Məhkəmə qərarları › İş №2(062)-2301/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2301/2025

08.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2301/2025 08.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X16 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Tovuz regional “ASAN xidmət” mərkəzinin notariusu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı “miras əmlakdan payların müəyyən olunması” tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 saylı qərarı ilə mərhum X10na və ailə üzvlərinə Tovuz rayonu, Ağdam kəndi ərazisindən verilmiş 1498,7 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən mərhumların payına düşən hissədən onun miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 ilə birgə nikahda olduqları müddətdə Tovuz rayonu, Ağdam kəndi ərazisində mülkiyyətlərində olan torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişlər. Ərinin vəfatından sonra həmin ev və evin yerləşdiyi torpaq sahəsi onun istifadəsində olmuş, hazırda da onun istifadəsindədir. Həmin torpaq sahəsində oğlu X26 da mülkiyyətçidir. X10 xx.xx.2020-ci ildə, oğlu Musayev Rauf isə xx.xx.2024-cü ildə vəfat etmişdir. Cavabdeh2 notariat ofisinə gəlmədiyi üçün vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iki övladı var idi. Mərhum oğlu X26 və qızı Cavabdeh1. Hazırda ərindən miras qalmış mülkdə üç nəvəsi ilə birgə o yaşayır. Gəlini Cavabdeh2 bir nəvəsini də götürərək getmişdir, harada yaşaması barədə onların məlumatı yoxdur. Oğlu vəfat edən günə qədər onunla birgə yaşamışdır, müharibə iştirakçısı olmuşdur. Mərhumlardan qalan miras əmlak onun tərəfindən və qızı Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Məhkəmənin iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X27 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, atasından qalmış miras əmlak tərəfindən qəbul edilmişdir. Hazırda ona çatası paydan anası İddiaçı xeyrinə imtina edir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Nikahın bağlanması haqqında 494293 nömrəli şəhadətnamədən görünür ki, X25 ilə İddiaçı nikahları xx.xx.1982-ci ildə qeydə alınmışdır. Torpaq sahəinin plan və ölçüsü sənədindən görünür ki, X17 Tovuz rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il tarixli qərarı ilə 1498.7 kv.m torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Tovuz rayonu, Ağdam kəndində yerləşən fərdi yaşayış evi tam olaraq X12 torpaq sahəsi X12, X5, X18, Cavabdeh1 ümumi birgə mülkiyyətindədir. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ 434785 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2020-ci ildə vəfat etmişdir. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ 423267 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 306173 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.1984-cü ildə anadan olmuşdur. X6, anası İddiaçıdır. Ağdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-79- 6/2-42-2025 saylı arayışdan görünür ki, X18 ölümündən sonra aşağıdakı ailə üzvləri qalmışdır: Anası İddiaçı, arvadı Cavabdeh2, X7, qızı X19, X11 və qızı X21. Ağdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-79- 6/2-43-2025 saylı arayışdan görünür ki, X12 aşağıdakı ailə üzvləri qalmışdır: arvadı İddiaçı, oğlu X26, gəlini Cavabdeh2, nəvəsi X22, nəvəsi X23, nəvəsi X28, nəvəsi X24. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası:

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə iddiaçını dinləyib iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə mərhum X25 xx.xx.1982-ci ildə rəsmi qaydada evlənmişlər. Birgə nikahlarından X26 və Cavabdeh1 adlı iki uşaqları anadan olmuşdur. X25 xx.xx.2020-ci ildə vəfat etmişdir. X12 vəfatından sonra Tovuz rayonu, Ağdam kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi miras qalmışdır. İddiaçının oğlu X26 isə xx.xx.2024-cü ildə vəfat etmişdir. Hazırda iddiaçı Tovuz rayonu, ünvan 1şən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı ərindən və oğlundan ona qalmış miras əmlaka dair qanun üzrə vərəsə kimi onun payının müəyyən edilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, miras qoyan şəxslərə münasibətdə ardıcıl olaraq vərəsələr müəyyən edilməli və onlara münasibətdə miras əmlakdan qanuna müvafiq olaraq payları müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Tovuz rayonu, Ağdam kəndində yerləşən fərdi yaşayış evi tam olaraq X12, torpaq sahəsi isə X25, X13, X26 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir. X1 miras qalmış Tovuz rayonu, ünvan 1şən mübahisəli fərdi yaşayış evi iddiaçı ilə birgə nikah dövründə əldə edilmişdir. Buna görə də, həmin əmlaka ½ hissədə iddiaçı mülkiyyət hüququna malikdir. Beləliklə X1 miras qalmış əmlak aşağıdakılardan ibarətdir: -Tovuz rayonu, ünvan 1şən fərdi yaşayış evinin ½ hissəsi - Tovuz rayonu, ünvan 1şən torpaq sahəsinin ona düşən ¼ hissəsi. X2 vərəsələri isə aşağıdakılardır: - Arvadı İddiaçı, - Mərhum oğlu X26 -Qızı Cavabdeh1. İş materialları ilə və iddiaçının izahatı ilə müəyyən edilir ki, miras əmlak X2 vərəsələri tərəfindən faktiki olaraq qəbul edilmişdir. Cavabdeh1 isə məhkəmə iclasında ona düşən paydan İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. Vərəsələrin hər biri tərəfindən mirasın qəbul edildiyi nəticəsinə gəlindiyi üçün onların hər birinin payı miras əmlakdan fərdi yaşayış evinə 1/6 hissədə (1/2:3), torpaq sahəsinə 1/12 (1/4:3) hissədə müəyyən edilməlidir. Vərəsələrdən Cavabdeh1 öz payından anasının xeyrinə imtina etdiyi üçün İddiaçı X1 miras qalmış fərdi yaşayış evindən payı 2/6 (1/6+1/6) hissə, torpaq sahəsindən isə 2/12 (1/12+1/12) hissə olur. Beləliklə, X1 miras qalmış fərdi yaşayış evindən İddiaçı 2/6 hissə, torpaq sahəsinə 2/12 hissə müəyyən edilir. İddiaçının oğlu X26 xx.xx.2024-cü ildə vəfat etmişdir. Məhkəmə mərhum X14 miras qalmış əmlaka münasibətdə qeyd edir ki, iddiaçının mərhum oğlu X14 miras qalmış əmlak fərdi yaşayış evinə 1/6 hissə, torpaq sahəsinə 4/12 (öz payı olan 1/4 +atasından miras qalmış 1/12) hissədir. X3 vərəsələrənin dairəsi aşağıdakılardır: -Anası İddiaçı, -Arvadı Cavabdeh2, -X7, -X8, -X11, -X4r. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Odur ki, X3 vərəsələrindən heç biri miras əmlakdan imtina etmədiyi üçün miras əmlak tərəflərindən qəbul edilmiş hesab edilir. X3 6 vərəsəsi olduğu üçün onların hər birinə münasibətdə fərdi yaşayış evinə 1/36 (miras qoyanın payı 1/6 : vərəsələrin sayı 6) hissə, torpaq sahəsinə 4/72 (miras qoyanın 4/12 : vərəsələrin sayı 6) hissə təşkil edir. Cavabdeh2 və X3 yetkinlik yaşına çatmayan uşaqlarına çatacaq pay üzrə məhkəməyə hər hansı müraciət edilmədiyi üçün açıq saxlanılır. Beləliklə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması barədə xx.xx.2024-cü il tarixli, ********** nömrəli arayışda göstərilən fərdi yaşayış evindən 31/36 hissə (öz payı 1/2+ərindən miras qalan 2/6+oğlundan miras qalan 1/36), torpaq sahəsindən 34/72 hissə (öz payı 1/4+ ərindən miras qalan 2/12+ mərhum oğlundan miras qalan 4/72) hissədə müəyyən edilməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş arayışda göstərilmiş mərhum X17 məxsus Tovuz rayonu, Ağdam kəndində yerləşən fərdi yaşayış evindən 2/6 hissədə, torpaq sahəsindən 2/12 hissədə, mərhum X14 miras qalmış Tovuz rayonu, Ağdam kəndində yerləşən fərdi yaşayış evinə 1/6 hissədə payından 1/36 hissədə, torpaq sahəsinə 4/12 hissədə payından 4/72 hissədə İddiaçı payı müəyyən olunmaqla, ümumi əmlakdakı payı fərdi yaşayış evindən 31/36 hissədə, torpaq sahəsindən 34/72 hissədə müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş arayışda göstərilmiş mərhum X17 məxsus Tovuz rayonu, Ağdam kəndində yerləşən fərdi yaşayış evindən 2/6 hissədə, torpaq sahəsindən 2/12 hissədə İddiaçı payı müəyyən edilsin. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş arayışına əsasən, mərhum X14 miras qalmış Tovuz rayonu, Ağdam kəndində yerləşən fərdi yaşayış evinə 1/6 hissədə payından 1/36 hissədə, torpaq sahəsinə 4/12 hissədə payından 4/72 hissədə İddiaçı payı müəyyən edilsin. İddiaçı ümumi əmlaklardan payı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş arayışa əsasən, fərdi yaşayış evindən 31/36 hissədə, torpaq sahəsindən 34/72 hissədə müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar