin məhz öz sayğacından çıxan elektrik enerjisi olduğunu da, onlara tam olaraq bildirməyinə baxmayaraq, onu dinləmədən əsassız olaraq cərimə yazmışdır. O həmin yazılmış aktla əlaqədar olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi Eneryi Məsələlərini X4 filalına öz şikayətini bildirmişdir Həmin şikayətən sonra əsasız yazılmış olan cərimə 710,89 manatdan 381,73 manata salınmaqla guya ki, ona köməklik etmişlər. O ümumiyyətlə xətlərin yerini dəyişməmiş, çünki onun üçün heç bır əhəmiyyət kəsb etmir. Həmçinin xətlərin yerini dəyişmək belə sayğacda heç dəyişiklik yarada bilməz. O cavabdeh orqana müraciət etmiş, qərar tələb etmiş və nəticədə ona özlərinin tərtib etdiyi AKT təqdim etmişlər. Onun aktdan məlumatı belə olmamış və imza etməmişdir. Ümumiyyətlə tərtib edilən akt müəyyən edilmiş norma və qaydalara uyğun olmayan şəkildə tərtib edilmiş, onu əsassız olaraq cərimə ilə yükləmişdir. Həmçinin onu da qeyd etmək istəyir ki, Azərişq ASC-nin Qərb RETSİ-nin işçiləri həmin aktı öz mənfəətlərinin güdülməsi hesabına onun evinin elektrik enerjisinin verilməsinin bağlamasına nail olmaq məqsədi ilə belə bir qanunsuz yola əl atmışlar. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərdi ki, iş üzrə toplanmış sənədlərlə təsdiq olunur ki, 13 mart 2024-cü il tarixdə Azərişıq" ASC-nin X14 Təchizatı və Satışı İdarəsinin (Qərb RETSİ) struktur tərkibində fəaliyyət göstərən X8 (Tovuz EŞ) əməkdaşları tərəfindən rayonun ayrı-ayrı kəndlərində, o cümlədən rayonun Qandallar (Çatax) kəndində yaşayan və fəaliyyət göstərən abonentlər tərəfindən elektrik enerjisinin talanmasının qarşısını almaq məqsədilə abonentlərin X3 qaydalarına əməl edib-etməmələrini araşdırmaq məqsədi ilə onların yaşayış evləri üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Həmin gün əməkdaşlar tərəfindən iddiaçının yaşadığı, "xxxx" ASC-nin ORACLE informasiya məlumat proqram bazasında **********00007 saylı istehlakçı kodu ilə məişət abonenti kimi qeydiyyatda olan Əmir Məmmədovun adına rərsmiləşdirilmiş ev üçün onun balans mənsubiyyət və sərhəd nöqtəsində quraşdırımış zavod nömrəsi 21924940, tipi M 500 olan elektrik hesablama sayğac uçot dəstinə iddiaçının özünün iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı "abonent qonşuluqda yaşayış olmayan evin dayağından təxminən 35-40 metr məsafədən kənar xətt götürmüşdür” qüsuru faktı aşkar edilmişdir. Aşkar edilmiş enerji pozuntusuna dair əməkdaşları tərəfindən abonent kimi qeydiyyatda olan Əmir Məmmədov barəsində "X3 Qaydaları"nın (bundan sonra "EEİQ") tələbinə uyğun olaraq 13 mart 2024-cü il tariixli, Akt R No 333531 saylı akt tərtib edilmişdir. Əməkdaşlar tərəfindən sayğac uçot dəstinə baxış keçirilən zaman xüsusi ölçmə cihazı olan Ampermaşa vasitəsilə kənar xətdən axan yük ölçülmüş və müəyyən edilmişdir ki, P=1,2 kvt. Sayğac uçot dəstinə baxış keçirilən zaman iddiaçı faktiki olaraq baxışda iştirak etməsinə baxmayaraq əməkdaşlarımız tərəfindən “EEİQ”-nın tələbinə uyğun tərtib olunmuş akta heç bir əsaslı səbəb göstərmədən imza etməkdən imtina etmişdir. “EEİQ”nın tələbinə uyğun olaraq tərtib olunmuş sözügedən aktın nəticə hissəsində “kənar xətt ləğv olunsun” tələbi qoyulmuşdur. Sayğac uçot dəstinə baxış keçirilən zaman əməkdaşlar tərəfindən mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. X13 barəsində “EEİQ”-nın pozulmasına dair tərtib olunmuş həmin akta əsasən "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya” tərəfindən abonent haqqında dəyəri 710,89 ( yeddi yüz on manat səksən doqquz qəpik) manat təşkil edən 330 gün üçün 6653 kKVt.s miqdarında itirilmiş eneninin bərpası məqsədilə hesabat aparılmışdır. Tərtib olunmuş sözügedən akt və İtirilmiş enerinin bərpası məqsədi ilə hesablanmış əlavə sərfiyyat abonentin istehlakçı koduna daxil edilmişdir. İş üzrə toplanılmış sənədlərə əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X4 filialının Tovuz rayonu, Böyük Qışlaq kənd sakini X7 ünvanladığı 6 iyun 2024-cü il tarixli, 3-15-2-10/2-M-2189/2-5-255/2024 nömrəli məktubundan görünür ki, “həmin şəxs Tovuz rayonu, Qandallar kəndində yerləşən fərdi yaşayış evinin abonent hesabına daxil edilmiş əlavə elektrik enerjisi sərfiyyatı və həmin kəndlərdə elektrik şəbəkələrinə qanunsuz qoşulma hallarının olması barədə Energetika Nazirliyinə daxil olmuş müraciəti X2 Agentliyinin Tovuz filialında araşdırılmışdır. Məlum olmuşdur ki,”Azərişıq” ASC-nin X14 Təchizatı və Satışı İdarəsinin (Qərb RETSİ)Tovuz EŞnin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə informasiya məlumat bazasında X1 adına **********00007 saylı abonent kodu ilə qeydiyyatda olan fərdi yaşayış evinin hasarının xarici tərəfində quraşdırılmış hesablaşma elektrik sayğacına baxış keçirilmiş, elektrik sayğacından kənar elektrik naqili vasitəsi ilə elektrik enerjisindən istifadə edildiyi qeyd olunaraq Akt R 333531 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda sayğacdan kənar çəkilmiş naqilin en kəsiyi barədə qeyd aparılmamış, akt tərtib edilən zaman məişət abonentinin iştirakı təmin edilməmiş,akt abonent tərəfindən imzalanmamış və aktın bir nüsxəsi ona təqdim olunmamışdır.Aktların Uçota və İcrasına Nəzarət Şöbəsi tərəfindən sayğacdan kənar çəkilmiş elektrik naqilinin 330 gün üçün hesabat aparılmış dəyəri 710,89 manat olmaqla 6653 kvts əlavə elektrik eneriisinin sərfiyyatı abonentin hesabına daxil edilmişdir”. Sözügedən məktubda həmçinin qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixli, R 333531 nömrəli akt əsasında fərdi yaşayış evinin abonent hesabına işlənmiş dəyəri 710,89 manat olmaqla 6653 kvts əlavə elektrik eneriisi sərfiyyatına yenidən baxılması,habelə ETAİS proqram bazasından keçən 42.02 manat məbləğin dəqiqləşdirilərək müvafiq tədbirlər görülməsi barədə tərəflərindən "xxxx" ASC-yə göndərilmiş məktuba əsasən akta görə hesablanmış əlavə elektrik sərfiyyatından 323,07 manat (2337 kvts) məbləğ fərdi yaşayış evinin abonent hesabından silinmiş eləcə də “ETAİS” proqram təminafından keçən 42.02 manat məbləğin "xxxx" ASC-nin fəaliyyət dövrünə qədər yaranmış 5 manat məbləği xx.xx.2024-cü il tarixdə ödənişdən tələb olunmayan borclu qrafasına daxil edilmişdir. Həmin məktubda eyni zamanda göstərilmişdir ki, **********00007T saylı kod üzrə akta görə hesablanmış əlavə elektrik eneriisinin sərfiyyatından qalıq məbləğ 381,73 manat təşkil edir. İş materiallarına əlavə edilmiş istehlakçının aylıq enerii sərfiyyatının miqdarını, dəyərini və ödənişini özündə əks etdirən Abunə haqqında dövriyə cədvəlindən görünür ki, hazırkı iş üzrə iddiaçının yaşadığı evin elektrik eneriisi ilə bağlı 369 (üç yüz altmış doqquz) manat məbləğində borcu vardır. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan aşağıdakı sənədlərə istinad etmişdir. - 13 mart 2024-cü il tariixli, Akt R No 333531 saylı aktdan görünür ki, "xxxx"ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evdə quraşddırılmış sayğaca baxış keçirilməsinəticəsində müəyyən edlmişdir ki, abonent qonşudan yaşayış olmayan evin dayağından təxminən 35-40 metr məsafədən kənar xətt gətirmişdir.iş. Məhkəmə tərəfləri dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və "xxxx"ASC-nin əməkdaşları tərəfindən çəkilmiş diskdən görünür ki, "xxxx"ASC-nin əməkdaşları iddiaçının yaşadığı evdə kənar xətt aşkar ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx"ASC-nin əməkdaşı X6 ifadəsində göstərdi ki, o itki olan sahələrdə reyd keçirirdi. İddaçının yaşadığı əraziyə baxış keçirilərkən qonşunun həyətindən evinə kimi kənar xətdən istifadə etdiyi müəyyən edildi.Hətta o onun qanunsuz çəkilmiş xəttə göz yummağı da təklif etdi. Məhkəmə hesab edir ki, iş materiallarındakı aktda göstərilənləri və cavabdehin vəsatəti əsasında dindirilmiş şahidin ifadəsində göstərilən halların əksi iddiaçı tərəfindən sübut edilə bilməmişdir. “EEİQ”-nın 4.2-ci bəndinə görə istehlakçılar, elektrik eneriisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerfisi istehlakçının göstəricilərinə və məhdudiyyət refimlərinə eməl etməsi, elektrik eneriisindən səmərəsiz istıfadə olunmasına israfçılığa və təsərüfatsızlığa yol verməməlidir. Həmin Qaydaların 7.9-cu bəndinin tələbində göstərilir ki, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə pilləkənlərin işıqlandırılmasına liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün elektrik sayğacı quraşdırılır. "EEİQ"nın 7.13-cü bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, məişət abonentləri ilə elektrik eneriisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq hesablaşgfma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarixə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik eneriisi itkiləri (texnolofi sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Göründüyü kimi enerji təchizatı müəssisəsinə yenidən hesablaşma apsarmasına o halda hüquq verilir ki məişət abonenti tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sınıdırılması və s pozuntulara yol verilməsi aşkar edilsin. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb edilə bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərclərdə iştirak edir. Xərclər müvafiq olaraq yeni güc sifarişçiləri arasında bölünə bilər. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ vardır. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. - 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Azərişıq ASC tərəfindənƏliyev Vaqif Əhməd oğluunun Tovuz rayonu, Çatax kəndindəki evinə hesablanmış 600 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar