Məhkəmə qərarları › İş №2(062)-2039/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2039/2024

18.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2039/2024 18.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Emin İsrayıl oğlunun katibliyi, İddiaçı cavabdehlər X2, X3 və Cavabdeh3 Notariat ofisinə qarşı miras əmlakdan pay tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı avabdehlər X2, X3 və Cavabdeh3 Notariat ofisinə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək mərhum X1 miras qalan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən, ümumi mülkiyyətdə olan və ********** və ********** nömrəli çıxarışla göstərilən ümumi sahəsi 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun payına düşən 0,1522 ha hissəsindən ibarət miras əmlak üzərində bütov vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. İş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsini rəhbər turaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X2, X3 və Cavabdeh3 Notariat ofisinə qarşı miras əmlakdan pay tələbinə dair iddiası baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar