Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-22/2025 02.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılmasına dair ilkin, Cavabdeh İddiaçı qarşı evin təmirinə çəkilmiş xərc tələbinə dair qarşılıqlı iddia tələbi üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.000 manat kompensasiya verilməklə, onun Azərbayacan Respublikası ƏMDK yanında DƏDRX-ni 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2011-ci il qeydiyyat tarixli **********19-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan, Qazax rayonu Ağköynək kəndindəki 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 373.4 kvm olan fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və cavabdehin 2 ədəd tək nəfərlik yataq mebelindən (çarpayılardan), 3 ədəd yorğan-döşək dəstlərindən, 2 ədəd 3x2 ölçülərdə xalçalardan, 1 ədəd sandıqdan, 1 ədəd xırda ölçülü televizordan və tumbuçkasından, 1 ədəd “Çinar” markalı soyuducudan, 1 ədəd “Çudo” peçindən, 1 ədəd sadə paltaryuyandan və 1 ədəd yataq mebelindən ibarət cehiz əşyaları ilə birlikdə həmin evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2011-ci il qeydiyyat tarixli, **********19-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, Ağköynək kəndindəki 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 373.4 kvm olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. Cavabdeh oğlu X5 ilə 1995-ci ildə qeyri-rəsmi evlənmiş, lakin nikahları rəsmi qeydə alınmamışdır. Cavabdeh oğlu Bəhruzla evlənərkən ona məxsus evə gəlin köçməmiş, 1997-ci ilə qədər qardaşına məxsus evdə yaşamışdır. 1997-ci ildən 2002-ci ilə qədər isə atasına məxsus evdə yaşamışdır. 2022-ci ildə ona məxsus evə köçərək, özünə məxsus cehiz əşyalarından 2 ədəd tək nəfərlik yataq mebelini (çarpayıları), 3 ədəd yorğan-döşək dəstlərini, 2 ədəd 3x2 ölçülərdə xalçaları, 1 ədəd sandığı, 1 ədəd pianonu, 1 ədəd divankreslo dəstini, 6 ədəd stulları, 1 ədəd stolu, 1 ədəd xırda ölşülü televizoru və tumbuçkasını, 1 ədəd “Çinar” markalı soyuducunu, 1 ədəd “Çudo” peçini, 1 ədəd sadə paltaryuyanı və 1 ədəd yataq mebelini həmin evə yerləşdirmişdir. Buna baxmayaraq bu günə qədər də evin pasport qeydiyyatına durmamışdır. Cavabdeh 2015-ci ildə oğlu Bəhruzla faktiki olaraq ayrılmışdır. Hal-hazırda da cavabdeh ona məxsus evdə yaşayır. O, evində sərbəst yaşamağa imkan vermədiyindən məcburiyyət qarşısında qalaraq evindən çıxmışdır. O, öz evindən istifadə edə bilmir. Cavabdehin onun evində yaşaması dözülməzdir, aralarında gərgin münasibətlər mövcuddur, birgə yaşamaqları mümkün deyildir. Cavabdehin evində yaşaması onun mülkiyyət hüquqlarını pozur və ona narahatçılıq yaradır. Onun evinin aylıq kirayə haqqı ən yüksək halda 80 manat təşkil edir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək Cavabdeh 5.000 manat kompensasiya verilməklə, onun Azərbayacan Respublikası ƏMDK yanında DƏDRX-ni 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2011-ci il qeydiyyat tarixli **********19-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan, Qazax rayonu Ağköynək kəndindəki 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 373.4 kvm olan fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və cavabdehin 2 ədəd tək nəfərlik yataq mebelindən (çarpayılardan), 3 ədəd yorğan-döşək dəstlərindən, 2 ədəd 3x2 ölçülərdə xalçalardan, 1 ədəd sandıqdan, 1 ədəd pianodan, 1 ədəd divankreslo dəstindən, 6 ədəd stullardan, 1 ədəd stoldan, 1 ədəd xırda ölçülü televizordan və tumbuçkadan, 1 ədəd “Çinar” markalı soyuducudan, 1 ədəd “Çudo” peçindən, 1 ədəd sadə paltaryuyandan və 1 ədəd yataq mebelindən ibarət cehiz əşyaları ilə birlikdə həmin evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Gülaf onun qaynanasıdır.O Bəhruz ilə 1995ci ildə evlənmişdir.Evləndiyi vaxtdan qaynanasının adına evin böyüyü kimi hazırda yaşadığı evin bünövrəsinin tikintisinə başlamış, son vaxtlara kimi həmin evin tikintisi, təmiri üçün pullarını-əmək haqqını, repetitorluq fəaliyyətndən qazandığı pulları və səyyar ticarətlə məşğul olub qazandığı pulları xərcləmiş və evin tikintisinin başa çatmasını təmin etmişdir.Əri isə həmişə öz kefində Rusiya Federasiyasında yaşamış, özü və anası üçün qazanmışdır. Cavabdeh oğlunu onunla rəsmi nikah qeyd etdirməyə qoymamışdır.O mübahisəli evə cəmi 55.255 manat xərc çəkmişdir.Cavabdeh 28 ildə onu aldadaraq, bütün qazancını evə xərclətmişdir. Odur ki, ilkin iddianın rədd edilərək, qarşılıqlı iddianın isə təmin edilərək 55.255 manat çəkilmiş xərcin ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak İddiaçı və onun nümayəndəsi (vəkili) hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. O əvvəlki məhkəmə iclaslarında məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddianın rədd edilməsini xahiş etsə də, çəkilmiş xərcdən 1000 manatın İlhamiyyəyə verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ilkin iddianın rədd edilərək, qarşılıqlı iddianın isə təmin edilərək 55.255 manat çəkilmiş xərcin ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, o repetitorluq fəlaiyyəti ilə məşğul olur. O evdən heç yerə çıxıb getməyəcəkdir. Əgər qayınanası 3 otaqlı ev alarsa o zaman o evdən çıxıb gedəcəkdir. Məhkəmə tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İşdə olan 17 iyun 2011-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki,ümumi sahəsi 373,4 kv.metr olan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan "xxxx"GROUP MMC”-nin 168 nömrəli Müstəqil Qiymətləndirici rəyindən görünür ki, Qazax rayonunun Ağköynək kəndində Bakı-Qazax-Qırmızı körpü yolunun solunda Yeni sahədə yerləşən “Kars”kafeyə yaxın iki mərtəbəli yaşayış evinin 1 aylıq kirayə qiyməti 280-300 AZN təşkil edir. İşdə olan "xxxx"GROUP MMC”-nin 14 nömrəli Müstəqil Qiymətləndirici rəyindən görünür ki, yaşayış evinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qazax rayonunun Ağköynək kəndində Bakı-Qazax-Qırmızı körpü yolunun solunda Yeni sahədə yerləşən “Kars”kafeyə yaxın iki mərtəbəli yaşayış evinin 1 aylıq kirayə qiyməti 75-85 AZN təşkil edir. İşdə olan Qazax RPŞ-nin İTB-nin polis sahə rəisinin arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü ildə DİN-nin 102 zəng xidmətinə və Qazax RPŞ-nə ərizə ilə müraciət edərək gəlini Cavabdeh 3 ildir ki, onu birlikdə yaşadığı evdən qovduğunu, onu həmin evə qoymadığını, gələn zaman isə nalayiq ifadələrlə təhqir edərək şərəf və ləyaqətini alçatdığını bildirmişdir. İşdə olan pul göndərişlərindən görünür ki, 2011-ci ildən 2016-cı ilədək ayrı-ayrı vaxtlarda tərəflərin hər birinə müxtəlif pul köçürmələri edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Qazax rayonu Ağköynək kəndində yerləşən, İddiaçı mülkiyyətində olan ferdi yaşayış evində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (material və işçilik xərci nəzərə alınmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun dəyəri təqribən 20837,0 manat məbləğində olduğu müəyyən olunur. İş materiallarında olan Qazax rayonu İcra hakimiyyəti Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Qazax rayon Dövlət Arxivində 12 saylı fondda mühafizə olunan Ağköynək kəndi Qiyasbəyli adına sovxozun əmr kitabında 21 aprel 1993cü il tarixli 34 saylı əmrlə fərdi yaşayış evi tikdirmək məqsədi ilə İddiaçı 0.06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qazax rayonu İcra hakimiyyəti Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Qazax rayon İcra Hakimiyyəti Başçısının Ağköynək kənd Ərazi Dairəsi üzrə 1996-2000-ci illərə aid 08 saylı təsərrüfat başı kitabının 190-ci səhifəsində X2 təsərrüfatı aşağıdakı qaydada olmuşdur. İddiaçı (xx.xx.1950-ci ildə anadan olub.) Təsərrüfatda cəmi 0.06 ha torpaq sahəsi mövcuddur. İş materiallarında olan Qazax rayonu İcra hakimiyyəti Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Qazax rayon İcra Hakimiyyəti Başçısının Ağköynək kənd Ərazi Dairəsi üzrə 1991-1995-ci illərə aid 08 saylı təsərrüfat başı kitabının 182-ci səhifəsində X2 təsərrüfatı aşağıdakı qaydada olmuşdur. İddiaçı (xx.xx.1950-ci ildə anadan olub.) Təsərrüfatda cəmi 0.06 ha torpaq sahəsi mövcuddur. Məhkəmə iclasında Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, tərəflərlə 20 il olar ki, qonşuluqda yaşayır. Sözü gedən evin təmiri ilə bağlı onu deyə bilər ki, İlhamiyyə müəllim işləyir, həm də evdə uşaq hazırlaşdırır. O ona Beynalxalq bankdan 5000 manat kredit götürüb vermişdir. Həmin pulu da o, evin təmirinə xərcləmişdir. Onun evində usta işləyən Mahiri tanıyır.Mahir həm ustadır, həm də onun qonşusudur. O onun yanında Mahirə sayıb pul vermişdir. Həmçinin evə işlədilən materialları tikinti materialları satılan yerdən alıb gətirdiyini görmüşdür. Belə ki, materialı gətirən maşın onların evinin yanında dayanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o tərəfləri tanıyır, onların heç bir ilə ədavəti yoxdur. O onların evində işləmiş, su, kanalizasiya xəttlərini işləmişdir. Əl haqqı 1300 manat etmişdir. Həmin pulu ona İlhamiyyə vermişdir. Həmçinin ona yeməyi də o, hazırlayıb vermişdir. O işləyəndə onun yanında fəhləsi də işləyirdi. O tikinti mateialı, yəni boru almış, pulunu İlhamiyyə ödəmişdir. Ancaq materiala nə qədər pul verməsi onun yadından çıxmışdır. 8-10 il bundan əvvəl onların evində işləmiş, evinin 2-ci mərtəbəsində də çılçıraq asmışdır. Evin 2-ci mərtəbəsində onların gəlinlərinin cehizləri var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 7-8 il bundan əvvəl onların evinin divarının işlərini görmüşdü. Əl haaqı 1100 manat etmişdir. Həmin məbləği ona İlhamiyyə vermişdir. Həmçinin yeməyi də o, hazırlayırdı. Həmin vaxt qaynanası da evdə idi. Ona pulu İlhamiyyə deyil, Xəqani adlı usta vermişdi. Xəqaniyə də pulu İlhamiyyə vermişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, İlhamiyyənin oğlu Bəhruz ona onlarda işləməyini bildirmişdir. O da onların evində usta kimi işləmişdir. Bütün materialları alıb gətirmiş, onun əl haqqının yarsını iddiaçı vermiş, yarısı sə cavabdeh vermişdir. İlhamiyyə bankdan bir dəfə də 300 manat götürüb ona vermişdir. Tərəflər ona ümumilikdə 4-5 min manat civarında pul vermişdir ki, bunun da nə qədərinin İlhamiyyə, nə qədərinin isə Gülafın verdiyini dəqiq deyə bilmir. Məhkəmə öncə ilk iddiaya hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, ilk iddia cavabdehə 5000 manat kompensasiya verilməklə onun fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi ilə bağlıdır. Məhkəmə həmin hissədə iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mülkiyyətçi və cavabdeh arasında sonuncunun mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə razılaşma əldə edilməmişdir. Məhkəmə öncə onu qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh mübahisıəli evlə bağlı istifadə huququnun olmasını özündə ehtiva edən hallar artıq işin mübahisəsiz hallarına çevrilmişdir. Belə ki, onun mübahisəli evdən istifadə hüququnun olmasına hüquqi qiymət verilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 1995-ci ildə İddiaçı mülkiyyətçisi olduğu evə köçmüş, onun oğlu ilə rəsmi nikah qeyd etdirməmiş, rəsmi nikah qeyd etdirmədən də orada yaşamışdır.Həmin evdə 1995-ci ildən bu vaxtadək yaşamağa davam etmiş, həmin evdə 1997-ci ildə Tapdıq, 2003-cü ildə İlahə adlı qızı doğulmuşdur. Fərdi yaşayış evinin mülkiyyətçisi olmayan şəxs həmin evdə hələ də yaşamağa davam etsə də, evin mülkiyyətçisi olmuş 75 yaşında qadın 3 ildir ki, mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Belə ki, işdə olan hüquq mühafizə orqanlarına ünvanlanmış ərizələrdən də müəyyən edilir ki, tərəflərdən birinin mülkiyyət, digərinin isə istifadə hüquqlarının eyni anda həyata keçirilməsi mümkün deyildir. Cavabdeh mülkiyyətçinin faktiki nikah münasibətində olduğu şəxs olmaqla mülkiyyətçi ilə 1995-ci ildəndir mübahisəli fərdi yaşayış evinddə yaşayırlar. Məhkəmə araşdırması zamanı da tərəflərin birlikdə yaşamasının mümkün olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, həqiqətən də İddiaçı öz mülkiyyətində olan evlə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə bağlı Cavabdeh tərəfindən kifayət qədər maneələr mövcuddur ki, bu halların mövcudluğu mülkiyyətçinin hesabına istifadəçi Cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi ilə bağlı məsələyə baxılmasını mümkün hesab edir. Məhz Cavabdeh fərdi yaşayış evindən istifadə etməsi İddiaçı onа mənsub əmlаkа öz istədiyi kimi sаhib olmayaraq, ondаn istifаdə etməyərək, dövlət tərəfindən tаnınаn və qorunаn hüquqlarından məhrum edilmiş və açıqaşkar onun mülkiyyət hüququna müdaxilə edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh 5000(beş min) manat kompensasiya verilməklə onun həmin evdən istifadə hüququna xitam verilməli və o mübahisəli evdən çıxarılmalıdır. İş materiallarında olan "xxxx"GROUP MMC”-nin 168 nömrəli Müstəqil Qiymətləndiricinin rəyindən görünür ki, Qazax rayonunun Ağköynək kəndində Bakı-Qazax- Qırmızı körpü yolunun solunda Yeni sahədə yerləşən “Kars”kafeyə yaxın iki mərtəbəli yaşayış evinin 1 aylıq kirayə qiyməti 280-300 AZN təşkil edir. İşdə olan "xxxx"GROUP MMC”-nin 14 nömrəli Müstəqil Qiymətləndiricinin digər rəyindən görünür ki, yaşayış evinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qazax rayonunun Ağköynək kəndində Bakı- Qazax-Qırmızı körpü yolunun solunda Yeni sahədə yerləşən “Kars”kafeyə yaxın iki mərtəbəli yaşayış evinin 1 aylıq kirayə qiyməti 75-85 AZN təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir . Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 01 sentyabr 2000-ci ildən sonra yaranan münasibətlər üzrə mülkiyyətçiyə məxsus evdən onun ailə üzvüləri və digər şəxslərin istifadə hüquqlarının həyata keçirilməsi qaydaları Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmişdir. Belə ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (MM-in 228.1 və 228.2-ci maddələri). Bununla bağlı göstərilməlidir ki, yaşayış sahəsindən istifadəyə xitam verilməsi məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi hazırki mübahisəli işə analoji olan mülki işə dair öz hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, “.Ümumiyyətlə, Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyət toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyasından əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinin hüquqi mənasına görə, yaşayış binasının tərkib hissəsinə dair istifadə hüququna xitam verilməsi haqqında mülkiyyətçi ilə istifadəçi arasında razılaşma olmadıqda, müvafiq bazar qiymətinə uyğun kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin haqlı tələbidir və məhkəmə bu tələbi qanunauyğun olduğundan, təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında həmçinin, qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərinə hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə belə qənaətə gəlir ki, təklif edilmiş 5000 manat məbləğində kompensasiya yetərlidir və Cavabdeh bir neçə il və davamlı şəkildə, oxşar şəraitli evdə ayda 300 manat, illik 3600 manat kirayə haqqı verməklə yaşamaq imkanı verir. Məhkəmə kompensasiyanın yetərli olması qənaətinə gələrkən Cavabdeh müəllim olmaqla, həm də repetitorluq fəaliyyəti ilə məşğul olmasını, yaşayış sahəsinə olan ehtiyacının özünün də müstəqil olaraq aradan qaldırılması imkanına malik olmasını, mülkiyyətçinin onu saxlamaq vəzifəsi olmadığı halda 1995-ci ildəndir yaşayış sahəsinə olan ehtiyacının məhz mülkiyyətçinin hesabına aradan qaldırmasını, bu müddət ərzində digər yaşaış sahəsində yaşamayaraq məhz mlkiyyətçinin evində uşaqlarını yetkinlik yaşına çatdırmasını da nəzərə alır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh 5000(beş min)manat məbləğində kompensasiya verilməklə onun İddiaçı məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 373,4 kv.metr olan Qazax rayonu Ağköynək kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, İddiaçı 5.000 (beş) min manat kompensasiya məbləği alınaraq Cavabdeh ödənilməli, İddiaçı tərəfindən 5.000 (beş min) manat məbləğində kompensasiya ödənildikdən sonra İddiaçı əşyaları ilə birlikdə Qazax rayonu Ağköynək kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə qarşılıqlı iddianı əsassız hesab etsə də, könüllü olaraq İddiaçı 1000 manat pulun Cavabdeh verilməsinə razı olduğundan, məhkəmə hesab edir ki, həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməli, 1000 manat məbləğində pul qarşılıqlı iddia tələbinin hüquqi əsasından asılı olmayaraq İddiaçı alınaraq Cavabdeh verilməlidir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər (MM maddə 385.1). Cavabdeh mübahsiəli evin təmir xərclərinin onun tərəfindən çəkildiyini iddia edir, İddiaçı isə etiraz edərək, evin ona məxsus olduğunu və evdə aparılmış təmir-tikinti işlərinin oğlunun və özünün vəsaiti hesabına həyata keçirildiyini bildirir. İddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma, bağışlama və s.), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. İddiaçı mübahisəli evin tikinti-təmiri üçün vəsait sərf etmiş olması öz təsdiqini tapacağı halda belə, hər bir halda mübahisənin düzgün hüquqi həlli üçün İddiaçı məxsus əmlakın dəyərini artıran yaxşılaşdırma işlərinin hüquqi mahiyyətinə qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, bir şəxs tərəfindən həmin xərclərin çəkilməsi əvəzsiz bir zənginləşdirmə (bağışlama) ola biləcəyi kimi, əldə edənlə digər müqavilə münasibətlərinin də olması istisna edilmir. Mülki qanunvericiliyə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (MM maddə 666.1). Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Araşdırma nəticəsində tərəflər arasında bağışlama münasibətlərinin mövcudluğu müəyyən edildiyi halda isə hədiyyə edilmiş əşyanın (maddi nemətin) geri qaytarılması üçün əsasların olub-olmaması müəyyənləşdirilməlidir. Bu əsaslar bağışlamanın etibarsızlığı, müqavilənin ləğv olunması, bağışlamadan imtina edilməsi kimi müxtəlif mahiyyətdə ola bilər. Nəzərə alınmalıdır ki, göstərilən əsaslardan hər hansı birinə istinad edən şəxs öz iddiasını sübuta yetirməyə borcludur. Beləliklə, bağışlamanın hüquqi qüvvəsinin olmaması və ya sonradan aradan qalxması sübuta yetirilərsə, tərəflər arasında bu məzmunda müqavilə münasibətlərinin yoxluğundan bəhs edilə bilər. Belə olan halda, yəni müqavilə münasibətləri istisna olunduğu təqdirdə, iddianın həlli üçün qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya dair əsaslar yoxlanılır. Baxılan işdə Cavabdeh mübahisəli evdə əsaslı təmir işlərini İddiaçı zənginləşməsi üçün aparmadığına istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir (MPM maddə 77.1). İşin hallarından aydın olur ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində qaynanasının«həmişə ailə olaraq yaşayıb, evin də oğlunun olacağı» barədə verdiyi vədə, habelə mübahisəli ev daimi yaşayış yeri olduğundan normal şəraitdə yaşamaq məqsədilə evdə əsaslı təmir işləri apardığını bildirir. Bu hal Cavabdeh məhkəmə iclasında verdiyi izahatla və qarşılıqlı iddia ərizəsinin məzmunu ilə müəyyən edilir (bax qətnamənin 11-ci bəndi). Halbuki, Cavabdeh məhz İddiaçı veridi vədə görə evdə təmir və yenidən qurma işləri aparması sübuta yetirilmir. Əksinə Cavabdeh pedoqji fəaliyyətlə məşğul olmaqla kifayət qədər hüquqlarını bilən bir qadın olmaqla, nikahda olmadığı halda mülkiyyətmidən və onun oğlundan yaşayış sahəsi gözləntisinin olması absurrddur. 1994-cü ildən 2023-cü ilədək müddət ərzində İlhamiyyə qaynanasından evin onun adına rəsmiləşdirilməsini də tələb etməmişdir. Bundan başqa da qarşılıqlı iddia ərizəsinin məzmunundan o da müəyyən edilir ki, İlhamiyyənin bildirdiyinə görə qaynanası oğlunu İlhamiyyə ilə rəsmi nikaha girməyə qoymamışdır. Belə olduğu halda evin onlara bağışlanacağına ümid edərək İlhamiyyənin digər şəxsi zənginləşdirməsi məqsədi ilə orada əsaslı təmir və yaxşılaşdırılma işlərinin görməsi inandırıcı deyildir. Bundan başqa da məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də Cavabdeh şahid ifadələri ilə müəyyən edilmiş həddə apardığı təmir işlərinin əvəzsiz zənginləşdirilməyə xidmət etdiyi müəyyən edilir. Məmmədova X1 Gülaf İlyas qızını könüllü şəkildə zənginləşdirməsinin bağışlama olmadığını sübut edə bilmədiyi halda onun İddiaçı verdiklərini geri qaytarması üçün həmçinin bağışlamaqdan imtina üçün (Mülki Məcəllənin 673-cü maddəsi) əsasların mövcud olub-olmadığı işdə olan sübutlara əsasən yoxlanılmalıdır. Ona görə ki, Mülki Məcəllənin 673-674-cü maddələrində hədiyyə alan tərəfindən bağışlamadan imtinanın və ləğvin hüquqi əsasları göstərilmişdir. Lakin, hazırkı işin müəyyən edilmiş faktiki halları ilə bağışlamaqdan imtinanı və ya bağışlamanın ləğvini mümkün edən hallar işə baxılan zaman məhkəmə tərəfindən müəyyən edilməmişdir. İşin şərh olunan hallarını ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh mübahisə predmeti olan evə əgər öz vəsaiti hesabına xərc çəkməsi təsdiqini tapdığı halda belə, yenə də Cavabdeh ilə evin mülkiyyətçisi arasında hər-hansı öhdəlik hüquq münasibətləri olmamışdır. Çünki, evin mülkiyyətçisi olan İddiaçını bu işə cəlb etməmişdir. Yəni, tərəflər arasında mübahisəli əmlakla bağlı digər əvəzli əqd (müqavilə) olmamışdır. Cavabdeh könüllü olaraq evdə təmir işləri həyata keçirtmiş,bu müddət ərzində mülkiyyətçinin oğlu xarici ölkədən həm Cavabdeh, həm də anasının adına kifayət qədər pul köçürmələri həyata keçirmişdir ki, bu halda evin mülkiyyətçisinin Cavabdeh qarşısında hər hansı öhdəliyi yaranmamışdır ki, Cavabdeh da öz öhdəliyinin icrası qismində verilənləri əsassız varlanma obyekti kimi İddiaçı tələb etsin. Çünki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün 3 şərt məcmu halda mövcud olmalıdır: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərdən hər hansı birinin aşkar edilməməsi tələbin bu əsasla rədd edilməsi üçün əsasdır. Hazırkı işin halları isə Mülki Məcəllənin əsassız varlanmadan bəhs edən 1091-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Göründüyü kimi, Cavabdeh iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Yuxarıda qeyd edildiyi kimi buna baxmayaraq İddiaçı 1000 manat pulun verilməsinə etiraz etmədiyini bildirdiyindən, bununla bağlı tərəflər arasında mübahisə olmadığından, İddiaçı könüllü olaraq bunu etdiyindən həmin məbləğdə pul tutularaq Cavabdeh verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatına sərf edilən 100 manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməli, qarşılıqlı iddiaya görə ödənilmiş dövlət rüsumununun 30 manatı İddiaçı alınaraq Cavabdeh verilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə Cavabdeh özünə aid edilməli, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlkin iddia təmin edilsin. Cavabdeh 5000(beş min)manat məbləğində kompensasiya verilməklə onun İddiaçı məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 373,4 kv.metr olan Qazax rayonu Ağköynək kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. İddiaçı 5.000 (beş) min manat kompensasiya məbləği alınaraq Cavabdeh ödənilsin. İddiaçı tərəfindən 5.000 (beş min) manat məbləğində kompensasiya ödənildikdən sonra İddiaçı 2 ədəd tək nəfərlik yataq mebelindən (çarpayılardan), 3 ədəd yorğan-döşək dəstlərindən, 2 ədəd 3x2 ölçülərdə xalçalardan, 1 ədəd sandıqdan, 1 ədəd pianodan, 1 ədəd divan-kreslo dəstindən, 6 ədəd stullardan, 1 ədəd stoldan, 1 ədəd xırda ölçülü televizordan və dolabdan, 1 ədəd “Çinar” markalı soyuducudan, 1 ədəd “Çudo” peçindən, 1 ədəd sadə paltaryuyandan və 1 ədəd yataq mebelindən ibarət cehiz əşyaları ilə birlikdə Qazax rayonu Ağköynək kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. 1000(min)manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh verilsin. Ekspertiza tədqiqatına sərf edilən 100 manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qarşılıqlı iddiaya görə ödənilmiş dövlət rüsumununun 30 manatı İddiaçı alınaraq Cavabdeh verilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə Cavabdeh özünə aid edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-22/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-22/2025
02.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver