Məhkəmə qərarları › İş №2(062)-2040/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2040/2023

11.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2040/2023 11.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tovuz Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı «miras əmlakdan payın müəyyən olunması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tovuz Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı «vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışa əsasən onun, ailə üzvlərinin və mərhum ögey anası X12 birgə mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhərində yerləşən 0,8739 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X12 payına düşən 1/6 (altıda bir) hissəsindən onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, cavabdehlər onun bacıqardaşıdır. X6 ilə X5 birgə nikahlarından anadan olmuşlar. X24 vəfat etdikdən sonra xx.xx.1987-ci il tarixdə atası X2 Məmləkət Mehti qızı ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş və uşaqları olmamışdır. X19 xx.xx.2011-ci il tarixdə, atası X15 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. O, ailə üzvləri ilə birlikdə atası ilə bir təsərrüfatda yaşamışdır. Onun ailə üzvləri, atası və atasının ikinci arvadı X19 bir evdə yaşamış, atasının və analığının Məmləkət Abbasovanın yas mərasimlərini o, təşkil etmişdir. JN- 2648 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, onun ailə üzvləri, bacısı Cavabdeh1 və onlarla birlikdə yaşamış analığı X12 adına Tovuz rayonu Qovlar şəhəri ərazisindən 0,8739 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmış, həmin torpaq sahəsinə dair sonradan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarış tərtib edilmişdir. X19 vəfat etdikdən sonra sonuncuya məxsus əmlak atası X1 və istifadəsində olmuş, atası vəfat etdikdən sonra isə mənim və ailə üzvlərinin istifadəsindədir. Hazırda həmin torpaq sahəsinə dair vərəsəlik hüququ haqıqnda şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etmiş, mərhum X19 ilə qohumluq münasibətlərini təsdiq edən sənədlərdə uyğunsuzluq olması əsas gətirilmiş və mənim məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırda həmin əmlak onun, ailə üzvlərinin və bacısı Cavabdeh1 ümumi birgə mülkiyyətindədir. Ona görə də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışa əsasən onun, ailə üzvlərinin və mərhum ögey anası X12 birgə mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhərində yerləşən 0,8739 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X12 payına düşən 1/6 (altıda bir) hissəsindən onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tovuz Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçını məhkəmə iclasında nümayəndəsi kimi vəkili təmsil etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1876 saylı məktubdan görünür ki, mərhum X10 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mərhumla qohumluq münasibətlərini təsdiq edən sənədlərdə uyğunsuzluq göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu Qovlar qəsəbəsində İddiaçı və ailə üzvlərinin adına Tovuz rayonu Qovlar şəhəri ərazisində 0,8739 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin mülkiyyətçiləri kimi İddiaçı, onun mərhum atası X16, mərhum analığı X19, bacısı Cavabdeh1, övladları X20 və X21 göstərilmişlər. Doğum haqqında arayışlardan görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə, Cavabdeh1 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Onların atası X16, anası isə X8r. Nikah haqqında arayışdan görünür ki, X16 ilə X19 xx.xx.1987-ci il tarixdə Tovuz rayonu Qovlar şəhər icra nümayəndəliyində 62 sayla rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Ölüm haqqında arayışlardan görünür ki, X16 xx.xx.2019-cu il tarixdə, X19 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Tovuz rayonu Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1671 saylı arayışından görünür ki, X16 ilə X12 birgə nikahlarından övladı olmamışdır. Tovuz rayonu Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1682 saylı arayışından görünür ki, X19 vəfat etdikdən sonra ondan qalmış mirası faktiki olaraq əri X16 qəbul etmiş, o da xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Yəni, iddiaçının anası vəfat etdikdən sonra atası X3 Məmləkət Mehti qızı ilə xx.xx.1987-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. X19 vəfat etdikdən sonra onun iddiaçı və ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan torpaq sahəsi mərhum əri X11 istifadəsində olmuş, X16 vəfat etdikdən sonra isə həmin əmlak iddiaçının və bacısı Cavabdeh1 sahibliyində olmuşdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, iddia predmeti olan əmlak İddiaçı, onun ailə üzvləri və bacısı Cavabdeh1 ümumi birgə mülkiyyətində olan əmlakdır. Miras qoyan X4 Məmmədovun ögey anası olmaqla onunla bir təsərrüfatda yaşamışdır. Belə ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146-cı maddələri). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər (Mülki Məcəllənin 1243.3 və 1245-ci maddələri). Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən müəyyən edilir ki, X19 vəfat etdikdən sonra ondan qalmış mirası əri X16 qəbul etmiş, sonuncu isə vəfat etdikdən sonra övladları olan İddiaçı və onun bacısı Cavabdeh1 qəbul etmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, miras əmlak ümumi birgə mülkiyyətdə olan torpaq sahəsidir, İddiaçı və onun bacısı Cavabdeh1 həmin torpaq sahəsinin ümumi mülkiyyətçilərindəndir. Həmçinin miras qoyan şəxlərlə bir təsərrüfatda yaşamışlar. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1302-ci maddəsində göstərilir ki, miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır. Məhkəmə qeyd edir ki, mirasın kütləsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışda göstərilən 0,8739 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsi daxildir. Bu halda İddiaçı və onun bacısı Cavabdeh1 hər birinin payı miras qalmış əmlakdan 1/2 (ikidə bir) hissə təşkil edir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qeyd olunanlara məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışda göstərilən 0,8739 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X12 payına düşən 1/6 (altıda bir) hissəsindən ibarət miras əmlakdan İddiaçı və Cavabdeh1 hər birinin 1/2 (ikidə bir) hissədə payları müəyyən edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışda göstərilən 0,8739 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X12 payına düşən 1/6 (altıda bir) hissədən ibarət miras əmlakdan İddiaçı və Cavabdeh1 hər birinin 1/2 (ikidə bir) hissədə payları müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar