Məhkəmə qərarları › İş №2(062)-2279/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2279/2023

12.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2279/2023 12.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, DƏDRX-nın 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və üçüncü şəxs DƏDRX-nın 15 saylı Ərazi İdarəsinə qarşı “miras qalmış əmlakdan payların müəyyən olunması tələbinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək mərhum anası X2 miras qalmış torpağa mülkiyyət hüququna dair JN 423 saylı dövlət aktında Tovuz rayonu Böyük Qışlaq kəndində yerləşən 0,03 ha torpaq sahəsindən və Tovuz rayon Böyük Qışlaq kəndində yerləşən 0,35 ha torpaq sahəsindən ibarət miras əmlakdan onun payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DƏDRX-nın 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X5 bildirdi ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və üçüncü şəxs DƏDRX-nın 15 saylı Ərazi İdarəsinə qarşı “miras qalmış əmlakdan payların müəyyən olunması tələbinə dair” mülki iş üzrə yekun məhkəmə aktı var. Ona görə də işə xitam verilməsi barədə qərardad cıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, hazırki işə Tovuz Rayon Məhkəməsində 29 iyun 2022-ci ildə baxılarkən onun xəbəri olmamışdır. Odur ki, işə yenidən baxılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-cı maddəsini rəhbər tutaraq mülki işə onların iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 2(062)-1465/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, mübahisə predmeti olan miras əmlakların bölüşdürülməsi ilə bağlı məhkəmənin icraatında iş olmuş, hazırki iş üzrə İddiaçı həmin icraata cəlb edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməyərək, yenidən iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.2, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və üçüncü şəxs DƏDRX-nın 15 saylı Ərazi İdarəsinə qarşı “miras qalmış əmlakdan payların müəyyən olunması tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən Kapital bank vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar